Facebook Twitter WhatsApp

İslamiyyətdən xəbəri olmayanlar

Sual: Dağda, səhrada, mağarada, meşədə və ya kimsəsiz bir adada qalıb din, peyğəmbər deyə bir şey eşitməmiş bir insan, ağılla Allahın varlığını tapsa və ya tapa bilməzsə, hökmü nədir?
CAVAB
Deyilən yerlərin birində yaşayıb da, dindən xəbəri olmayanlar, imanlı olmadıqları üçün Cənnətə girməzlər. Allahı, Cənnəti, Cəhənnəmi eşitmədiyi və inkar etmədiyi üçün Cəhənnəmə də girməzlər. Dirildikdən və hesabdan sonra, bütün heyvanlar kimi, bunlar da yox edilir, bir yerdə sonsuz qalmazlar. (Məktubat-ı Rəbbani, Feraid-ül fevaid)

Dağda, çöldə yaşayıb da Peyğəmbərləri eşitməmiş olana Şahik-ul-cəbəl deyilir. Bunlar üzrlüdür. Peyğəmbərlərə inanmaları əmr edilmədi. (İsbat-ün-nübüvvə)

Peyğəmbəri eşitməyən kimsə, Allahu təalanın var və bir olduğunu düşünüb, tək buna iman edər və Peyğəmbəri eşitmədən ölsə, Cənnətə girər. (H.L.O. İman)

Buxara alimləri, İmam-ı Əşarinin bildirdiyi kimi, (Peyğəmbər göndərilmədən, təbliğ edilmədən əvvəl təklif edilməz)dedilər. Üstün görülən söz də budur. Bu alimlər, (yerləri və göyləri və özünü görən, ağlı başında bir kimsənin Allahu təalanın varlığını başa düşmürsə üzr olmaz) sözündən məqsəd, Peyğəmbərlərin sözlərini eşitdikdən sonra, başa düşmürsə üzr olmaz deməkdir, dedilər. (Rədd-ül-muxtar)

İmam-ı Rəbbani həzrətləri buyurur ki:
Ağılla Allahu təalanın varlığını, birliyini bilmək lazım olduğunu söyləyən alimlər olmuşdur. Allahu təala, ağılı, haqqı batildən ayırmaq üçün yaratmışsa da, haqq yol bildirilmədikcə ağıl, bunu tək başına tapa bilməz. Peyğəmbərləri eşitməmiş kimsə, axirətdə qəbahəti qədər məhşər yerində əzab görər, hər kəsin haqqı verildikdən sonra, bütün heyvanlar kimi yox edilir. (1/259)

Bir ayəti-kərimə tərcüməsi də belədir:
(Biz, bir rəsul göndərmədən [dini təbliğ etmədən] əvvəl əzab etmərik.) [İsra 15]

Müsəlmanlıq haqqında eşitməyənlər
Sual: Müsəlmanlıq haqqında eşitməyənlər cəhənnəmə girəcəklər mi?
CAVAB
İmam-ı Rəbbani həzrətlərinin bir oğlu, atasına belə bir sual soruşur:
(Dağda böyüyüb, heç bir din eşitməyib, bütə tapınan müşriklər, Cəhənnəmdə sonsuz qalmazsa, Cənnətə girməsi lazımdır. Bu da ola bilməz, çünki müşriklərə Cənnət haramdır, yəni qadağandır. Axirətdə Cənnət ilə Cəhənnəmdən başqa yer də yoxdur. Araf'ta qalanlar, bir müddət sonra Cənnətə gedəcək. Sonsuz qalınacaq yer, Cənnət və ya Cəhənnəmə. Bunların yeri haradır?)

İmam-ı Rəbbani həzrətləri belə cavab verir:
Qiymətli balam, bu suali həll etmək üçün, (Qiyamətdə, Peyğəmbər əfəndimiz, bunları dinə dəvət edir. Qəbul edən Cənnətə, etməyən Cəhənnəmə atılar) deyənlərin sözü, bu fəqirə yaxşı gəlmir, çünki axirət, mükafat yeridir, hesab yeridir. Əmr yeri, iş yeri deyil ki, oraya peyğəmbər göndərilsin. Çox zaman sonra, Allahu təala mərhəmət edərək, bu məsələnin həllini ehsan etdi. Belə bildirdi ki, bu müşriklər, Cənnətə də, Cəhənnəmə də girməyəcək, axirətdə dirildikdən sonra, hesaba çəkilib, qəbahəti qədər məhşər yerində əzab çəkəcəklər. Hər kəsin haqqı verildikdən sonra, bütün heyvanlar kimi, bunlar da yox ediləcəklər. Hər kəsin ağlı, bir çox dünya işlərində belə çaşıb yanılırken, yaxşılığı, mərhəməti sonsuz olan sahibimizi, peyğəmbərləriylə xəbər vermədən, tək ağılları ilə tapa bilmədikləri üçün, qullarını sonsuz olaraq atəşdə yanacağını söyləmək, bu fəqirə ağır gəlir. Belə kəslərin sonsuz olaraq Cənnətdə qalacaqlarını söyləmək, necə çox yersizse, sonsuz əzab çəkəcəklərini söyləmək də, elə yersiz olur. O halda, cavabın doğrusu, bizə bildiriləndən. Yəni məhşər günü, hesabları görüldükdən sonra yox ediləcəklər. (1/259)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину