Facebook Twitter WhatsApp

İmanın güclü olmasının əlaməti

* Allahü təalaya arifsənsə, səndən razıdırsa, səni qəbul edibsə, sussan da xoş, danışsan da xoşdur. Amma arif deyilsənsə, sussan da boş, danışsan da boşdur.

* Heç kimə şübhə ilə yaxınlaşma. İnsanlara necə yaxınlaşsan insanlar da sənə elə yaxınlaşacaq.

* Dinimiz başdan ayağa şəfqətdir. Bu qədər alimlər, övliyalar bütün istirahətlərini, zövqlərini tərk edərək həyatları boyu insanların qurtulması üçün çalışdılar. Çünki onların qəlb gözü açıqdır. Bu, görənlə korun fərqi kimidir. Niyə bu qədər çalışdılar, didindilər? Mərhəmətdən, çox mərhəmətdən. İnsan bir pişiyin belə odda azacıq yanmasına dözə bilməz. Başqa bir insanın əbədiyyən yanmasına necə göz yuma bilər.

* İmanın güclü olmasının əlaməti bir insan daha qurtulsun deyə çalışmaqdır. Həzrəti Əbu Bəkri Siddiq müsəlman olduqda “Ya Rəsulallah, altı yoldaşım daha var, onları da gətirim” dedi. Əgər çalışmırıqsa, deməli bizim imanımızda nöqsanlıq var. Başqalarına da öyrətməliyik. Bu da əhli-sünnət alimlərinin kitablarını verməklə olur. Kitab vermək 10 dəfə deməkdən daha yaxşıdır. Aldığımız neməti başqalarına yaymalıyıq. Məsuliyyətdən qurtulmalıyıq.

* Zərərdən qaçmaq fayda verməkdən əvvəl gəlir. Bir məkruhdan çəkinmək, bir sünnəti etməkdən, bir haramdan çəkinmək, bir fərzi etməkdən əvvəl gəlir. Yəni, bir yanlış iş görməmək, min illik əməldən mühümdür. Bir yanlış min doğrunu silir. Min dəfə yaxşılıq etsən heç söyləyən olmaz, bir yanlış iş görsən bütün insanlar ondan bəhs edər. Hər kəs səni yanlışınla xatırlayar.

* Bir fitnə çıxarmaq adam öldürməkdən daha betərdir. Fitnə demək, sənin bir işindən, bir sözündən müsəlmanların zərər görməsidir. Sənin zərər görməyin şərt deyil və ya bu zərərə razı olmağın mühüm deyil. Sən kimsən ki, öz ağlından, özündən danışırsan, elədir, belədir deyirsən. Əhli-sünnət alimlərinin kitablarını ver, keç. Nəsibi olan qurtulacaq. O böyüklərin sözlərilə qurtula bilməyən, sənin sözünləmi qurtulacaq?

* Elm çox dəyərlidir. Elm olmadan din olmaz, elm olmadan əməl olmaz, elm olmadan ixlas olmaz. Elmi-hal, adı üstündədir. Əvvəlcə elm, sonra hal.

* Xeyirli insanlara Cənabı Haqq xeyirli iş nəsib edir.

* Övliyanın yanında olan dörd şeydən istifadə edər; mərhəmətindən, səxavətindən, mülayimliyindən, gözəl xasiyyətindən.

* Sultana ədəbsizcə xidmət edənin dünyası, övliyaya ədəbsizcə xidmət edənin axirəti yıxılar.

* İnsana elm olaraq Allahü təaladan qorxması kifayət edir. İnsana, cəhalət olaraq da öz nəfsini bəyənməsi, ucub sahibi olması kafidir. Ucub artdıqda, axmaqlığa çevrilir, insanın öz eyiblərini görməsinə mane olur.

* Susmaq - yorulmadan, əziyyət çəkmədən edilən bir ibadətdir. Zahiri bir bəzəklə bəzəmədən qazanılan bir zinətdir. İnsanı üzr istəmək zillətinə düşməkdən qoruyan bir zənginlikdir. Kiramən katibin mələklərinə rahatlıqdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину