• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Göz baxdıqda, qəlb inandıqda görür

* Dünya üçün çalışana rahatlıq yoxdur. Rahat olmaq üçün ölümə hazırlaşmaq lazımdır. Ölümü düşünən rahat olur. Dünya üçün çalışan yorulur. Axirət üçün 24 saat çalışan yorulmaz, çünki onun hədəfi var. Allah rizası üçün çalışır. 

* Müvəffəqiyyətli olmaq üçün nəfsi tərbiyə etmək, çürütmək lazımdır. Toxumu torpağa atdıqda çürümədən ağac meyvə verməz. Nəfs toxuma bənzəyir. İnsanlara xidmət etmək üçün nəfsi çürütmək lazımdır. O zaman meyvə verəcək. Elə insanı hər kəs sevər. 

* Əhli-sünnət alimlərini, yəni Peyğəmbər əfəndimizin varislərini tanımaq çox böyük nemətdir. Tanıyanla tanımayan arasındakı fərq, görənlə kor arasındakı fərq qədərdir. Görmək şərt deyil, tanımaq əsasdır. Əbu Cəhil də Peyğəmbər əfəndimizi gördü, amma inkar etdi. Bu Böyükləri tanıyanlar, yəni onları sevənlər, yollarında olanlar, Peyğəmbər əfəndimizin dövründə yaşasaydılar, əshabı-kiramdan olardılar. 

* Göz baxdıqda, qəlb inandıqda görür. 

* Kor göstərməklə görməz, kar fəryadla eşitməz. Hər kəslə anladığı dildə danışmaq lazımdır.

* Əhli-sünnət alimlərinin kitabları enerji qaynağıdır, cərəyan vardır. Lampasını taxan aydınlanar. 

* İnkar məhrumiyyətdir. İmtahan məhrumiyyətdir. Təslimiyyət səadətdir.


* Böyüklərdən üç şey öyrəndik; Oxumaq, oxutmaq, küsülü qalmamaq.

* Dağılan bütün cəmiyyətlər, birliklər küsülülük üzündən dağılmışdırlar.
* Əmirə tabe olmaq lazımdır. Tabe olarkən də yatmamaq lazımdır. Qəflət adamı aparar. 

* Hər şeyin yenisi, dostun köhnəsi.
* Dünyada yatırım etməyi bilən, axirətə də yatırım etsin.

* Qəlb Allahu təalaya ən yaxın orqandır, Onun qonşusudur. Qəlb narahat olanda qonşu da inciyir. Qəlb qırmayın. Heç kimin qəlbini incitməyin. Bir çox insan qonşusu üzündən evini dəyişdirmişdir. Amandır, diqqət edin.

* Elm, əməl və ixlas şərtdir. Elm yoxdursa, əməl və ixlasın olması mümkün deyil. Elm var, əməl yoxdursa, yenə olmaz. Hamısı var, ixlas yoxdursa yenə işə yaramaz. Elm də olacaq, əməl də və bu əməl ixlas ilə ediləcək.

* Yaşlılara xidmət etmək çox böyük nemətdir. Evinizdə yaşlı varsa, bunu böyük nemət bilib çox qulluqlarında durun, onları məmnun edin, könüllərini alın.

* Dini doğru bilməyən insan fırfıraya bənzəyir. İp sarıyıb fırladan hər kəs fırladır.

 
Dinini bilməyənin dini yox deməkdir.


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину