• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Allahu təala sizdən qənidir

* Peyğəmbərlərdən başqa hər kəs günah iş görə bilir. Allahu təala sevdiyi qullarının günahlarının cəzasını axirətə saxlamaz, çünki günah qəbahətdir. Qarşılığı cəzadır. Dünyada üç sıxıntı verir:
1- Xəstəlik verir. Səbr edilərsə əfv edər. Səbəblərə yapışmaq və gələni Allahdan bilmək lazımdır və nə məqsədlə gəldiyini bilərək şükür etmək lazımdır.

2- Günahların əfvi üçün ikinci yol maddi sıxıntıdır, borclu olmaqdır. Borcları ödəmək üçün çəkilən sıxıntılardır. Bu da günahların əfvinə səbəbdir.

3- İnsanların yalan, dedi-qodu və iftiralarıyla haqsız olaraq iftiraya uğramaqdır.

* Alimlərlə birlikdə olanın elmi artar. Salehlərlə birlikdə olanın, ibadətə rəğbəti və günahlardan qaçmaq arzusu artar. Fasiqlərlə [açıq-aşkar günah işləyənlərlə] oturub-duranın günah işləmək cürəti artar. Zənginlərlə oturub-duranın dünya sevgisi artar. Kasıblarla birlikdə olanın şükrü artar.

* Bil ki, Allahu təalanın insanlar üzərində haqları vardır. Gündüz ibadətinin gecə, gecə ibadətinin də gündüz yerinə yetirilməsini qəbul etməz. Fərz borcları ödənmədikcə, o fərzlə bağlı olan nafilələr qəbul edilməz. Qiyamət günündə mizanın ağır gəlməsi üçün haqqa uy və onu hakim qıl. Allahu təalanın, rəhmət və əzab ayələrini bir arada bildirməsinin səbəbi, qulun, qorxu ilə ümid arasında olması üçündür. Bu vəssiyətimə uysan, ölümdən daha sevgili bir şeyin olmayacaq. Bunlara uymasan ölümdən pis bir şeyin olmayacaq. Halbuki ölüm mütləq səni tapacaqdır.


В корзине: 0 Ədəd

на сумму: 0

Всего: 0

Оформить заказ Очистить корзину