Facebook Twitter WhatsApp

Gündə 60 dəfə Allaha üsyan etmək olarmı?

* Bir namazda 12 ədəd fərz var. Bir gündə 60 fərz edir. Bir müsəlman beş vaxt namazını qılmazsa, gündə tam 60 dəfə Allahü təalaya qarşı çıxmış olur. Bu insan necə qurtulacaq?

* İbadətlərin hamısını özündə cəmləyən və insanı Allahü təalaya ən çox yaxınlaşdıran şey namazdır. Namaz qılmaq hüzuru-ilahiyə çıxmaq deməkdir. Allahü təalanın hüzurunda olduğumuzu bilərək oxumalıyıq. Namazı nə olduğunu bilərək qılmalıyıq. 

* Hüzuru-ilahidə toplaşmaq çox böyük nemətdir. Hüzuru-ilahi namazdır. Allahü təala namazdan sonra “İstə qulum verim” deyir. Bu saatı-icabədir. Hələ Cümə günü elə bir saat vardır ki, o anda edilən dua rədd olmaz. Alimlər, Cümə günü “saatı-icabə” əsr namazı vaxtıdır buyurmuşlar.

* Allahü təala İslam düşmənlərinə əzab etməkdə niyə tələsmir deyə bizə maraqlı gəlir. Buraya bir qarışqa gəlsə və bizə bir şey etmək istəsə, biz heç ona əhəmiyyət verərikmi? Kainatla müqayisədə dərya yanında damcı belə olmayan bu dünyada, yenə dünya ilə müqayisədə dəryada damcı olmayan insanı da Allahü təala həmsöhbət qəbul etmir. Namaz xaric... Qul, namaza durduğunda Allahü təala onu həmsöhbəti kimi qəbul edir.

* Namaz qılmamaq üç cürdür. Birincisi fərz olduğunu bilmir, ikincisi təmbəlliklə qılmır, üçüncüsü də əhəmmiyət vermir. Əhəmmiyyət verməyən kafir olar. Əhəmiyyət verməmək, bunun üçün zərrə qədər də olsa kədərlənməmək deməkdir. 

* Qiyamət günü hesab əvvəlcə imandan, sonra namazdandır. Tək vaxt namazı ötürməkdənsə, min dəfə ölməyi seçmək lazımdır. Harada və nə şərtlər altında olursa-olsun mütləq namaz qılmaq lazımdır.

* Qurani-kərim şəfadır.Ancaq şəfa suyun gəldiyi borudan asılıdır. Çirkab borudan şəfa gəlməz.

* Riya olmasın deyə camaatdan qaçmaq ayrı bir riyadır.

* Qəlbin təsfiyəsi (təmizlənməsi); İslamiyyətə tabe olmaqla, sünnətlərə sarılmaqla, bidətlərdən qaçmaqla və nəfsə şirin gələn şeylərdən çəkinməklə olur. 

* Ədəbi riayət etməyən Allahü təalaya qovuşa bilməz, yəni Onun sevgili, vəli qulu ola bilməz. 

* Əhli-sünnət alimlərinin əsərlərini oxumaq, qiymətli nəsihətlərinə, hikmətli sözlərinə qulaq vermək lazımdır! Allahü təala yay yağışı ilə torpağa həyat verdiyi kimi, ölü qəlbləri hikmət nurları ilə dirildir.

* Etmək istədiyin işi daha əvvəl bunu təcrübədən keçirmiş təcrübəli kimsələrlə məsləhətləş! Çünki onlar özlərinə baha başa gəlmiş doğru fikir və məlumatları sənə havayı verəcəklər.

* Hədəf birliyi çox önəmlidir. Hər kəsin çəkdiyi hədəfsizliq və qeyri-müəyyənlikdir. Hədəf birliyi məhəbbəti, sevgini artırır. 

* Yalandan çox çəkin! Çünki dinini pozar və insanlar yanında mürüvvətini azaldar. Bununla dəyərini və dərəcəni itirə bilərsən. 

* Hikmət, bizə lazım olmayan şeyin üzərində durmamaq və gizli şeyləri araşdırmamaqdır.

* Bir camaat içində Allahü təala ən çox xidmət edəni sevər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину