Facebook Twitter WhatsApp

Əfali-Mükəlləfin (Əhkami-İslamiyyə)

İslam dininin bildirdiyi əmrlərə və qadağalara “Əhkami-Şəriyyə” və ya “Əhkami-islamiyyə”deyilirBunlara “Əfali-mükəlləfin” də deyilir. Əfali-mükəlləfin səkkizdir: Fərz, vacib, sünnət, müstəhəb, mubah, haram, məkruh və müfsid.

  1. FƏRZ:  Allahü təalanın yerinə yetirilməsini ayəti-kərimə ilə açıq-aydın və qəti olaraq əmr etdiyi şeylərə fərz deyilir. Fərzləri tərk etmək haramdır. İnanmayan və yerinə yetirlməsinə əhəmiyyət verməyən kafir olar. Fərz iki növdür:

Fərzi-Ayn: Hər mükəlləf olan müsəlmanın birbaşa özünün yerinə yetirməsi lazım olan fərzdir. İman etmək, dəstəmaz almaq, qüsl etmək (boy dəstəmazı almaq), beş vaxt namaz qılmaq, Ramazan ayında oruc tutmaq, zəngin olunca zəkat vermək və həccə getmək fərzi-ayndır. (Otuz iki fərz və əlli dörd fərz məşhurdur).

Fərzi-Kifayə: Müsəlmanlardan bir neçəsinin və ya sadəcə birinın etməsi ilə digərlərinin məsuliyyətdən azad olunduğu fərzlərdir. Verilən salamın cavabını söyləmək, cənazəni qasl etmək (yəni yumaq), cənazə namazı qılmaq, Qurani-Kərimin tamamını əzbərləyib hafiz olmaq, cihad etmək, sənətinə, ticarətinə lazım olandan artıq din və fənn elmlərini öyrənmək kimi fərzlər belədir.

  1. VACIB: Yerinə yetirilməsi fərz kimi qəti olan əmrlərə deyilir. Bu əmrin Qurani-Kərimdəki dəlili fərz qədər açıq deyildir. Zənn (şübhəli) olan bir dəlilə dayanır. Vitr namazını və bayram namazlarını qılmaq, zəngin olunca qurban kəsmək, fitrə (sədəqəi-fitr) vermək vacibdir. Vacibin hökmü fərz kimidir. Vacibi tərk etmək, tahrimən məkruhdur. Vacib olduğuna inanmayan kafir olmaz. Lakin yerinə yetirməyən Cəhənnəm əzabına layiq olar.
  2. SÜNNƏT: Allahü təalanın açıqca bildirməyib, yalnız Peyğəmbər əfəndimizin edilməsini çox məsləhət gördüyü, yaxud davamlı olaraq özünün etdiyi və yaxud edilərkən görüb mane olmadığı şeylərə “Sünnət” deyilir. Sünnəti bəyənməmək küfrdür. Bəyənib də etməyənə əzab olmaz. Lakin üzrsüz və davamlı tərk edən məzəmmətə, danlanmağa və savabından məhrum olmağa səbəb olar. Məsələn: Azan oxumaq, iqamət gətirmək, camaat ilə namaz qılmaq, dəstəmaz alarkən misvakdan istifadə etmək, evləndiyi gecə ziyafət vermək və uşağını sünnət etdirmək kimi.

Sünnət iki növdür:

Sünnəti-Müəkkədə: Peyğəmbər əfəndimizin davamlı etdikləri, çox az tərk etdikləri qüvvətli sünnətlərdir. Sübh namazının sünnəti, zöhrün ilk və son sünnətləri, şam namazının sünnəti, işa namazının son iki rükət sünnəti belədir. Bu sünnətləri, əsla üzrsüz tərk etmək olmaz. Bəyənməyən kafir olar.

Sünnəti Qeyri-Müəkkədə: Peyğəmbər əfəndimizin ibadət məqsədi ilə aradabir etdikləridir.  Əsr və işa namazlarının dörd rükətlik ilk sünnətləri belədir. Bunlar dəfələrlə tərk olunarsa, bir şey olmaz. Üzrsüz olaraq tamamilə tərk olunarsa, məzəmmətə və şəfaətdən məhrum olmağa səbəb olar. Beş-on nəfərdən biri yerinə yetirsə, digər müsəlmanlardan sakit olan sünnətlərə də “Sünnəti-aləl-kifayə” deyilir. Salam vermək, etiqafa girmək (xəlvətə çəkilmək) kimi. Dəstəmaz almağa, yeməyə, içməyə və hər mübarək işə başlayarkən bəsmələ çəkmək sünnətdir.

  1. MÜSTƏHƏB:  Buna məndub, ədəb də deyilir. Sünnəti-qeyri müəkkədə hökmündədir. Peyğəmbər əfəndimizin ömründə bir-iki dəfə belə olsa, etdiklərı və sevdikləri, bəyəndikləri xüsuslardır. Yeni doğulan uşağa yeddinci gün ad qoymaq, oğlan və qız uşağı üçün əqiq heyvanı kəsmək, gözəl geyinmək, gözəl ətir vurmaq müstəhəbdır. Bunları edənə çox savab verilir. Etməyənə əzab olmaz. Şəfaətdən məhrum qalmaq da olmaz.
  2. MUBAH:Edilməsi əmr olunmayan və qadağan da edilməyən şeylərə mubah deyilir. Yəni günah və ya ibadət olduğu bildirilməmiş olan işlərdir. Yaxşı niyyətlə işlənməsində savab, pis niyyətlə işlənməsində əzab vardır. Yatmaq, halaldan müxtəlif yeməklər yemək, halal olmaq şərtiylə müxtəlif paltar geyinmək kimi işlər mubahdır. Bunlar İslamiyyətə uymaq, əmrlərə sarılmaq niyyəti ilə edilərsə, savab olar. Səhhətli olub ibadət etməyə niyyət edərək yemək-içmək belədir.
  3. HARAM: Allahü təalanın, Qurani-Kərimdə “etməyin” deyə açıqça qadağan etdiyi  şeylərdir. Haramların edilməsi və istifadə edilməsi qəti qadağan edilmişdir. Harama halal deyənin və halala haram deyənin imanı gedər, kafir olar. Haram olan şeyləri tərk etmək, onlardan çəkinmək fərzdir və çox savabdır.

Haramın iki növü var:

Haram li-aynihi: Adam öldürmək, zina, livata (homoseksuallıq, uşaqbazlıq) etmək, qumaroynamaq, şərab və hər cür alkoqollu içkiləri içmək, yalan söyləmək, oğurluq etmək, donuz əti, qan və leş yemək, qadınların, qızların başı, qolları, ayaqları açıq küçəyə çıxmaları haram olub, böyük günahdır. Bir kimsə bu günahları işləyərkən Bəsmələ söyləsə və ya halal olduğuna etiqad etsə, yaxud Allahü təalanın haram etməsinə əhəmiyyət verməsə, kafir olar. Bunların haram olduğuna inanıb qorxaraq etsə, kafir olmaz. Lakin Cəhənnəm əzabına layiq olar. Əgər təkid edib tövbəsiz ölərsə, imansız getməyə səbəb olar.

Haram li-qayrıhi: Bunlar əsilləri halal olub, başqasının haqlarından dolayı haram olan şeylərdir. Məsələn, bir nəfərin bağına girib, sahibinin icazəsi olmadan meyvəsini qoparıb yemək, ev əşyasını və pulunu oğurlayıb istifadə etmək, əmanətə xəyanət etmək, rüşvət, faiz və qumar ilə mal, pul qazanmaq kimi. Bunları edən kəs Bəsmələ söyləyərsə və yaxud halaldır desə, kafir olmaz. Çünki o kişinin haqqıdır, geri ala bilər. Beş yarım arpa (bir dank) ağırlığında gümüş qiyməti qədər haqq üçün qiyamət günündə camaat ilə qılınmış yeddi yüz rükət qəbul olunmuş namazın savabı, Allahü təala tərəfindən alınıb, haqq sahibinə verilər. Haramlardan çəkinmək, ibadət etməkdən daha çox savabdır. Onun üçün haramları öyrənib, çəkinmək lazımdır.

  1. MƏKRUH: Allahü təalanın və Muhamməd-əleyhissəlamın bəyənmədiyi və ibadətlərin savabını götürən şeylərə məkruh deyilir.

Məkruh iki növdür:

Tahrimən məkruh: Vacibin tərkidir. Harama yaxın olan məkruhlardır. Bunları etmək əzaba səbəb olar. Günəş doğarkən, tam təpədə ikən və batarkən namaz qılmaq kimi. Bunları qəsdlə işləyən üsyankar və günahkar olar. Cəhənnəm əzabına layiq olar. Namazda vacibləri tərk edənin, tahrimi məkruhları işləyənin, o namazı yenidən qılması vacibdir. Əgər səhvən, unudaraq işləyərsə, namaz içində səcdəi-səhv edər.

Tənzihən məkruh: Mubah, yəni halal olan işlərinə yaxın olan, yaxud edilməməsi edilməsindən daha yaxşı olan işlərdir. Qeyri-müəkkəd sünnətləri və ya müstəhabları tərk etmək tənzihən məkruhdur.  

8.MÜFSİD: Dinimizə uyğun olan bir işi və ya başlanmış olan bir ibadəti pozan şeylərdir. İmanı və namazı, nikahı və həcci, zəkatı, alış və satışı pozmaq kimi. Məsələn: Allaha və kitaba söymək küfr olub, imanı pozar. Namazda gülmək, dəstəmazı və namazı pozar. Oruclu ikən bilərək yemək, içmək orucu pozar.

Fərzləri, vacibləri və sünnətləri yerinə yetirənə və haramdan, məkruhdan çəkinənə əcr, yəni savab verilər. Haramları, məkruhları işləyən və fərzlərə, vaciblərə əməl etməyənə günah yazılar. Bir haramdan çəkinmənin savabı, bir fərzi yerinə yetirmənin savabından qat-qat çoxdur. Bir fərzin savabı, bir məkruhdan çəkinmənin savabından çoxdur. Məkruhdan çəkinmənin savabı da, sünnətin savabından çoxdur. Mubahlar içində, Allahü təalanın sevdiklərinə  “Xeyrat  və  Hasənat”  deyilir. Bunları edənə də savab verilərsə də, bu savab sünnət savabından azdır. 

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину