Facebook Twitter WhatsApp

İmam Buxari

                Qurani-kərimdən sonra ən qiymətli kitab olan Səhihi-Buxari adıyla məşhur hədis kitabını yazan böyük hədis alimidir. Adı Muhamməd ibn İsmayıl olub künyəsi Əbu Abdullahdır. Hədis elmində yüksək dərəcədə olub, 300.000- dən artıq hədisi-şərifi sənətləriylə birlikdə əzbərə bilən bir alim olduğu üçün  “İmam”,  Buxaralı olduğu üçün “Buxari”  deyilmiş,  İmam Buxari adıyla məşhur olmuşdur. 810-cu ildə (Hicri-194)  Buxarada doğuldu. 870-ci ildə (Hicri 256)  Səmərqəndin  Hartenk qəsəbəsində vəfat etdi.

                Kiçik yaşda atasını itirən Buxari, ilk təhsilinə doğum yeri olan Buxarada başladı. Duası məqbul salehə bir xanım olan anası, onun və qardaşının yetişməsi üçün çalışırdı. On yaşından etibarən hədis alimlərinin dərslərinə davam etdi.  On beş yaşına girmədən 70.000  hədisi-şərifi əzbərlədi.

                Hədis elmində qısa müddətdə o dərəcə irəlilədi ki, xocaları ilə qarşılıqlı elmi mübahisələrdə olmağa başladı. Belə ki, xocası Daxili, bəzi hədis rəvayətlərindəki  əksikliklərini onun köməyi ilə tamamlamışdır.  On altı yaşında ikən Abdullah ibn Mübarək və Vəli ibn Cərrahın kitablarını əzbərlədi. Fiqh elmində, müctəhidlərin bildirdiklərini öyrəndi. Sonra anası və qardaşı ilə birlikdə həccə getdi. Həcc fərzini yerinə yetirdikdən sonra anası və qardaşı Buxaraya  qayıtdılar. İmam Buxari isə Məkkədə qalıb hədisi-şərif yığmağa başladı. On səkkiz yaşında ikən Səhabə və Tabiin fitvalarını yığdı. Abdullah ibn  Zübəyr əl Hamididən Şafi fiqhini öyrəndi. Bu vaxtda Mədinəi-münəvvərəyə gedib Rəsulullah Əfəndimizin qəbiri-şərifini ziyarət edib gecələri  qəbiri-şərifi başında Tarix-ul-Kəbir kitabını yazdı. Məkkə və Mədinədən başqa Bağdad,  Bəsrə, Kufə, Misir, Nişapur, Bəlh, Mərv, Askalan, Dəməşq, Hums, Rəy və Kaysəriyyə kimi  elm mərkəzlərini gəzib  hədis alimləriylə görüşüb mindən çox  alimdən hədis və  digər elmləri öyrənib nəql etdi.

                Qüvvətli zəkaya və yaddaşa sahib olan İmam Buxari, eşitdiyi hədisi-şərifi dərhal əzbərləyirdi. Onunla birlikdə hədisi-şərif dinləyənlər yazdığı halda, o, yazma ehtiyacını duymurdu.  Muhamməd ibn Səlam əl Bikındi, İbrahim ibn əl- Əşas,  Əbu Asın əş-Şeybani, Abdurrəhman ibn Muhamməd ibn Hammad,  Xalid ibn Mahləd,  Əbu Nəsr- il- Fəradisi,  Abdan ibn Osman  əl- Mərvəzi, Əli ibn əl- Mədini,  Əhməh ibn Hanbəl, Yəhya ibn  Main,  İshaq ibn Rahəveyh, Süleyman ibn Hərb, Abdullah ibn Zübəyr əl- Həmidi kimi xocaların yanında yetişdi.

                İmam Buxari həzrətləri elm təhsilini bitirdikdən sonra, Misirdən Mavəraünnəhrə qədər tanınmış elm mərkəzlərində hədis və müxtəlif elmlər tədris etdi. Dərslərində minlərlə tələbə olardı. Özündən 70.000-dən çox tələbə hədis dinləmişdir. Bunlar arasında, Tirmizi, Nəsai, Əbu Züra və Əbu  Bəkr ibn Huzeymə, İbni Əbu Davud, Muhamməd ibn Nəsr-ul-Mervəzi, Müslim ibn Haccac , İbni Əbiddünya kimi böyük və tanınmış hədis alimləri də vardır.

                Minlərlə tələbə yetişdirdikdən sonra Nişapura, oradan da Buxaraya qayıtdı. Bir müddət Buxarada qalıb, hədis və elm öyrətməklə məşğul oldu. Bir  rəvayətə görə Buxara valisi uşaqları üçün xüsusi dərs verilməsini, buraya kimsənin girib dərsi  dinləməməsini  istədi.  Buxari cavab olaraq, “Mən bəzi kimsələri hədis dinləməkdən uzaqlaşdırıb, bir neçə adama hədis öyrətmərəm” buyurdu. Bu vəziyyət vali ilə arasının açılmasına səbəb oldu. Buxaradan ayrıldı.  Allahü təalaya, şikayət yolu ilə valinin  verdiyi çətinliyi  ərz etdi.  Duası qəbul olub aradan bir ay keçmədən  vali  vəzifədən alındı,  zindana atıldı.  Bu vaxtda Səmərqəndlilər onu dəvət etdilər.  Gedərkən yolda, Səmərqəndlilər bir qisim insanların istəyib, bir qisim insanların istəmədiyi xəbərini alınca,  Hərtənk kəndində qaldı. İşin iç üzünü öyrənmək istəmişdi.  İnsanların bu halından ürəyi sıxıldı və  canı sıxıldı. Təhəccüd namazından sonra əllərini açıb; “Ya Rəbbi! Yer üzü bu genişlikdə mənə dar oldu. Məni tərəfinə al!” deyə dua etdi.  O ay, orada xəstələndi və 870-ci ilinin  Ramazan  bayramı gecəsi Səmərqənddən 72  km. uzaqlıqda olan  Hərtənkdə vəfat etdi. Qəbri oradadır.

                İmam Buxari həzrətləri çox comərd olub, hər kəsə yaxşılıq edərdi.  Kasıblara çox sədəqə verər, tələbələrinin ehtiyaclarını şəxsən qarşılayardı.  Bayram günləri xaric bütün ili orucla keçirərdi. Haramlardan və şübhəlilərdən daim qaçar, qeybətdən çox qorxardı.  “İstəyirəm ki, Rəbbimə  qovuşduğum zaman heç qeybət etməmiş olum və belə bir şey üçün kimsə məni axtarmasın” buyurardı.  Gecənin ilk saatlarında bir az yatar, sonra qalxar elm və ibadətlə məşğul alardı. Quranı-Kərimi üç gündə bir dəfə xətm edərdi.

                Hədis elminin və hədis alimlərinin öndəri olan İmam Buxari həzrətləri,  yüz minlərlə hədisi-şərifi əzbərmişdi. Hədisi-şərifləri mətnləri və sənədləriylə əzbərdən bilirdi. Hədisi-şəriflərin ravilərini (rəvayət edən) çox  araşdırar, dinin əmrlərinə uyğun gəlməyən, ədəblərinə riayət etməyən, əxlaqında bir qüsur olanların rəvayət etdiyi hədisi-şərifləri almazdı. Hədisi-şərifin mətnini əzbərlədiyi kimi, o hədisi-şərifi rəvayət edən kimsələrin, künyələrini, doğum və ölüm tarixlərini, əxlaq və yaşayışlarını, kimdən  rəvayətdə olduqlarını, o ravidən başqa kimlərin hədisi-şərif aldığını öyrənər və əzbərləyərdi. Bir kimsə hədis rəvayətində və ravilərin sənədində səhvə düşsə, dərhal  İmam Buxari həzrətlərini  tapıb soruşar və doğrusunu öyrənərdi. Getdiyi hər yerdə, ətrafı hədisi-şərifi almaq və öyrənmək istəyənlərlə dolub daşardı. İmam Buxari həzrətlərinin hədis elmindəki ləqəbi “H” hərfidir. Eyni zamanda təfsir və kəlam elmlərində də ustad olan İmam Buxari həzrətlərinin təfsirə dair bildirdiyi rəvayətlər təfsir alimlərinin  əsərlərini  bəzəməkdədir.  Kəlam elminə dair əsərlər də yazmışdır.

Əsərləri

  • Cami-us-Səhih:

Ən böyük və ən məşhur əsəridir.  Səhih Buxari adıyla bilinir. İslam alimləri söz birliyi ilə, “Quranı-Kərimdən sonra ən səhih kitab Səhih Buxaridir” buyurmuşdur. İmam Buxari bu kitabı Məscidi Haramda yazdı. Hər hədisi-şərifi kitabına yazmadan əvvəl istiharə (xeyirli olması üçün dua etmək) etmişdir. Qüsl edib, Kəbədə məqamın girişində iki rükət namaz qılıb  qoyduğu möhkəm üsullara görə səhih olduğu qəti olaraq müəyyən olan hədisi-şərifləri  yazmışdır.  Bu kitabı müsvəddədən təmizə çəkmə işini də Mədinəi-münəvvərədə Peyğəmbər əfəndimizin qəbri-şərifi ilə minbəri arasında olan Ravdai-Mutahhərada etdi. Bu əsəri necə yazdığını özü belə anlatmışdır:  “Cami-us-Səhih kitabında hər hədisi-şərifi qoymadan əvvəl qüsl alıb, iki rükət namaz qılıb,  istiharə etdim.  Ondan sonra hədisi-şərifi kitaba qoydum. Bunları etmədən heç bir hədisi kitaba yazmadım. Bu kitabı on altı ildə  tamamladım.”

                Kitabi Sittə adı verilən altı səhih hədis kitabının ən başda gələni olan Səhih Buxarinin, Əli əl-Yünuni tərəfindən əl yazmasıyla çoxaldılan mətni mötəbər olmuşdur.  Bu nüsxənin əsli Qahirədə Aqboğa Mədrəsəsi Kitabxanasındadır. Səhih Buxarinin bir çox şərhləri və nəşrləri də edilmişdir.          1894-cü ildə Sultan İkinci Abdulhəmid Xan tərəfindən  Misirdə edilən ikinci cild nəşri çox gözəl cildlənmiş, qızıl möhür və naxış ilə bəzənmişdir.  Bu dərc Bulaqda  Əmirriyyə Mətbəəsində edildi.  Zeynuddin Əhməd Zəbidi,  sağlam rəvayətləri birləşdirərək Buxari Şərif  Təcrid Sarih adıyla  qısaldılmışdır.

  • Tarix-ul Kəbir
  • Tarix-ul Əsvad
  • Tarix-us Saqir (Bu üç əsər  hədis ravilərinin həyatlarını və hədis elmindəki yerlərini ehtiva  etməkdədir.)
  • Kitab-u Duafa-is Saqir (Zəif ravilərin hallarından bəhs edər)
  • Ət-Tarix fi mərifət Ruvat-ül-Hədis
  • Ət-Təvarih-ul-Ənsab
  • Kitab-ül-küna
  • Əl-Ədəb-ül-Müfrəd ( Əxlaqla əlaqədar hədisə-şərifləri yığan əsərdir)
  • Rəf-ul Yedəyn fissalati
  • Kitab-ül Qiraəti Half-əl-İmam
  • Xalq-ul-Əfal-il- İbadi ver-Rəddü aləl-Cəhmiyyə
  • Əl-Əqidə yaxud Ət-Tövhid (Kəlam elmi ilə əlaqədardır)
  • Əl-Cami-ul-Kəbir
  • Ət-Təfsir-ül-Kəbir
  • Kitab-ül-Məbsut
  • Əsma-üs-Səhabə





В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину