• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Ən uca elm həddini bilməkdir

* Beyin sağlam olmalıdır. Digər bədən üzvlərindəki kiçik problemlər bir şəkildə həll edilər. Amma beyin xəstə olarsa, bütün orqanizm iflic olar. Lider, beyin kimidir. Əhli-sünnət etiqadı beyin kimidir, doğru qılınan beş vaxt namaz beyin kimidir. 

* Vücud 3 təməl ünsürdən təşkil olunmuşdur: 
Bədən + Ruh + Nəfs 
Bədənin qidası, torpaqdan yaradıldığı üçün topraqdır. Ehtiyacı, su, meyvə, tərəvəz, ət və ümumi olaraq bunların tərkibindəki elementlər və s. Ehtiyaclar bunlarla görülür, bədən qəbul etməsə zəif düşər, heç birini qəbul etməsə ölmək məcburiyyətində qalar. 

Ruh Aləmi-əmrdən gəlmişdir, çox mübarək, müqəddəs bir nurdur. Ruhun qidası, ibadətdir, itaətdir, zikrdir, tövbədir, duadır. Onları müalicə üçün peyğəmbərlər və kitablar göndərilmişdir. Ruh xəstəliyi budur, ağıl xəstəliyi ruh xəstəliyi deyildir. İnkara azarsa ruh məcazən öləcək. Ruhun ölməsi o insanın kafir olması deməkdir. Hər şeyin cəzasının bir həddi var, amma küfrün cəzası Cəhənnəmdə sonsuz qalmaqdır. İmanın mükafatı da Cənnətdə sonsuz qalmaqdır. 

Nəfsin qidası haramdır, vəzifəsi haram işləməkdir. Nəfsə o qidanı verməyəcəyik , amma məhəl qoymazlıq da etməyəcəyik. Susmaq payı halal olanlardan, veriləcək.

* Hər kəsin müəyyən bir həddi vardır. Hər kəsin haqqına riayət etmək lazımdır. Müsəlman heç kimin haqqını yeməz, haqqını da yedirməz. 

* Səbrin başlanğıcı çox acıdır, sonu baldan şirindir. Allahu təaladan razı olandan, Allahu təala da razıdır, qəzaya riza övliyanın şanındandır. Sevgilidən (Allahu təaladan) gələn bəla bəxşişdir, bəxşişini qəbul etməmək böyük səhvdir. 

* Təfviz, hər şeyin Allahu təalanın təqdiriylə olduğuna inanmaq, işlərini Allahu təalaya həvalə etmək, Onu özünə vəkil etmək, Ona təvəkkül edib, güvənmək, Ondan gələnlərə səbir etmək deməkdir. Bu çətin da olsa çox dəyərlidir. 

* Qul Allahu təalanı arzu edərsə, Allahu təala hər cür maneəni aradan qaldırar və o qul Mövlanı tapar.

* İki cür elm vardır, əqli elmlər və nəqli elmlər. Bu iki elm ayrılmaz, ayrılarsa bu iki elmə sahib olanlar bir-birinə düşmən olarlar.

* Ən qiymətli elm həddini bilməkdir. Bütün davalar dünyanı paylaşmağa çalışmaqdan və həddini bilməməkdən irəli gəlməkdədir. İnsan səxavətli olarsa, hamı onu sevər və heç kim onunla dava etməz. Xəsis insanlar ətrafına bir şey verməyib, dünyanı yalnız özlərinə almağa çalışdıqları üçün narahatdırlar, sevimsizdirlər və insanlar onlarla davamlı mübarizə aparırlar.

* Şah Nəqşibənd həzrətlərindən soruşmuşlar, (Əfəndim, bu yolun əsası nədir, başı nədir?) Buyurmuşlar ki, (Ədəbdir.) Ortası nədir demişlər, (Yenə ədəbdir) buyurmuş. (Bəs sonu nədir?) demişlər, (Yenə ədəbdir) buyurmuş. Nə üçün? Çünki heç bir ədəbə riayət etməyən Allahın dostu ola bilməz. Mütləq ki, ədəb, mütləq ədəb. Ədəb həddini bilməkdir. Ən uca elm həddini bilməkdir. 

* İmamı-azam həzrətlərini ağıl ilə anlamağa çalışmaq ağılsızlıqdır. 

* Böyüklər xəstəlik, dərd və sıxıntılardan heç şikayət etmədilər. Bunları kim göndərdi? Allah. Heç Sevgilidən gələndən şikayət edilərmi? Heç Allahı qullara şikayət etmək olarmı? 

* Bir yerə çıxmaq çətindir, amma o yeri saxlamaq daha çətindir.


В корзине: 0 шт.

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину