Facebook Twitter WhatsApp

İmanı təhlükəyə salan günah

Hikmət əhli buyurur ki:

Hər günah imanı təhlükəyə salmağa səbəb ola bilər, amma bu üç günahın təsiri daha güclüdür:

1- İman nemətinə şükr etməmək,

2- İmanın getməsindən qorxmamaq,

3- Möminləri incitmək, qəlblərini qırmaq. Hədisi-şərifdə “Qəlb qırmaq, Kəbəni yetmiş dəfə yıxmaqdan daha betərdir” buyurulur. Yaxşı və ya pis olsun heç bir insanın qəlbini incitmək olmaz. Allahü təalanı ən çox incidən, küfürdən sonra qəlb qırmaq kimi böyük günah yoxdur. Böyük şəxsiyyətlər buyurur ki:

Həqiqi müsəlman heç vaxt könül qırmaz,

Bilir bundan böyük bir günah olmaz.

* Bir müsəlmana qaş-qabaqla baxmaq haramdır. Gülərüz olmayan mömin sifətli deyildir. Müsəlman, qeyri-müsəlman hər kəsə qarşı gülərüzlü olmalıyıq. Başqasının pis əxlaqından şikayət edənin özü pis əxlaqlıdır. Başqalarının pisliklərindən bəhs ediriksə, bu bizim pis olduğumuzun əlamətidir. Gözəl əxlaq əziyyətləri sinəyə çəkməkdir.

* Möminin əlaməti gülər üzdür. Münafiqin əlaməti qaraqabaq olmaqdır. Allahü təala ehsan etdiyi neməti göstərməyimizi sevir. Müsəlman olmaq nemətini necə göstərəcəyik; gülər üzümüzlə, şirin dilimizlə, mərhəmətimizlə, şəfqətimizlə.

* Bir Müsəlman digərini həqir görə bilməz. Çünki Müsəlman Allahın sevdiyi, Allah yanında qiyməti böyük olan insan deməkdir. Müsəlmanı həqir görmək Allahın dəyər verdiyinə dəyər verməmək deməkdir.

* Ən böyük günah günahı bilməməkdir. Ondan böyük günah günahı ibadət olaraq etməkdir.

* Gözəl əxlaq - heç kimə yük olmamaq, lakin hər kəsin yükünü çəkməkdir.

* Mərdlik demək hamıyla xoş keçinməkdir.

* Hər kəsə yaxşılıq edə bilmərik, ancaq kiməsə pislik etməyə haqqımız yoxdur.

* Müsəlman demək, həsrəti çəkilən insan deməkdir. Bir kimsənin həsrəti çəkilmirsə, son nəfəsdə imanı təhlükədədir.

* Axirətdə qurtulmaq ibadətin çox olmasıyla ölçülmür, doğru imanla olunan səhih və saleh əmələ bağlıdır. Saleh əməl, ixlaslı əməl deməkdir. Qurani-kərimin çox yerində Saleh əməl ifadəsi keçməkdədir. “Ancaq saleh əməl işləyənlər qurtulacaqdır” buyurulmaqdadır.

* Allahü təaladan özünü, qiyamət günündə Cəhənnəm atəşindən qorumasını istəyən möminlərə qarşı çox mərhəmətli və nəzakətli olmalıdır.

* Köpək olan evə rəhmət mələkləri girməz. Qəlbə də köpək fitrətli pis əxlaqı salmaq olmaz. Xüsusilə də bu dörd pis əxlaq daha təhlükəlidir: Təkəbbür, qısqanclıq, qəzəb, şəhvət. Demək ki, özünü bəyənmək, başqasındakı bir neməti qısqanmaq, qəzəblənmək və şəhvətə qapılmaq təhlükəlidir.

* Hər kəsə sıxıntı verən təkəbbürlüdür. Heç kimi bəyənməmək, hamıdan şikayət etmək təkəbbürdəndir. Təvazökar olmaq, ölü olmaq deməkdir. Ölü heç kimi şikayət etməz, ölünü də şikayətə gərək duymazlar.

* Fizikada bir qayda vardır. Müsbət müsbəti, mənfi mənfini itələyir. Zidd qütblər bir-birini cəzb edir. İki insanın ikisi də mən haqlıyam deyərsə, nəticədə mübahisə çıxar, qanqaraçılıq başlayar. Biri sən haqlısan deyərsə, dava bitəcək. Ər-arvaddan biri digərinə, sən haqlısan deyərsə, xoş keçinəcəklər. İkisi də, mən haqlıyam, deyərsə yola getməyəcəklər. Bəs, ikisi də sən haqlısan deyərsə nə olar? O evdə ilahi eşq başlayar.

* İki şeyi unutma: Allahü təalanın səni hər yerdə gördüyünü və ölümü heç unutma.

İki şeyi də unut: Etdiyin yaxşılıqları və sənə olunan pislikləri unut.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину