Facebook Twitter WhatsApp

32 və 54 fərz

  Bir uşaq yetkin olduğu zaman və bir kafir “Kəlmeyi-təvhid” söyləsə, yəni “Lə ilahə illəllah Muhammədün rəsulullah” desə və bunun mənasını bilib inansa, “Müsəlman” olar. Kafirin günahlarının hamısı dərhal bağışlanar. Lakin bunların hər müsəlman kimi imkan tapınca imanın altı şərtini, yəni “Aməntü”nü əzbərləmələri və mənasını öyrənərək bunlara inanmaları və “İslamiyyətin hamısını, yəni Muhamməd-əleyhissəlamın söylədiyi əmrlərin və qadağanların hamısını Allahü təalanın bildirmiş olduğuna inandım” demələri lazımdır. Daha sonra imkan tapdıqca bütün xasiyyətlərin və qarşılaşdığı işlərdən fərz olanları, yəni əmr olunanları və haram olanları, qadağan edilmiş olanları öyrənməsi də fərzdir. Bunları öyrənmənin və fərzləri yerinə yetirmənin, haramlardan çəkinmənin fərz olduğunu inkar edərsə, yəni inanmazsa imanı gedər. Bu öyrəndiklərindən birini bəyənməzsə, qəbul etməzsə mürtəd olar. Mürtəd, “Lə ilahə illallah” deməklə və İslamiyyətin bəzi əmrlərini yerinə yetirməklə, məsələn namaz qılmaqla, oruc tutmaqla, həccə getməklə, xeyir və gözəl iş görməklə müsəlman olmaz. Bu yaxşılıqlarının axirətdə heç bir faydasını görməz. İnkarından, yəni inanmadığı şeydən tövbə etməsi, peşman olması lazımdır.

   İslam alimləri hər müsəlmanın öyrənməsi, inanması və tabe olması lazım olan fərzlərdən 32 və ayrıca 54 ədədini seçmişdirlər.

 

OTUZ İKİ FƏRZ

 

İmanın şərti: Altı (6)

İslamın şərti: Beş (5)

Namazın fərzi: On iki (12)

Dəstəmazın fərzi: Dörd (4)

Qüslün fərzi: Üç (3)

Təyəmmümün fərzi: İki (2)

Təyəmmümün fərzinə üç deyənlər də vardır. O zaman hamısı otuzüç fərz olar.

 

İmanın şərtləri (6)

 

  1. Allahü təalanın varlığına və birliyinə inanmaq.
  2. Mələklərinə inanmaq.
  3. Allahü təalanın endirdiyi kitablarına inanmaq.
  4. Allahü təalanın Peyğəmbərlərinə inanmaq.
  5. Axirət gününə inanmaq.
  6. Təqdirə, yəni xeyir və şərlərin (yaxşılıq və yamanlıqların) Allahü təaladan olduğuna inanmaq.

 

İslamın şərtləri (5)

  1. Kəlmeyi-şəhadət gətirmək.
  2. Hər gün beş dəfə vaxtı gələndə namaz qılmaq.
  3. Malın zəkatını vermək.
  4. Ramazan aynda hər gün oruc tutmaq.
  5. Gücü çatanın ömründə bir dəfə həccə getməsidir.

 

Namazın fərzləri (12)

 

  1. A) Xaricindəki fərzləri yeddidir. Bunlara şərtləri də deyilir.

12 Hadəsdən təharət. (Qüsl və dəstəmaz almaq)

  1. Nəcasətdən təharət (Nəcasətlərdən təmizlənmək).
  2. Sətri övrət (Övrət yerlərini örtmək)
  3. İstiqbali Qiblə (Kəbə istiqamətinə dönmək)
  4. Vaxt
  5. Niyyət
  6. Iftitah və ya Tahrimə Təkbiri.
  7. B) İçindəki fərzləri beşdir. Bunlara rükn deyilir.
  8. Kıyam.
  9. Qiraət.
  10. Rükü.
  11. Səcdə.
  12. Qadəi axirə.

 

Dəstəmazın fərzləri (4)

 

  1. Dəstəmaz alarkən üzü yumaq.
  2. Əlləri dirsəkləri ilə birlikdə yumaq.
  3. Başın dörddə birini məsh etmək.
  4. Ayaqları topuqları ilə birlikdə yumaq.

 

Qüslün fərzləri (3)

 

  1. Ağzı yumaq (yaxalama).
  2. Burnu yumaq (suya çəkmə)
  3. Bütün bədəni yumaq.

 

Təyəmmümün fərzləri (2)

 

  1. Cünüblükdən (qüslsüzlükdən) və ya dəstəmazsızlıqdan təmizlənmək üçün niyyət etmək.
  2. İki əli təmiz torpağa vurub, üzü məsh etmək və təkrar iki əli təmiz torpağa vurub, hər iki qolu dirsəkdən ovuca qədər sürtmək.  

 

ƏLLİ DÖRD FƏRZ

 

  1. Allahü təalanın bir olduğuna inanmaq.
  2. Halal yemək və içmək.
  3. Dəstəmaz almaq.
  4. Beş vaxt namaz qılmaq.
  5. Cünüblükdən qüsl etmək.
  6. Ruzinin Allahü təaladan olduğuna inanmaq.
  7. Halal, təmiz paltar geyinmək.
  8. Allaha təvəkkül etmək.
  9. Qənaət etmək.
  10. Nemətlərinin müqabilində Allahü təalaya şükr etmək.
  11. Qəzaya razı olmaq.
  12. Bəlalara səbir etmək.
  13. Günahlardan tövbə etmək.
  14. Allah rızası üçün ibadət etmək.
  15. Şeytanı düşmən bilmək.
  16. Qurani-Kərimin hökmünə razı olmaq.
  17. Ölümü haqq bilmək.
  18. Allahın dostlarına dost, düşmənlərinə düşmən olmaq.
  19. Ataya və anaya yaxşılıq etmək.
  20. Əmrləri təbliğ və qadağalardan çəkindirmək.  
  21. Qohumları ziyarət etmək.
  22. Əmanətə xəyanət etməmək.
  23. Daima Allahü təaladan qorxub, qüruru (ərköyünlüyü, azğınlığı) tərk etmək.
  24. Allaha və Rəsuluna itaət etmək.
  25. Günahdan çəkinib, ibadətlərlə məşğul olmaq.
  26. Müsəlman əmrlərə itaət etmək.
  27. Aləmə ibrət nəzəri ilə baxmaq.
  28. Allahü təalanın varlığını təfəkkür etmək.
  29. Dilini əxlaqsız kəlmələrdən qorumaq.
  30. Qəlbini təmiz saxlamaq.
  31. Heç kəsi lağa qoymamaq.
  32. Harama baxmamaq.
  33. Hər bir halda sözündə sadiq olmaq.
  34. Qulağını töhmət dinləməkdən qorumaq.
  35. Elm öyrənmək.
  36. Tərəzi və ölçü alətlərini haqq üzrə istifadə etmək.
  37. Allahın əzabından əmin olmayıb, daima qorxmaq.
  38. Müsəlman kasıblara zəkat vermək və yardım etmək.
  39. Allahın rəhmətindən ümid kəsməmək.
  40. Nəfsinin istəklərinə tabe olmamaq.
  41. Allah rızası üçün yemək yedizdirmək.
  42. Kifayət qədər ruzi qazanmaq üçün çalışmaq.
  43. Malının zəkatını, məhsulun uşrunu vermək.
  44. Adətli və nifaslı olan xanımına yaxın olmamaq.
  45. Qəlbini günahlardan təmizləmək.
  46. Kibrli olmaqdan çəkinmək.
  47. Yetkin olmamış yetimin malını hifz etmək (qorumaq).
  48. Gənc oğlanlara yaxın olmamaq.
  49. Beş vaxt namazı vaxtında qılıb, qəzaya buraxmamaq.
  50. Zülmlə kimsənin malını yeməmək.
  51. Allahü təalaya şərik qoşmamaq.
  52. Zinadan çəkinmək.
  53. Şərabı və alkoqollu içkiləri içməmək.
  54. Yalan yerə and içməmək. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину