• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

İki qəlbin yoxdur ki

* İki qəlbin yoxdur ki, biri ilə Allahü təalaya, digəri ilə Allahü təaladan başqalarına yönələsən.

* Ədəb, danışdığın zaman dilini qorumaq, yalnız qaldığın zaman qəlbini qorumaq, küçəyə çıxdığın zaman gözünü qorumaq, yediyin zaman boğazını qorumaq, uzatdığın zaman əlini qorumaq, yeridiyin zaman ayağını qorumaq və bütün işlərində vaxtını qorumaqdır. 

* Bəhaəddin Buxari həzrətləri buyurur ki: “Bizim yolumuzdakı şəxslərin bu ədəblərə riayət etməsi lazımdır: Birincisi; Allahü təalaya qarşı ədəbdir. Yəni zahiri və batini ilə tam qulluq içərisində olmaqdır. Allahü təalanın bütün əmrlərini yerinə yetirib, qadağalarından çəkinməsi və Allahü təaladan başqa hər şeyi, masivanı tərk etməsidir. İkincisi; Rəsulullah əfəndimizə qarşı ədəb: Bu da iş və hallarda Ona tabe olmaqdır. Üçüncüsü; müəlliminə, ustadına qarşı ədəb: Çünki insanın Peyğəmbər əfəndimizə tabe olmasına ustadı vasitə olmuşdur. Bu baxımdan ustadını heç bir zaman unutmamalıdır”.

* İmam Rabbani həzrətləri buyurur ki: “Ədəbə riayət etməyən heç kim Allaha qovuşa bilməz, yəni vəli ola bilməz. Din böyüklərinin yolu başdan sona ədəbdir. Namazın sünnət və ədəblərindən birinə riayət etmək və tənzihi bir məkruhdan çəkinmək zikr, fikirdən (təfəkkürdən) üstündür.”

* Dünya mehmanxana, yəni karvansaray kimidir. Biri gələr, digəri gedər. 

* Necə ki, övliyalar feyz verir, kafirlərdən də zülmət gəlir.
* Küfrü, kafirləri sevməmək və ibadətlərin asan gəlməsi iman əlamətidir. 

* Söz təsirsizdirsə, ya dinləyənin qəlbi qaralmışdır və ya söyləyən söylədiyini yaşamır.

* Həqiqi yaxşılıq insanları əzabı-ilahidən xilas etməkdir. Bu yaxşılıq sonsuz yaxşılıqdır.

* Ağıllı insan axirətini düşünən insandır. Əvvəlcə axirət bilgilərini öyrənəcək. İkincisi, bu bilgilərə uyğun tərzdə yaşayacaq. Üçüncüsü, belə olan insanlara yoldaşlıq edəcək. 

* Halalın hesabı, haramın əzabı vardır. İnsanın öldüyü zaman eyvah deməsi məqbul deyildir.Ən yaxşısı bunu dünyada ikən demək lazımdır. 

* Öldükdə insanlar arxalarında nə qoydu getdi deyirlər. Mələklər isə nə gətirdi deyirlər. 

* Allahü təalanın rəhmət sifəti vardır. Bundan dünyada hər kəs istifadə edir, Cənabı Haqq burada müsəlman-kafir deyə ayırmır. Ancaq bir də Cənabı Haqqın rəhim sifəti var, o da öldükdən sonra yalnız müsəlmanlaradır. Axirətdə Ona iman etməyənlər, Onun varlığını, birliyini qəbul etməyənlər, Ona qul olmayanlar, Onun əmr və qadağalarını dinləməyənlər, öldükdən sonra Cənabı Haqqın zərrə qədər mərhəmətinə nail olmayacaqlar. Bunu Qurani-kərimdə Özü bildirməkdədir.


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину