• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Həqiqi şükür necə olmalıdır

* Qəlbinə vəsvəsə gələn gələcəkdə yüksək dərəcələrə layiq insandır.
* Övladı Rəsul başınızdan aşağı tuvalet çırkabını boşaltsa, xətrinə dəyməmək üçün onun yanında ikən təmizləməyin.
* Dünya həyatı Cənnətə bənzəməz, ancaq Allahü təala adətən bəzi qullarına Cənnətdən bağça misalı bağça nəsib edər. Əlaməti: zikr edən dil, şükr edən qəlb, kafi ölçüdə dolanışıq, rahat yaşaya biləcəyi ev, bir də yola gedə biləcəyi bir həyat yoldaşı. 
* Axmaqlıq qazancını, zərərini bilməməkdir, sağını, solunu görməmək, yaxşını pisdən ayıra bilməmək deməkdir. Cəhənnəmə girən axmaqlıq səbəbilə girər, yüz minlərlə ip uzadılır, uçuruma yuvarlanmamaq üçün.
* İbadətləri ləzzət alırıq deyə etməyin, Allahü təalanın əmri olduğu üçün edin. 
* Nəfs, hər kəsdən üstün olmaq istəyir, anadan da, atadan da, ustadından da. Nəfsin bir zəifliyi var - öz övladını özündən üstün və daha yaxşı görmək istəyir. 
* Əlbəttə, əmri-məruf nəhyi-münkər çox savabdır, ancaq üç şərtə haiz olunmalıdır: 1- Bilmək (Elm sahibi olmaq)

2- O şeyi şəxsən nəfsində tətbiq etmək

3- Əmri-Məruf və ya nəhyi-münkəri mülayimliklə etmək.

* Allahü təalanın sevdiklərinin 4 xüsusiyyəti var;
Halal qazanırlar və yedikləri, geyindikləri hər şey halaldır.
Təvazö sahibidirlər, əsla təkəbbürlü deyildirlər. 
Gözəl xasiyyətlidirlər. 
Hamıyla yaxşı yola gedirlər, gülərüzlüdürlər.
* Nəfsin qidası haram işləməkdir, nəfsə bu qidanı verməyib, dinimizin icazə verdiyi şeyləri verərək, məşğul etməli, hətta aldatmağa çalışmaq lazımdır. Nəfs, özünün siçanı dəliyindən gözlədiyi kimi gözləyir, qəflətə gəlməz.
* Ailədə keçimsizliyin qaynağı qadın və kişinin hüququna riayətsizlikdir.
* Şirin dil müsəlmanın əsəridir, ədalət qul haqqının təməlidir, ədalət olmazsa rahatlıq olmaz.
* Həqiqi şükür, hər mövzuda, hər xüsusda Peyğəmbər əfəndimizin əxlaqıyla şərəflənməklə olur.


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину