Facebook Twitter WhatsApp

İnsanlar yuxudadır

Hikmət əhli buyurur ki:
Dünya, yuxuda olan bir insanın yuxusı kimidir. İnsanlar yuxudadır, öldüyü zaman oyanacaqlar. Axirət əbədi həyatdır. Cənnət dünyanın qarşılığıdır. Dünyanı tərk edənə, buraxana, oranın əbədi neməti veriləcəkdir. Yəni, dünyaya, dünya malına sahiblənməyən, onun bir qaranlıq olduğuna, əmanət olduğuna iman edən insan üçün Allahü təala qalıcı olanı verəcəkdir. Cəhənnəm də dünyanın qarşılığıdır. Dünya, onu istəyib, axirəti unudana verilir, oradan əbədiyyən ayrıla bilməz. Bu bir seçim məsələsidir. Allahü təala axirəti seçənə Cənnəti verəcəkdir, dünyanı seçənə Cəhənnəmi verəcəkdir.

Xeyirli insan odur ki, dünyada Allaha və Rəsuluna iman edib, itaət edib və ömrünü o yöndə bitirir.

Əgər bir şey mütləq olacaqsa, onu olmuş bilmək lazımdır. Ölüm mütləqdir, onu nəzərə alaraq yaşamaq lazımdır.

Namaz çox mühümdür, dinin dirəyidir. Namaz qılmayanın etdiyi bütün ibadətlər, havada asılı qalır, namaz qılmadıqca bir işə yaramaz.

Qurani-kərim şəfadır. Hər hərfi şəfadır. Fələq ilə Nas surələrini əllərinizə oxuyun, üfüləyin və ağrıyan yerə sürün.

Ağıl bu yolu tapana qədərdir və ağlına gələni soruşur, ancaq bu yolu tapdıqdan sonra ən böyük düşmən ağıldır, həmişə fikirləri qarışdırır. Gəmiyə mindinsə, kapitanın işinə qarışma!

Cənabı Allah, “Saçı-saqqalı ağarmış Müsəlman bir quluma əzab etməkdən həya edərəm” buyurur. O halda saçlarımızı Allah yolunda ağartmalıyıq.

Texnologiya sürətlə inkişaf edir, insanlara böyük rahatlıqlar təmin edir. İşləri daha rahat və daha qısa müddətdə etmək mümkün olur. Ancaq hər yeni kəşfin zərərləri də olur. Gün gələcək insanlar oyun-əyləncə, maraq üzündən bu cihazların [kompyuter, internet, TV və s.] başında bütün vaxtlarını sərf edəcəklər. Halbuki bunların başında az oturmaq, işi sürətlə bitirib başından ayrılmaq lazımdır. Yoxsa sizi özünə əsir alar, bütün vaxtınızı alıb aparar. Kitab oxumağa və başqa iş görməyə vaxtınız olmaz. Allah deyəcək vaxt belə qoymaz. Pislik, təhlükə, hədsiz-hesabsız olur çox uzaq durmaq lazımdır. İnsanı fəlakətə aparar. Uşaqlara, gənclərə zərəri daha çox olar.

Əfv etmək günahları örtməkdir, məğfirət etmək, tamamilə aradan qaldırmaqdır. Ona görə mömin Allahü təaladan əfv və məğfirət istəyər. Allahü təala da əfv və məğfirət edərsə, hər şey tamam olar.

Allahü təalanın bir qulundan razı olması, o insan üçün ən böyük müjdədir. Möminin ən gözəl duası birinə, Allahü təala səndən razı olsun, deməkdir. Əgər Allahü təala bir qulundan razı olarsa, ona hər şeyi vermiş deməkdir. Cənabı Haqq razı olduqlarını razı olduğu yerdə saxlayır. Rəbbimizin də razı olduğu yer Cənnətdir. Cənnətə getməyi istəmək lazımdır. “Vermək istəməsəydi, istək verməzdi” buyurulur.

Cənabı Allah quluna bir şey vermək istəyərsə, ona bir şeylər söylədər, istək verər. O, vermək istədiyini, səbəblə verdiyi üçün, bizim səbəbə yapışmağımızı istəyir, yəni, “Ya Rəbbi bizə Cənnətini ver” dedizdirir. Onsuz da söylədən də, verəcək olan da Odur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину