Facebook Twitter WhatsApp

Həzrəti İmam Hüccət Muhamməd İbn Həsən (radıyallahu anhüm)

         İmam Əskəri Həsən ibn Əlinin oğludur. On iki imamın on ikincisidir. Adı Muhamməddir.  Künyəsi Əbul Qasımdır. Ləqəbləri, Hüccət,  Qaim, Mehdi, Müntəzir və   Sahibüzzamandır. Özünə Hüccət ləqəbini verən İmamiyə firqəsi onun on iki imamın sonuncusu olduğu və  hicri  iki yüz altmış beş və ya  iki yüz altmış altı ilində Sermənrayda, yer altında itdiyi,  anası onu gözlədiyi halda çıxmadığı  inancındadırlar.

         Anası Ümmü vələd bir cariyə idi. Anasının adının  Sayqal,  Sevsən, Nərcis və ya  başqa olduğu deyilmişdir. Hicrətin iki yüz əlli səkkizinci  ilində  Ramazan  ayının iyirmi üçündə Sermənrayda doğuldu. Hicrətin iki yüz əlli beşində Şaban ayının ortasında doğulduğu da deyilmişdir.

         İmam Əskəri Əbu Muhamməd Zəkinin (radıyallahü anh) xalası belə anlatmışdır: “Bir gün İmam Əskərinin (radıyallahü anh) yanına getmişdim. Mənə, xalacan bu gecə bizim evdə qal. Allahü təala bizə bir xələf, yerimizə keçəcək bir övlad verəcəkdir, buyurdu.  Oğlun kimdən olacaq, xanımın Nərcisdə bir hamiləlik halı yoxdur, dedim. Xalacan, Nərcis hamiləlik yükünü çəkməyəcək, ancaq doğum vaxtında bəlli olacaq buyurdu. O gecə orada qaldım.  Gecə yarısı gəlincə, qalxıb təhəccüd namazı qıldım. Nərcis də təhəccüdə qalxdı.   Öz-özümə, səhər yaxınlaşdı, Əbu Muhammədin söylədiyi doğum əlamətləri görünmür, dedim. O sırada  Əbu Muhamməd  İmam Əskəri mənə  səslənərək, xalacan, tələsmə, Nərcisin olduğu otağa get, dedi. Getdim. Nərcis məni qarşıladı.  Bədəni titrəyirdi. Onu bağrıma basdım. İxlas surəsini,  Qədr surəsini və Ayət-əl kürsini oxudum. Nərcisin doğulacaq olan uşağı da  qarnında oxuyurdu. Sonra otaq işıqlandı. Baxdım uşaq doğulub yerdə yatırdı, dərhal qaldırdım. O sırada İmam Əskəri otağından səslənərək, xalacan oğlumu apar, dedi.  Uşağı qucaqlayıb apardım.  Uşağı alıb, mübarək dilini  ağzına  aparıb, Allahü təalanın izni ilə danış, buyurdu. Uşaq, Bismillahirrahmanirrahim dedi və məali şərifi, “Biz isə istəyirdik ki, o yerə gücsüz düsürülənlərə lütfkarlıq göstərək, onları rəhbər edək,  onlara (əvvəlkilərin) yerini aldıraq” olan  Qassas surəsinin 5-ci  ayəsini oxudu. O sırada ətrafımızı yaşıl rəngli quşlar sarıdılar. İmam Əskəri (radıyallahü anh) onlardan birini çağırdı. Bunu tut və Allahü təalanın əmrinin çatmasına qədər saxla, buyurdu. O quşun  ətrafındakı quşların nə olduğunu soruşdum.  O quş şəklində  gördüyümüz Cəbrayıl əleyhissəlam,  digərlərinin də rəhmət mələkləri olduğunu söylədi.  Sonra uşağı anasına apar, buyurdu.  Məali-şərifi, “ ... Beləliklə biz onu gözü aydın olsun, qəm çəkməsin və Allahın  vədinin gerçək olduğunu bilsin deyə anasına qaytardıq. Fəqət  yenə də bir çoxu (bunu)  bilməzlər” olan  Qassas surəsinin 13-cü ayəti-kəriməsini oxudu. Onu alıb apardım.  Doğulduğu vaxt  göbəyi  kəsilmiş və sünnət olmuş idi. Sağ qolunda  məali-şərifi, “Haqq gəldi, batıl yıxılıb  getdi.  Zatən batıl yıxılmağa məhkumdur” olan  İsra surəsi 81-ci  ayəti-kəriməsi yazılı idi.  Doğulduğu vaxt iki dizi üzərinə oturub, şəhadət barmağını  qaldırdı.  Sonra  asqırdı və əlhamdulilləh, dedi”.

         Başqa birisi belə anlatmışdır: “Bir gün İmam Əskərinin (radıyallahü anh) hüzurunda idim. Səndən sonra xələfin yerinə keçəcək olan kimdir, deyə soruşdum.  Otağına getdi.  Qucağında ayın on dördü kimi  parlayan üç yaşlarında bir uşaq  ilə  gəldi.  Əgər sən Allahü təalanın qatında mükərrəm bir kimsə  olmasaydın, bu oğlumu sənə göstərməzdim.  Bunun adı, Rəsulullahın (sallallahü aleyhi və səlləm)  adı kimi, künyəsi də Onun künyəsi kimidir.  Zülm dolu olan yer üzü bunun  zamanında  ədalətlə dolacaqdır, buyurdu”.

         Bir şəxs belə anlatmışdır: “Bir gün Əbu Muhamməd  İmam Əskərinin (radıyallahü anh)  hüzurunda idim. Sağ tərəfində bir otaq gördüm. Qapısına pərdə çəkilmişdi. Sizdən sonra sizin vəzifənizi yerinə yetirəcək olan qəyyum kim olacaqdır, dedim. Mənə bu otağın  qapısında ki pərdəni qaldır, buyurdu. Pərdəni qaldırdım. İçəridən nur üzlü bir uşaq çıxdı.  Sağ yanağında bir xal vardı və  saçları uzun idi. Gəlib İmam Əskərinin dizinin yanında oturdu.  İmam Əskəri həzrətləri  bəlli  bir zamana qədər bu otağa gir, buyurdu.  O otağa girərkən mən də ona baxırdım. Sonra da mənə haydı qalx, o otağa bax, içəridə kim vardır. Uşaq otağa girdikdən sonra  İmam Əskərinin əmri üzərinə  gedib, o otağa baxdım. Heç kimsə yox idi”.

         Yenə bir şəxs belə anlatmışdır: “Xəlifə Mudədid məni iki kimsəylə birlikdə çağırdı. İmam Əskəri Həsən ibn Əlinin   (radıyallahü anh) vəfat  etdiyini söylədi.  Sermənraya gedib evini yıxmamızı və  evində kimi taparsaq başını  gətirməmizi əmr etdi.  Sermənraya gedib, İmam Əskərinin (radıyallahü anh)  evinə çatdıq.  Sanki yeni tikilmiş kimi çox gözəl, tər-təmiz bir ev idi.  Evdə bir pərdə vardı.  Pərdəni qaldırdıq. Qarşımıza bir zirzəmi çıxdı.  Zirzəmin  qarşısında bir dəniz gördük.  Gözəl üzlü bir  kimsə, suyun üstünə bir  həsir sərib, üzərində namaz qılırdı. Bizə heç əhəmiyyət vermədi. Yanımdakı iki yoldaşımdan biri bir az irəliləmək istədi. Fəqət  suya batdı.  Əlindən tutub çıxartdım. Digər yoldaşımız da irəliləmək istədi. O da suya batdı.  Onu da çətinliklə qurtardıq. Mən bu vəziyyət qarşısında çaşıb qalmışdım. Ey ev sahibi, biz hara gəldiyimizi bilmədik. Allahü təaladan əfv, səndən üzr istəyirik, dedim.  Bizə heç  iltifat etmədi. Qayıdıb, xəlifə Mutəddinin yanına gəldik. Hadisəni anlatdıq. Xəlifə bu sirri gizləyin. Kimsəyə anlatmayın.  Yoxsa sizin başınızı vurduraram, dedi”.

         “Camiul  Usul” kitabında  belə bildirilmişdir: “Əbu İshaq (radıyallahü anh)  belə rəvayət etdi:  Həzrəti Əli (radıyallahü anh)  həzrəti Həsənə baxaraq: “Bu mənim oğlum seyiddir.  Rəsulullah (sallallahü  aleyhi və səlləm)  belə buyurmuşdur. Yaxında bunun nəslindən bir kişi gələcək. Adı  Rəsulullahın (sallallahü aleyhi və səlləm) adı kimi olacaqdır.  Bədəni və surəti də bənzəyəcəkdir. Ancaq, əxlaqı eyni dərəcədə olmayacaqdır” buyurdu. Sonra yer üzünü ədalətlə doldurar, qissəsini zikr etdi. Bunu Əbu Davud (rahmətullahi əleyh) bildirdi. Fəqət qissəni bildirmədi.

         “Fütuhat ül Məkkiyyə” kitabının sahibi Muhyiddini Arabi (rahmətullahi əleyh) Mehdidən (aləyhirrahmə) bəhs edərkən belə bildirmişdir: “Mehdinin (aləyhirrahmə) yanında  ricaullahdan kamil və çox elm sahibi üç yüz altmış  kişi olacaqdır (əyyədəkəllahü və iyyəna). Allahü təala  yer üzündə bir xəlifə yaradar. Yer üzü zülmlə dolmuş ikən, o yer üzünü ədalətlə doldurar. Əgər dünyanın bir gün ömrü qalsa belə Rəsulullahın  soyundan olan  o şəxs ortaya çıxana qədər Allahü təala o günü uzadar. O şəxs həzrəti Fatimənin (radıyallahü anhə) övladındandır. Adı Rəsulullahın (sallallahü aleyhi və səlləm) adına, künyəsi də künyəsinə  uyğun gələr.  Onun cəddi Həsən  ibn Əlidir  (radıyallahü anhüma).   Kədədə Hacər-ül-əsvəd rüknü ilə İbrahimin məqamı arasında Ona  beyət edilər. Yaradılışı, bədəni Rəsulullaha (sallallahü aleyhi və səlləm) bənzəyər. Ancaq əxlaqı eyni dərəcədə olmaz. Heç kimsə  yaradılış, xasiyyət baxımından  Rəsulullahın  (sallallahü aleyhi və səlləm) dərəcəsinə çata bilməz. Çünki, Allahü təala Qələm surəsi 4-cü ayəsində məalən,  “Şübhəsiz ki, sən xuluq  əzm üzrəsən”buyurdu. Həqiqət əhli, kəşf və şahid sahibi  ariflər ona beyət edərlər. Allah adamları onun  dəvətinə  razılıq edərlər və ona köməkçi olarlar. Məmləkətin yükünü çəkməkdə və Allahü təalanın ona yüklədiyi məsuliyyət də ona  köməkçi olarlar.  Allahü təala başqalarından gizlətdiyi, kəşf və şahid  yolu ilə, həqiqətlərə vaqif etdiyi qullarını ona vəzirlər, köməkçilər edər. O da onlarla müşavirə edərək məqsədə uyğun  qərarlar verər.  Çünki Onlar,  həqiqəti bilən ariflərdir.  Mehdi də (aleyhirrahmə) lazım olduğu qədər hər şeyə Allahü təala tərəfindən  muttali qılınar.  Çünki,  o özünə haqq bildirilmiş olan bir xəlifədir.  Heyvanların danışmalarını  anlayar.  Ədaləti insanlar və cinlər  arasında yayılar.

         Şeyx  Alaüddəvlə Əhməd ibn Muhamməd Semnani “  kuddisə sirruh” ,  Ebdal və  qütbülərdən  bəhs edərkən  belə buyurmaqdadır:  Muhamməd ibn Həsən  əl Əskəri  “ radiyallahu anhum və an  abaihilkiram”   təmiz əhli beyt imamlarındandır. Qütbiyyət mərtəbəsinə çatdı.  Gizləndiyi vaxt əbdal  dairəsinə  girdi.  Dərəcə dərəcə irəliləyərək  üzvlərin  ən üstünü olana qədər  yüksəldi.  O sırada qütbü Əli ibn  Hüseyn  əl Bağdadi idi.  O vəfat edincə,  Şunizəyh deyilən   yerə dəfn edildi.  Cənazə namazını Muhamməd ibn Həsən Əskəri qıldırdı.  “ radiyallahu anhumə”  onun mərtəbəsinə oturdu, yəni yerinə keçdi.  On doqquz il qütblük məqamində qaldıqdan sonra vəfat etdi.  Cənazə namazını Osman ibn Yaqub və tələbələri  qıldılar.  Mədinəyə dəfn edildi.  Onun yerinə Osman ibn Yaqub əl  Cüvəyni əl  Xorasani keçdi.

        Osman ibn Yaqub əl Cüvəyni yad diyarda vəfat edincə, cənazə namazını Əbdürrəhman ibn  Avfın  (radıyallahü anh)  nəvələrindən  Əhməd Kiçik  qıldırdı və  onun yerinə keçdi.  Qəbri üzərində türbə yox idi. Onlardan başqası qəbrini bilməzdi. Hər il ziyarət edərdilər. 

        Nəql edilən hədisi-şərifdə və həzrəti Əlinin (radıyallahü anh) sözündə,  Mehdinin (əleyhirrahmə)  axır zamanda gələcəyi  zülm ilə dolu olan yer üzünü  ədalətlə  dolduracağı bildirildi. Mehdinin adı Muhamməd, atasının adı  Abdullah olacaqdır.  Həzrəti Əlinin (radıyallahü anh) nəslindən  olacaq,  künyəsi də  həzrəti Hüseynin (radiyallahü anh)  künyəsi kimi  Əbu Muhamməd olacaqdır. 

        Allahü təalaya həmd olsun ki, on iki imamın (radıyallahü anhum əcmain) bəzi  sözlərini hallarını, möcüzələrini və kəramətlərini  izah etməyi,  bəyan etməyi nəsib etdi.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину