Facebook Twitter WhatsApp

Allahu təalanın asi qullara müjdəsi

* Əksər hallarda bilərək küfrə düşülmür, lakin bilməyərək küfrə düşmək olur. Buna görə də, (Ya Rəbbi, bilərək və ya bilməyərək küfrə səbəb olan bir söz söylədimsə, bir iş etdimsə nadim oldum, peşman oldum, məni bağışla) duasını çox oxumalıyıq. Küfr sayğac kimidir. Əlaqəni kəsir. Bir müsəlman küfrə düşmüşsə, nə edirsə etsin, nə qədər çox ibadət edirsə etsin heç bir faydası yoxdur. Çünki sayğac atmışdır, lampa, qurğular nə qədər möhkəm olursa olsun, elektrik gəlmədiyi üçün faydası olmaz. 

Bir çox sərxoşlar vardır ki, hərəkətlərindən peşmanlıq duyub tövbə edir, imanla gedir. Bir çox dərvişlər, müridlər vardır ki, təkəbbürlü olub, günahları üçün tövbə etməyib, imansız gedirlər. Bir gün bir keşiş Cüneydi Bağdadi həzrətlərindən soruşub: Mənmi üstünəm, yoxsa sənmi üstünsən? O da bir həftə sonra gəl, deyib. Keşiş bir həftə sonra gəldiyində Cüneydi Bağdadi həzrətlərinin vəfat etdiyini görüb. Bu gün mənə cavab verəcəkdi deyə söylənməyə başlayıb. Tabutu göstərərək, bax tabut oradadır, get soruş, o boş-boşuna danışmazdı, deyiblər. Tabutunun başına gedib eyni sualı verib. Cüneydi Bağdadi həzrətləri Allahu təalanın izniylə başını qaldıraraq, belə cavab verib; Keçen həftə sonumun necə olacağını bilmədiyim üçün sənə cavab verə bilmədim. Mən imanla gedib xilas oldum, səndən üstünəm. Sən öz dərdinə çarə qıl. Keşiş, ağlamağa başlayıb, kəlməyi-şəhadət gətirib müsəlman olub. 

* Peyğəmbər əfəndimizin yanına bir yəhudi gəlib, guya salam verir kimi edərək Əs sam aleyküm, yəni öləsən, yox olasan deyir. Peyğəmbər əfəndimiz də, və aleyküm sam deyə cavab verir. Getdikdən sonra, Həzrəti Aişə validəmiz, Allah bəlanızı versin, sizi qəhr etsin... kimi bəzə şeyləri sıralamağa başladıqda, Peyğəmbərimiz durdurub, daha artığına haqqımız yoxdur, bizə nə etdisə ancaq o qədərini edə bilərik, buyurdu. Kafir də olsa onun etdiyindən artığını etmək caiz deyildir. 

* Allahu təala xəta edənin cəzasını verir, ancaq istiğfar edənləri əfv edir. Müjdələr çoxdur, Rəbbimizin mərhəməti genişdir. Səksən il kilsədə keşişlik etmiş, İslamı yıxmağa çalışmış insanı belə bir kəlməyi-şəhadət söyləməklə əfv edir. Allahümmə innəkə afüvvün kərimün tühıbbül afvə fafü anni (Ya Rəbbi, Sən madam ki, bağışlayansan, ehsan edənsən, əfv etməyi sevirsən, elə isə məni də əfv et). Bunu hər namazdan sonra oxumaq lazımdır. Bunlar hamısı, Allahu təalanın asi qullara müjdəsidir.

* Nəfs Allahu təalanın düşmənidir. Peyğəmbər əfəndimiz Allahu təalanın dostudur. Nəfsimizə uysaq Allahu təalanın düşməninə itaət etmiş olarıq. İslam dininə uysaq, Allahu təalanın dostuna uymuş olarıq.

* Dərman xəstə üçündür. Dərman istifadə edən üçündür.

* Mövcud olana şükür etmək, qənaət etmək lazımdır. Mövcudla davam edilməlidir. İsraf, küfranı-nemət, həmişə "Bu mənə lazımdır” deyərək başlayır. Bir dəfə bu mənə lazımdır dedikdə onun arxası gələcək, bu da lazımdır, o da lazımdır deyə davam edəcək. Lazımdır dediyinə qovuşmaq üçün dinin xaricinə çıxarsan, heç xəbərin belə olmaz. 

* Namaz qılmamağın nə böyük bir qəbahət olduğunu anlamaq üçün çox sevdiyinizi, məsələn, övladınızı qapının arxasına çıxarıb, mən çağıranda gələrsən, deyin. Çağırın çağırın gəlməsin. Siz dəfələrlə çağıracaqsınız, amma o eşitdiyi halda gəlməyəcək. Siz ona nə edərsiniz? Allahu təala gündə 5 dəfə qullarını çağırır. Üstəlik bu dəvətin faydası bizədir. Dəvəti  qəbul edənlərə etdiyi ehsanlar da ayrıdır. Buna baxmayaraq, uca Rəbbimiz nə qədər səbrli, nə qədər mərhəmətlidir. Gündə 5 dəfə çağırdığı halda gəlməyən qullarına heç nə etmir, ruzisini kəsmir və möhlət verir. 

* Qılmaq istəyənə namaz, insanın qarşısına əngəl çıxarmaz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину