• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Qeybətdən çəkinmək lazımdır

* Övliyaullahdan olan bir şəxs yuxuda görülür və ondan soruşurlar ki, “Geri dönmək istəyirsənmi?” Deyir ki: 
“Dünyanın hamısını hesab soruşulmamaq şərtilə mənə versələr yenə istəmərəm. Tək şey üçün istəyərəm, qapı- qapı gəzib ölüm və qəbir hallarını danışmaq üçün.” 

* Ağlınıza, qabiliyyətinizə, enerjinizə güvənməyin. Yoxsa bunlarla baş-başa qalarsınız. Gün gələr ki, ağlınız çatmaz, yanacağınız bitər, yanarsınız. İmam Rabbani həzrətləri kimi əhli-sünnət alimləri çox güclü enerji qaynaqlarıdır. Ağıllı davranıb, doğru elektrik qaynağına qoşulanın, bağlananın nə enerjisi bitər, nə də işıq saçmağı. 

* Haqq ilə batili ayırana alim deyilir. Çox kitab oxuyana, çox elmi olana alim deyilməz. 

* Çox kitab oxumaqla doğrunu tapmaq mümkün deyil. Doğru kitabı çox oxumaqla ancaq doğrunu tapmaq mümkündür. 

* İbadətlər insanın vəzifəsidir. Gözəl əxlaq isə şərəfdir.

* Etdiyimizi Allah rizası üçün edək. Əhməd üçün işləyib, Məhəmməddən pul gözləməyək. Kim göstəriş üçün, afərin desinlər deyə etmişsə, Cənabı Allah, “Sənə afərin dedilər; məndən nə istəyirsən?” deyəcəkdir. 

Abdülqadir Qeylani həzrətlərinə, “Siz nə mübarək bir insansınız” demişlər. “Haradan bilirsiz?”deyə soruşub. “Hər kəs sizi tərifləyir, sizdən danışır” demişlər. Buyurmuş ki: “Bu insanlar belədir, bu gün sevərlər, sabah söyərlər. Ən yaxşısı qoy biz insanlar üçün deyil, Allah üçün Müsəlman olaq.” 

* Allahü təalaya təvəkkül edək. Təvəkkülü azalanın imanı zəifləyib deməkdir. Təvəkkül qalmasa iman da qalmaz. Təvəkkül, hər cür səbəbə yapışaraq səy göstərmək, nəticəni Allahü təaladan gözləmək və nəticənin mütləq xeyirli olacağına inanmaqdır. Allahü təala Ona güvənənə mütləq və mütləq sahib çıxar, onu qoruyar. İnsanlara güvənəni isə insanların ümidinə buraxar. 

* Kim olursa olsun qeybətini etməyin! Qadınlarınız da evlərdə qeybət etməsinlər. Qeybət; içki içməkdən, qumardan daha böyük günahdır. Qeybət xərçəng xəstəliyi kimidir, girdiyi yer iflah olmaz. Qeybət edənə sus deyənə 100 şəhid savabı veriləcək. Qeybət edənləri susdurun.

* İnsanda necə bir qəlb gözü var isə, eyni o şəkildə qəlb burnu da vardır. Hər günahın özünəməxsus bir pis iyi var. Qəlb burnu açıq olan insanlar bu iyləri hiss edir və onun xəbis qaynağından uzaqlaşırlar. Övliya olmaq yolunda, qəlb gözü açılan insana verilən ilk nemətlər: Qəlb burnunun açılması və qəbir əhli ilə danışa bilmək nemətləridir. Mürşidi-kamil olan insan bir içalat təmizləyicisi kimidir. Yanına gələn adamları günahlarından əmələ gələn pis iylərindən, natəmizlikdən təmizləyir. 

* Din, ədəb və təvazökarlıq deməkdir. Ədəb, giriş qapısıdır. Sonra təvazökarlıq gəlir. 

* Üç növ ədəb vardır: 
1- Allaha ədəb, 
2- Ana-ataya ədəb, 
3- Cəmiyyətə, ətrafa mühitə ədəb.

Vəzifə də üç növdür: 
1- Allaha qarşı, 
2- Ailəyə qarşı, 
3- Cəmiyyətə qarşı. 

* İnsan bilmədiyinin düşmənidir. 

* Bir kimsənin cibində pulu varsa, istədiyini ala bilərmi? Alar; ev alar, maşın alar, hər şey alar. İxlas da pul kimidir. Bir kimsədə ixlas varsa onun hər şeyi var deməkdir; onunla hər şeyə qovuşa bilər. 

* Müvəffəqiyyət nədir və bunun əngəli nədir? Axirətdə faydası olan şeylər müfəvvəqiyyətdir və bu müfəvvəqiyyətə əngəl insanın özüdür, yəni nəfsidir.


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину