Muhamməd Şirvani

         Böyük vəlilərdəndir. Adı Muhamməd Ali, künyəsi Əbu Hikmət, ləqəbi Muhyiddin Şəmaxıdır. Şirvanda doğuldu. 1335-ci ildə (hicri 736) Gəncə şəhərində vəfat etdi.

         Məhəmməd Şirvani, Təbrizdə elm təhsili aldı. Daha sonra məmləkəti olan Şirvana qayıdıb ticarət ilə məşğul oldu. Övliyalıq yoluna girməsini belə anladılır:

         “Şirvani həzrətləri əvvəllər ipək alıb satardı. Qəylan ve Lahəycan diyarlarına mal göndərərdi. O diyarda bir ortağı vardı. O, malları orada satar və məmləkətin puluna çevirərdi. Bir gün ortağı vəfat etdi. Geridə kimsəsi olmadığı üçün bütün mallarına oranın idarəçisi əl qoydu. Şirvani həzrətləri bunu eşidincə oraya getmək üzrə yola çıxdı. Çatdığında hakimə vəziyyəti izah etdi. Mallarını geri istədi. Ancaq nə etdisə mallarını qurtara bilmədi. Bunun üzərinə Allahü təalanin sevimli qulu Şeyx Zahid həzrətlərinin dərgahına gəlib halını ona anlatdı və dua istədi.  Zahid həzrətləri; “Oğlum! Sən bu işə məmur deyilsən və bunun üçün yaradılmadın. Adın gözəl və səndə nə qədər hikmətlər mövcuddur. Bəli deyərsən bu hikmətlər səndən meydana gələr” buyurdu. O da, bəli əfəndim deyincə, Zahid həzrətləri ona nəzər etdi və Şirvanidə ona tələbə oldu. Uzun bir zaman söhbətlərində olub yetişdi.”

         Şirvani, xocası Zahid həzrətlərinin düyü tarlalarında və bağlarında çalışdı. Gecələri oralara gedib suvarma işlərinə baxardı. Çalışarkən yerinə baxacaq bir dərvişin gəldiyini görsə həmən namaza dururdu. O namaza başladığı vaxt suyun axışı və səviyyəsi yüksələr, bağ və çəltik tarlası başdan başa sulanardı. Namazını bitirdiyi vaxt suyun səviyyəsi düşər və axışı azalar, köhnə halına dönərdi. Bunu görən dərviş yoldaşı suyun artma işini xocasına izah etdiyi vaxt xocası; “Vaxt gəldi” buyurdu və Şirvanini çağırıb ona icazət, diplom verdi. Sonra da onu haqq yolun bilgilərini öyrətməklə vəzifələndirdi.

         Şirvani, Gəncə şəhərinə yerləşdi. Orada irşad ilə məşğul oldu. Zamanın sultanı Cəlaləddin onu sevər və hörmət göstərərdi. Şirvan həzrətləri Gəncədə dərgah və məscid inla etdirdi. Ömrünü insanlara xidmət ilə keçirdi.