Facebook Twitter WhatsApp

Sədrəddin Hayavi

     Övliyanın böyüklərindəndir. Adı Sədrəddindir. Şirvan yaxınlığında Hayavə deyilən kənddə doğuldu. Doğum tarixi bilinmir. 1455-ci il (hicri 860) tarixində Şirvan qəsəbələrindən biri olan Kəbudda vəfat etdi.

     Sədrəddin Hayavi əvvəllər ticarət ilə məşğul olardı. Bu səbəblə çox zəngin olmuşdu. Bir gün Hayavənin irəli gələnləri o bölgədə məşhur olan Şeyx İzzədin həzrətlərinin söhbətlərindən istifadə etmək üçün onu bir evə dəvət etdilər. Bu məclisə Sədrəddin Hayavi də qatıldı. Söhbətdə Şeyx İzzəddin həzrətlərini bir heybət örtdü.

     Sədrəddin Hayavi anladır: “İzzəddin Türkmanini elə bir hal örtdü ki, heybətinə dözüm edə bilməyib, fəryad etdim. O zaman yanıma gəldi və; “Sədrəddin bu nə hal? Bizim buraya gəlişimiz sənin üçündür” buyurdu. Sonra sakitləşdim. Könüldən ona sevgi bağı ilə bağlandığımı anladım.”

     Sədrəddin Hayavi, Şeyx İzzəddin Türkrmani həzrətlərinin söhbətləri ilə yetkinləşdi.  İcazət, diplom alıb Hayavədə elm və ədəb öyrətməyə başladı. Xocası onun mənəvi üstünlüklərini bildiyindən yanında adı keçsə hörmətlə deyilməsini  istəyərdi. Özü Hayavəyə dəvət edilsə, dəvət edənlərə; “Orada Sədrəddin vardır. Bizə ehtiyac  olmaz” buyurardı. Hayavədən gəlib özünə tələbə olmaq istəyənlərə; “Nə üçün bizə gəlirsiniz? Sədrəddinə gedin. Ondan istifadə etməyə çalışın” buyurardı.

     Sədrəddin Hayavi həzrətləri  gözəl halları və əxlaqı ilə məşhur oldu. Çox kəramətləri  görüldü.

     Sədrəddin Hayavi həzrətlərinin hacı Məhəmməd Cilvani adında Misirli bir tələbəsi var idi. Bu tələbə elmdə yüksək bir dərəcədə idi. Bir gün yoldaşları arasında elmi ilə təkəbbürlənərək xocası üçün; “ O, bir ümmi kişidir. Əgər bizim kimi elm sahibi dərvişləri olmasa idi, adı-sanı heç duyulmazdı” dedi. Tam bu sırada yanlarına Sədrəddin Hayavi həzrətləri gəldi və; “Bəzən kiçik uşağını atası tutub əlləri ilə yuxarı qaldırar. O sırada uşaq özünü yüksəklərdə görər, hətta atasından belə yüksək olduğunu zənn edər. Halbuki atası onu buraxsa, bir tərəfinin qırılıb məhv olacağını bilməz” buyurdu. Sonra tələbələri  dağılışdılar.

     Seyid Yəhya anladır: “Şiddətli bir qış mövsümü idi. Çox üşümüşdüm. İsinmək üçün təndirə girdim. Orada məni yuxu apardı və məscidə, şam namazını camaatla qılmağa gedə bilmədim. Sonra qalxıb namazımı olduğum yerdə qılmaq istədim. Ancaq iki ayağım çalışmaz olmuşdu və şiddətli bir ağrı başlamışdı. Həyatımda belə  bir ağrı görməmişdim. Bu halda ikən çox zaman keçdi. Bir gecə qarşımda Sədrəddin həzrətlərini gördüm. Sanki bacadan girmişdi. Mənə; “Nə üçün yatırsan? Qalx!” buyurdu və əlimdən tutub ayağa qaldırdı. Sonra gözdən itdi. Həqiqətən ayaq üzrə dura bilir və gedə bilirdim. Ayaqlarım da ki ağrılarda bitmişdi. Məscidə getdim. Orada Sədrəddin həzrətlərini gördüm. Mənə; “Bundan sonra namaza gecikmə” buyurdular.

     Sədrəddin Hayavi həzrətləri bir söhbətlərində; “Üzü bizə dönük olub, bizə daş atan yenə bizdəndir. Əgər bizə arxasını dönərsə o zaman başqa” buyurdular.

     Tələbələrinin ən üstünləri; Pirzadə, İbrahim Şirvani, Pir İlyas və Seyid Yəhya həzrətləridir.

      SƏNİ GÖZLƏYİRDİK

     Sədrəddin Hayavi həzrətlərini sevməyən biri vardı.  Bir gecə öz-özünə; “Sədrəddin dedikləri adam şəhərimizin gənclərini başına yığır və onlara bir şeylər anladır. Bu gecə onun qapısını döyüb çölə çıxarım və bir gözəl döyüm” niyyəti ilə yola düşdü. Sədrəddin həzrətlərinin qapısına gəldiyi zaman onu qapı qarşısında gördü. Şeyx Sədrəddin həzrətləri ona xitabən; “Ey adam!  Biz sənin niyyət etdiyin şey yerinə gəlsin deyə xeyli zamandır burada gözləyirik. Çox gecikdin” buyurdu. Gələn adam bu sözləri eşidincə peşman oldu və onun böyük bir şəxs olduğunu anlayıb əllərinə bağlandı. Üzr istədi. Sonra da ona tələbə olmaqla şərəfləndi.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину