Facebook Twitter WhatsApp

İmam Müslim

            Hədis alimlərinin ən üstünlərindən olub Kütübi-Sittə adıyla bilinən məşhur altı hədis kitabından ikincisinin, yəni Səhihi Müslimin müəllifidir. Adı Müslim ibn Haccac ibn  Müslim əl Quşeyri ən-Nişapuri, künyəsi Əbul Hüseyndir. 821-ci ildə (hicri 206) Nişapurda doğuldu.  875-ci il (hicri 261) tarixində burada vəfat etdi.  Nişapurun bir məhəlləsi olan  Nasrabada dəfn edildi.  Böyük hədis imamlarında olub Ərəblərin bəni Qureyş qəbiləsinə mənsubdur.

            İmam Müslim zamanın böyük hədis alimlərindən hədisi-şərif dinləmək və öyrənmək üçün  Hicaz, İraq,  Şam və Misiri gəzdi. Yəhya ibn Yəhya ən-Nişapuri, Əhməd ibn Hənbəl,  Qutəybə ibn Səid, Əbu Bəkr ibn  Əbi Şeybə,  Osman ibn Əbi Şeybə,  imam Şafi həzrətlərinin  tələbələrindən Harmələ ibn Yəhya kimi  böyük alimlərdən hədisi-şərif dinləyib rəvayətdə  oldu. Ondan da Əbu İsa ət-Tirmizi, Yəhya ibn Səid,  Muhamməd ibn Mahləd, Məkki ibn Abdan və daha başqa alimlər,  hədisi-şərif bildirmişlərdir. Bağdada bir neçə dəfə gələn İmam Müslim həzrətlərindən Bağdad alimləri də hədisi-şərif dinləyib rəvayət etmişlərdir. Ən son 872-ci ilində Bağdada gəlmişdir.

            İmam Buxari ilə Nişapurda olmuş, onun elm məclisində iştirak etmişdir. İmam Müslim İmam Buxari ilə bir hədisi-şərifin müzakirəsini edərkən  İmam Buxari,  hədisi-şərifin sənədində, onun bilmədiyi bir illəti göstərincə, İmam Müslim ayağa qalxaraq Buxarinin alnından öpmüş və  mədh etmişdir.  İmam Buxari həzrətləri üçün,  “Səndən nifrət edənlər, ancaq həsədindən nifrət edər. Dünyada bir bənzərin  olmadığına şəhadət edirəm” demişdir.

            Hədisi-şərif öyrənmək və öyrətmək üçün bir çox səyahət edən İmam Müslim həzrətləri, ömrünün son illərini Nişapurda keçirmiş, orada hədisi-şərif dərsi vermiş və  ticarətlə məşğul olmuşdur.

            Əsərləri

  • Səhihi Müslim:

 Kütübi-Sittənin ikincisi olub, Buxarinin Səhihindən sonra gəlir. Hədis elmində Müslim “M” hərfi ilə  göstərilir.

            İmam Müslimin bu əsəri üzərinə çox şərhlər yazılmışdır. Abdülqafur İbni İsmayıl əl-Farisinin etdiyi Əl-Məfhum fi Şərhi Qaribi Müslim adlı şərhi, Əbul Qasım İsmayıl ibn Muhammədin Şərhi Müslim adıyla etdiyi şərh və Muhyiddin Əbu Zəkəriyyə Yəhya ən  Nəvəninin  Əl-Minhac fi  Şərhi  Səhih Müslim adıyla etdiyi  kimi daha bir çox şərhi vardır.

  • Əl- Müsnəd-ül- Kəbir
  • Əl-Cami Ələl-Əbvab
  • Əl-Əsmə vəl-Quna
  • Əl-Əfrad vəl-Vuhdan
  • Təsmiyətü Şuyuhu Malik və Süfyan və  Şu’bə
  • Kitab-ül-Muhadramin
  • Kitabı Övlad-is-Səhabə
  • Əvham-ül-Muhaddirin
  • Ət-Tabaqat
  • Əfrad-üş-Şamiyin
  • Ət-Təmyiz
  • Əl-İləl

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину