Facebook Twitter WhatsApp

İmam Nəvəvi

         Şafi alimlərinin böyüklərindəndir. Adı Yəhya ibn Şərəf, ləqəbi Muhyiddin,  Künyəsi Əbu Zəkəriyyədir. 1233-cü ilin (hicri 631)  Məhərrəm ayında Şamın cənubundakı Nəva qəsəbəsində doğuldu.  Doğulduğu yerə nisbətlə Nəvavi deyilmişdir. 1277-ci ilin (hicri 676) Rəcəb ayında vəfat etdi.

         Muhyiddin Əbu Zəkəriyyə Yəhyanı atası kiçik yaşda Qurani-kərim öyrənməsi üçün  məktəbə  göndərdi.  Qısa müddətdə Qurani-kərimi əzbərlədi.

          Zamanın alimlərindən müxtəlif elmləri təhsil aldı. On doqquz yaşına gəlincə  atası  təhsili üçün Şamdakı Rəvahiyyə Mədrəsəsinə apardı. İlk əvvəl tibb təhsilini aldı, sonra tamamilə din elmləri üzərində çalışdı. Şafi məzhəbinin təməl kitablarından olan Ət-Tənbeh ilə Mühəzzəbin dörddə birini dörd yarım  ayda əzbərlədi.  Kəmaləddin Sellar Ərbili,  İzzəddin Ömər Ərbili,  Kəmaləddin İshaq ibn Əhməd həzrətlərinin  dərslərinə davam etdi və fiqh elmini öyrəndi.  İzzəddin Ömər Ərbiliyə çox xidmət etdi. Hər gün xocalarından on iki ayrı elm oxuyardı.  Zamanla üsul, nahiv, lüğət və bənzəri elmlərin incəliklərinə bələd oldu. Hafiz Zeyn Xalid Nablus, Radi ibn Bürkan, İbni Abdüddaim, Əbi Muhamməd İsmayıl ibn Əbi Yüsr və bir çox alimdən hədis elmini öyrəndi. Qısa zamanda elmdə dövrünün ən böyük alimlərindən oldu və insanlığın səadəti üçün  bir çox kitab yazdı. Şafi məzhəbinin əsaslarını kitablarında bildirdi. Özündən  Şeyx əl-Mizzi,  Əbul Həsən Attar və bir çox alim elm təhsil aldılar.

         İki dəfə həccə getdi. 1266-cı ildə Dari Hədisi Əşrəfiyyədə dərs verdi.  Vəfatına qədər bu vəzifəsinin qarşılığında heç pul almadı.  Mübarək saqqalında bir neçə ağ tük vardı. Özündəki səkinə və təmkin halı hər kəs tərəfindən görünərdi.

         İmam Nəvəvi həzrətləri ömrünün sonlarına doğru üzərindəki əmanətləri sahiblərinə verib borclarını ödədi. Kitablarını kitabxanaya verdi. Nəvada, doğulduğu evdə günlərlə xəstə yatdıqdan sonra vəfat etdi. Türbəsi ziyarət edilməkdə, aşiqləri mübarək ruhundan feyz almaqdadır.

         İmam Nəvəvi həzrətləri dolanmaqda qənaət üzrə olub nəfsi və dünyəvi arzu və istəklərdən vaz keçmişdi. Allahü təaladan çox qorxardı. Doğru danışar, yerində söyləyər, gecələrini ibadət və taətlə keçirərdi. Elm təhsilində çalışqan olub saleh əməllər etməkdə səbri çox idi. Şam xalqının yediyi şeylərdən yeməz, məmləkətindən, ana-atasının yanından gətirdiyi, tam halal olduğunu bildiyi şeyləri yeməklə qənaət edərdi. İyirmi dörd saatda bir dəfə şamdan sonra yemək yeyərdi. Yenə gündə bir dəfə sahur vaxtında su içərdi. O diyarın adəti olan qar suyu içmə adətini etməzdi. Subay idi.  Heç evlənmədi.  Gecələri yatmaz, ibadət edər və kitab yazardı. Dövlət rəislərinə, valilərə və digərlərinə əmri bilinən və qadağan əməlləri olardı. Allahü təalanın əmrlərini  bildirər, qadağanlarından çəkinməyin əhəmiyyətini anladardı. Bu işdə heç zəiflik etməzdi.

         İmam Nəvəvi həzrətlərinin, Kütübi-Sittədə adı keçən  hadisələrdən yığdığı  Riyad-üs-Salihin  adlı əsəri məşhurdur.

Buyurdu ki:

İnsanlar Allahü təalaya qulluq, ibadət etmək üçün yaradılmışdır. İnsanlar səadətə qovuşmaq üçün yaradılış məqsədlərinə diqqət etməli və dünyaya düşkün olmaqdan çəkinməlidir. Dünya nemətləri keçicidir. Dünya əbədi qalınacaq yer deyildir. Axirətdə səadətə qovuşmaq üçün bir nəqliyyat kimidir. Sevinc yeri deyil, ayrılıq yeridir. Ağıllı kimsələr bu fani dünyaya düşkün olmayıb qulluq vəzifəsini  haqqıyla edənlərdir. Gecənin on iki hissəsindən bir qismini (bir saat qədər) canlandırmaq, bütöv gecəni canlandırmaq olar. Yaz və qış gecələri üçün həmişə belədir.

Əsərləri

İmam Nəvəvi həzrətlərinin yazdığı əsərlərinin sayı çoxdur. Oxuyanlar çox istifadə etməkdədir. Əsərlərin bəziləri  bunlardır:

Ravda - Fiqhlə əlaqədardır.

Riyad-üs-Salihin - hədis üzərinədir.

Hədisi-şəriflərin şərhi haqqında,  Şərhi  Sahihi Müslimi vardır.

Hədis ricalinin (yayanlar) adlarını hərf sırası ilə bildirən  Təhzib-ül-Əsma adlı  böyük bir kitabı.

Ayrıca; Lüğət-üt-Tənbeh, Tibyan, Minhac kimi əsərləri də vardır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину