Günahlar küfrün xəbərçisidir

* Qəlbin Allahü təaladan başqasına meyl etməsi, Allahü təalanın əzabını tezləşdirir. 

* Fərz namazlarında edilən dua, fərz namazın nafilə namaza olan üstünlüyü kimidir. 

* Bir şeyə ehtiyac olduğu halda çalışıb, onu təmin etməmək, ailəsini pərişan qoymaq cahillik və təmbəllikdir. 

* Nəfsinə tabe olan pərişan olmuşdur. Ondan sonra oturub-durarkən onun yoldaşı şeytandır. 
* Almağı verməkdən daha şirin görən övliya ola bilməz. 

* Zəhər ölümün xəbərçisi olduğu kimi günahlar da küfrün xəbərçisidir. 
* Əlini, süfrəni və qapını açıq saxla! Gözünü, dilini və belini bağlı saxla! 

* Həsədçilərin ən zərərsizi həsəd etdiyi adamın əlindəki nemətlərin yox olmasını istəyir. 
* Təklikdə, yalnız qaldıqda da günahdan çəkinmək lazımdır. 

* Qul üçün gözəl əxlaqdan daha yaxşı mərtəbə yoxdur. İnsan gözəl əxlaqı ilə dünya və axirətdə yüksək dərəcələrə qovuşur. 

* Münaqişəyə girişmək, fayda qapılarını bağlayır. 
* Mütəmadi olaraq elmlə məşğul olmaq insanın eyiblərini anlamasına səbəb olur. 

* İnsanlar arasında tanınmaq istəyən axirətin dadını ala bilməz. 
* Baş üstə deməyi öyrənmək lazımdır.

* Qul nə qədər dua edərsə, Allahü təala ondan o qədər bəlanı uzaqlaşdırar. 
* Sükut, sənə vüqar qazandırar və səni üzr istəmək zəhmətindən qurtarar. 


* İnsanlar ədəbə elmdən daha çox möhtacdır. 
* Mülayim olmaq sakit olmağı tez təmin edər və çətin olan şeyləri asanlaşdırar. 

* İnsanı Allahü təaladan uzaqlaşdıran şeylərə məhəbbət etmək bütün pisliklərin başıdır. 

* Həya, Allahü təalanın bəyənmədiyi pis xasiyyətlərdən imtina etməkdir. 

* Sözü və hərəkətləri ilə sənə Allahü təalanı və axirəti xatırlatmayan kimsə ilə yoldaş olma! 

* Kim bir şeyin ona faydalı və ya zərərli olduğunu bilməzsə, cəhalətini ifşa etmiş olar. 

* Qorxaq tacir nə qazanar, nə də itirər; hətta ziyan edər. 

* İnsanları xor, həqir və aşağı görmək sənin üçün müalicəsi mümkün olmayan böyük bir xəstəlikdir.