Facebook Twitter WhatsApp

Həzrəti İmam Zeynal Abidin (radıyallahu anh)

İmamı Zeynal Abidin ibn Əli ibn Hüseyn (radıyallahü təala anh)

         Həzrəti Hüseynin oğludur. On iki imamın dördüncüsüdür. Adı Əli, Künyəsi Əbu Muhamməd və Əbül Həsəndir. Ləqəbləri Səccad və Zeynalabdindir. Hicrətin 33-cü ilində Mədinədə doğuldu. Anası Şəhrə Banu o dövrün Acəm padşahının qızı idi və Nuşirəvani Adilin övladındandır. Son Sasani hökmdarı Yezdicərdin qızıdır. İmamı Zeynal Abidinin vəfatı hicrətin 94-cü ilində Məhərrəm ayının on səkkizindədir. Hicri 95-ci ilində vəfat etdiyi də deyilmişdir. Hicri 94 (miladi 713) ilində xəlifə Vəlidin əmri ilə Mədinə valisi Osman ibn Hayyan tərəfindən zəhərlədilərək şəhid edildi. Mübarək başının Misirdə Kurafə qəbiristanlığında olduğu “Təzkireyi Qurtubi müxtəsəri”də yazılı isə də, bunun Zeynal Abidin həzrətlərinin oğlu Zeydin mübarək başı olduğu “Tuhfətürraqıb fi sirəti camaati min ayani Əhli beytil atayib” kitabının 31-ci səhifəsində yazılmışdır.

         Ona Zeynal Abidin deyilməsinin səbəbi budur; Bir gecə təhəccüd namazı qılırdı. Şeytan əjdaha şəklinə girib onu məşğul etmək istədi. Ona əhəmiyyət vermədiyini görəndə ayaq barmağını dişlədi. Barmağı çox ağrıdığı halda namazını pozmadı. Allahü təala əjdahanın şeytan olduğunu kəşf ilə bildirəndə ona vuraraq “Uzaq ol, ey məlun!” dedi. Şeytan uzaqlaşıb getdi. İbadətini tamamlamaq üçün qalxanda görmədiyi birisi üç dəfə, “Sən Zəynal Abidinsən!”, yəni ibadət edənlərin bəzəyisən, deyə səsləndi.

         Hər dəstəmaz alanda bənizi saralar,  bədəni titrəməyə başlayardı. Bu halın səbəbini soruşduqlarızaman, “Kimin hüzuruna çıxacağımızı bilirsinizmi?” buyurardı. Bir gün evində namaz qılarkən evi yanmağa başladı. Səcdədə idi, “Ey Rəsulullahın nəvəsi, yanğın çıxdı, yanğın çıxdı!” deyə qışqırışdılar. Başını səcdədən heç qaldırmadı, sonunda atəş söndü.  “Sizin bu oda əhəmiyyət verməməyinizin səbəbi və onu sizə fərq etdirməyən şey nədir?” deyə ondan soruşdular. “Axirət atəşini, cəhənnəm atəşini düşünməkdir!” buyurdu. Kəramətləri çoxdur.

         Zühri (rahmətullahi əleyh) belə  anlatmışdır:  Abdülməlik ibn Mərvanın əmri ilə Zəynal Abidin ibn Hüseynin ayaqlarını ağır iplərlə, əllərini və boynunu da zəncirlərlə bağlamışdılar.  Başına da növbətçilər qoymuşdular. Onu görmək üçün icazə istədim. Salam verib vidalaşam, dedim. İcazə verdilər, hüzuruna girdim. Bir çadır içində idi. Onu o vəziyyətdə  görüncə ağladım. “Kaş ki, sənin yerində mən olsaydım da, sən salamat olsaydın” dedim. “Ey Zühri! Sən məni bu bağlarla bağlı və hüzursuz zənn edirsən? İstəsəm bu bağlardan xilas olaram. Lakin sənə və sənin kimilərə də belə bir əziyyət edildiyi zaman Allahü təalanın əzabı xatırlansa bunlar asan gələr”buyurdu. Sonra əllərini və ayaqlarını zəncirlərdən qurtardı. Və “Mən bu bağlarla iki evdən çox getmədən xilas olacağam” dedi. Aradan dörd gün keçdi. Bir də baxdım ki, onu müşahidə üçün vəzifələndirilən keşikçilər Mədinənin dörd bir tərəfində gəzərək onu axtarırdılar. O keşikçilərdən bəziləri belə anlatdılar: “Biz bir yerdə yerləşdik. Və hamımız Onun ətrafında durub səhərə qədər heç yatmadan gözlədik. Səhər olanda onu qəfəsin  içində görmədik. Zühri  sözlərinə davamla belə anlatmışdır:  “Sonra Əbdülməlik ibn Mərvanın yanına getdim. Mənə Zəynal Abidini soruşdu. Bildiklərimi anlatdım. Əbdülməlik ibn Mərvan dedi ki: “Zəynal Abidin Əli ibn Hüseyni bura yanıma gətirdilər. Mənə,“Mənimlə sənin aranda nə olmuşdur?” dedi. Mən, yanımda iqamət et, dedim. “Burada iqamət etmərəm” dedi və çıxıb getdi. Onun qorxusundan və heybətindən bir şey söyləyə bilmədim”. Zühri (rahmətullahi aleyh) Ondan bəhs edərkən ağlayardı və o Zəynal Abidindir, deyərdi.

         Hörmət edilənlərdən bir şəxs belə anlatmışdır:  “Bir gün Zeynal Abidin Əli ibn Hüseynin evinə  getdim. Qapısına çatanda səslənib çağırım deyə dayandım. Çölə çıxdı, salam verdim, salamımı aldı. Bir divarın dibinə getdik. Mənə “Bu divarı görürsənmi?” dedi.  “Bəli, görürəm” deyincə, belə anlatdı:  “Bir gün bu divarın dibində söykənmiş vəziyyətdə otururdum. Qarşıma gözəl üzlü və gözəl paltarlı biri gəldi. Mənə baxdı və “Ey Əli ibn Hüseyn! Səni kədərli görürəm. Əgər kədərin dünya üçün isə ruzin hazırdır. Yaxşı-pis hər kəs ruzisini yeyəcəkdir” dedi. “Xeyr, dünya üçün kədərlənmirəm. Dünya söylədiyin kimidir” dedim. “Əgər kədərin axirət üçün isə o da həqiqi bir vəddir və Allahü təala orada hökm edəcəkdir” dedi. “ Kədərim axirət üçün də deyil. Axirət də söylədiyin kimidir” dedim. “O halda nə üçün kədərlənirsən ?” dedi. “ Zübəyrin oğlunun fitnəsindən qorxuram” dedim. “Ey Əli! Heç bir kimsəni gördünmü ki, o Allahü təaladan qorxdu da, Allahü təala onun işinə kifayət etmədi” dedi. “ Xeyr” dedim. Sonra o şəxs gözdən itdi. Mənə o şəxsin Xızır əleyhissəlam olduğunu və doğru söylədiyini bildirdilər.

         Yuxarıdakı hadisəni bildirən şəxs yenə belə anlatmışdır: “Bir gün Zeynal Abidinin yanına getmişdim. Bir qrup sərçə gəlib ətrafımıza qondular və qalxdılar. Mənə “Bu sərçələrin nə söylədiyini bilirsənmi?” dedi. “Xeyr, bilmirəm” dedim.  “Ruzilərini verən Allahü təaladan bu günkü ruzilərini istəyirlər” dedi.

         Bir gecə Baki qəbiristanı tərəfindən “Ey  dünyaya  qiymət verməyib, axirətə rəğbət edənlər” deyə  bir səs eşidildi.  Lakin  söyləyəni kimsə görmədi. Bu söz Zeynal Abidin (radıyallahü anh) üçün idi.

         Bir gün Zeynal Abidin (radıyallahü anh) övladları və xidmətçilərindən bir qrupla səhraya çıxmışdılar. Səhər yeməyi hazırladılar. Bir ceyran gəlib yanlarına dayandı. Zeynal Abidin (radıyallahü anh) ceyrana səslənib, “Mən Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibəm, anam-nənəm  Rəsulullahın (sallallahü aleyhi və səlləm) qızı Həzrəti Fətimədir (radıyallahü anhə). Gəl, bizimlə bir az yemək ye” dedi. Ceyran gəldi, onlarla birlikdə yedi. Sonra ayrılıb getdi. Xidmətçilərindən biri, “Ceyranı yenə çağır, gəlsin” dedi. “Ona toxunmayacağınıza söz versəniz çağıraram” dedi.  Hamısı toxunmayacaqlarına söz verdilər. Yenə əvvəlki kimi söyləyərək ceyranı çağırdı. Ceyran gəlib onlarla birlikdə yeməyə  başladı.  Süfrədə olanlardan biri əlini ceyranın üstünə toxundurdu. Ceyran hürküb getdi. Zeynal Abidin “Söylədiyimə əməl etməz və sözünüzdə durmasanız sizinlə  danışmaram!” buyurdu.

         Bir gün bir dəvə yolda tənbəllik edərək getmək istəmirdi.  Zeynal Abidin (radıyallahü anh) onu çökdürdü. Qamçısını və əsasını göstərərək “ Tez get! Yoxsa bunlarla səni döyərəm” dedi. Ondan sonra dəvə sürətlə getməyə başladı və bir daha tənbəllik etmədi.

         Bir gün səhrada oturarkən bir ceyran yanına yaxınlaşıb,  ayaqlarını yerə vuraraq bir cür səslər çıxardı. İmamı Zeynal Abidinə, “Ceyran nə söyləyir?” deyə soruşdular. Dedi ki: “Dünən bir Qureyşli bu ceyranın balasını tutub, dünəndən bəri balama süd vermədim” deyir. O Qureyşlini çağırdılar. “Bu ceyranın balasını tutmusan, dünəndən bəri süd əmizdirə bilmir. O balanı gətir, südünü versin, bala yenə sənin olsun” dedi. Qureyşli ceyranın balasını gətirdi. Ceyran balasını əmizdirdi. İmam Zeynal Abidin o kimsədən ceyranın balasını bağışlamasını istədi, o da sərbəst buraxdı. Ceyran balası ilə birlikdə səslər çıxararaq getdi. Buradakılar, “Ceyran nə söyləyir?” deyə soruşdular.  “Allahü təala sizə yaxşılıqlar və xeyirlər versin, deyə dua  edir” buyurdu.

         İmam Zeynal Abidin vəfat edəcəyi gecə oğlu Muhamməd Baqirdan dəstəmaz almaq üçün su istədi. Suyu gətirdilər. “Bu suyun içində heyvan ölmüşdür” dedi. Şam işığında diqqətlə baxdılar, suyun içində bir siçan ölüsü var idi. Təkrar su gətirdilər. Dəstəmaz aldı və “Artıq vəfatım yaxındır” buyuraraq  vəsiyyətini etdi.

         İmam Zeynal Abidinin bir dəvəsi vardı, ona minib Məkkəyə getdi. Vurmağa heç ehtiyac qalmadığı üçün qamçısı palanda asılı dayanardı. Mədinədən qayıtdıqdan sonra İmam Zeynal Abidin vəfat etdi. O dəvəsi qəbrinə gələrək, sinəsini qəbrin üzərinə qoyub inlədi. İmam Muhamməd Baqir (rahmətullahi aleyh) dəvəyə, “Allahü təala sənə bərəkətlər versin, qalx” dedi. Ancaq dəvə qalxmadı. Bunun üzərinə, “Qalxması üçün cəhd etməyin, dəvə burada öləcək!” buyurdu. Dəvə üç gün sonra orada öldü.

         Həzrəti Hüseyn (radıyallahü anh) şəhid edildikdən sonra,  Muhamməd ibn Hənəfiyyə, İmamı Zeynal Abidinin yanına gəlib, “Mən sənin əminəm, yaşım səndən böyükdür, imamət (imamlıq) səndən daha çox layiqəm. Rəsulullahın (sallallahü aleyhi və səlləm) silahını mənə ver” dedi. İmam Zeynal Abidin, “Əmican, Allahü təaladan qorx, haqqın olmayan bir şeyi istəmə” dedi. İsrar edincə “Bir hakimə gedək” dedi. Muhamməd ibn Hənəfiyyə (radıyallahü anh), “O hakim kimdir?” deyə soruşdu. İmam Zeynal Abidin, “Hacərül Əsvətdir” dedi. Birlikdə Hacərül Əsvətin yanına getdilər. “ Ey əmi, imamətə kimin layiq olduğunu soruş” dedi. Muhaməd ibn Hənəfiyyə soruşdu, heç cavab gəlmədi. İmam Zeynal Abidin əllərini qaldırıb Hacərül Əsvəti dilə gətirməsi üçün Allahü təalaya dua etdi. Sonra Hacərül Əsvətə xitab edərək, “ Həzrəti Hüseyndən (radıyallahü anh) sonra imamətə kimin layiq olduğunu söylə” dedi. Hacərül Əsvət dilə gəlib açıq bir ifadə ilə Həzrəti Hüseyndən (radıyallahü anh) sonra imamət Zeynal Abidinin haqqıdır” dedi.

         Kəbəni təvaf əsnasında, bir kişi ilə bir qadının əlləri Hacərül Əsvətə yapışdı. Nə qədər çalışdılarsa da əllərini ayıra bilmədilər. O sırada İmamı Zeynal Abidin (radıyallahü anh) həzrətləri oraya gəldi. Mübarək əlini onlara toxundurdu. Dərhal əlləri xilas oldu və yollarına davam etdilər.

         Əbdülməlik ibn Mərvan Haccaca “Əbdülmuttalibin oğullarını öldürməkdən çəkin, Əbu Süfyanın qohumu bu xüsusda həddini aşmışdı, onların hakimiyyəti tez bitdi” deyə bir məktub yazaraq gizlicə göndərdi. Bu vəziyyət İmam Zeynal Abidinə məlum oldu və Əbdülməlik ibn Mərvanə filan gün filan vaxtda Haccacaya belə bir məktub yazdın, Rəsulullah (sallallahü aleyhi və səlləm) mənə etdiyin bu işin Allahü təalanın razılığına səbəb olduğunu, mülkünü səndə sabit etdiyini və sənin padşahlıq zamanının bir az daha uzandığını xəbər verdi” deyə bir məktub yazdı. Məktubu xidmətçisinə verib, öz dəvəsi ilə göndərdi. Əbdülməlik ibn Mərvan, məktubu alıb, məktubdakı tarix ilə öz məktubunda ki tarixinin eyni olduğunu görüncə, bildirilənin doğru olduğuna inandı. Dəvəyə aparacağı qədər hədiyyələr yükləyib, İmam Zeynal Abidin (radıyallahü anh) həzrətlərinə  göndərdi.

         Minhal ibn Amr belə anlatmışdır: Həccə getmişdim. Zeynal Abidin Əli ibn Hüseynə (radıyallahü anh) ziyarət etdim. Məndən Hüzəymə ibn Kahil əl Əsədini soruşdu. “Mən Kufədə ikən həyatda idi” dedim. Əllərini qaldırıb, “Allahım Hüzəymənin dəmirin və atəşin hərarətinin dad” deyə dua etdi. Kufəyə qayıtdım. Muxtar ibn Əbu Ubeyt daha əvvəl yola çıxmışdı. Onunla köhnədən yoldaşlığım vardı. Ona çatdım. Birlikdə yola davam etdik. Yolda bir yerdə dayandı və birini gözlədi. O sırada Hüzəyməni gətirdilər. Muxtar ibn Əbu Ubeyt; “Allahü təalaya həmd olsun ki, səni tutdum” dedi. Sonra icraçı çağırdı. Əmr etdi. Hüzəymənin əllərini və ayaqlarını kəsdilər. Atəş yandırmasını istədi, bir yük qamış gətirərək  yandırıb Hüzəyməni atəşin içinə atdılar. O xəbis yandı. Bu halı görüncə; “Sübhanəllah” dedim. Muxtar mənə, niyə belə söylədin, deyə soruşdu. Zeynal Abidin həzrətlərinin duasını söylədim. Sən bunu özün eşitdinmi, deyə soruşdu. Bəli eşitdim” dedim. Muxtar dərhal iki rükət namaz qıldı və uzun səcdə etdi. Sonra qalxdı, birlikdə yola davam  etdik.  Bizim evin qarşısından keçərkən Muxtar ibn Əbu Ubeydə “Buyur gedək bizdə aş yeyək” dedim. Mənə, “Ey Minhal, həm Allahu təalanın, Zeynal Abidin min Hüseynin duasını qəbul buyurduğunu söyləyirsən həm də yemək yeyək deyirsən. Bu gün onun şükranəsi olaraq oruc tutdum” dedi.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину