• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Allahü təala qullarına zülm etməz

* Allahü təalanın feyzləri, nemətləri, ehsanları, yəni yaxşılıqları hər an insanların yaxşısına da, pisinə də, hər kəsə gəlməkdədir. Hər kəsə mal, övlad, ruzi, hidayət, irşad, salamatlıq və daha nə qədər yaxşılıqları fərq qoymadan bəxş etməkdədir. Fərq bunları qəbulda, ala bilməkdə və bəzilərini də almamaq surətilə, insanlardadır. Ayəti-kərimədə məalən buyuruldu ki: “Allah qullarına zülm etməz, haqsızlıq etməz. Onlar özlərini əzaba, iztirablara sürükləyən pozğun düşüncələri ilə, çirkin işləri ilə özlərinə zülm və işkəncə edirlər.” (Nəhl, 33)

Bildiyimiz kimi Günəş həm paltar yuyan adama, həm də paltarlara eyni şəkildə parlamaqda ikən, adamın üzünü yandırıb qaraldır, paltarlarını isə ağardır. (Bunun kimi, almaya və bibərə eyni şəkildə parladığı halda, alma qızardıqda şirinləşir, bibər qızardıqda acılaşır. Şirinlik və acılıq ikisi də günəşin işıqları ilə olsa da aralarındakı fərq günəşdən deyil, özlərindəndir. Allahü təala bütün insanlara çox rəhm etdiyi üçün və bir ananın övladına olan mərhəmətindən daha çox rəhm etdiyi üçün dünyanın hər tərəfindəki, hər insanın, hər ailənin, hər cəmiyyətin və millətin hər dövrdə və hər işlərində necə hərəkət etmələri lazım olacağını, dünyada və axirətdə rahatlığa və səadəti-əbədiyyəyə qovuşmaları üçün işlərini nə yolda yürütmələri və nələrdən çəkinmək lazım gəldiyini Peyğəmbər əfəndimiz vasitəsilə bildirdi.) İnsanların axirətdəki nemətlərə nail olmamaları Ondan üz çevirdikləri üçündir. Üz çevirən, əlbəttə, bir şey ala bilməz. Ağzı qapalı bir qab yaz yağışına əlbəttə qovuşa bilməz. Bəli, üz çevirən bir çox kimsənin dünya nemətləri içində yaşadığı görülür, məhrum qalmadıqları zənn olunursa da, onlara dünya üçün çalışmalarının qarşılığı verilməkdədir. Yalnız dünya üçün çalışanlara verdiyi dünyalıqlar həqiqətdə əzab və fəlakət toxumlarıdır. Məkri-ilahi ilə, istidrac olaraq, yəni Allahü təalanın aldadaraq nemət şəklində göstərdiyi müsibətlərdir. Belə olduğunu Möminun surəsində bildirməkdədir. Qəlbləri (könülləri) Haqq təaladan üz çevirənlərə verilən dünyalıqlar, daim xarabdır, fəlakətdir. Şəkər xəstəsinə verilən şirniyyatlar, halvalar kimidir.

* Ruzi tamamdır, ona Allahü təala zamindir, amma işləmək ibadətdir. İşləyən Allahın sevgilisidir. Ailə-övladına, namusuna, iffətinə sahib çıxa bilmək, ruzisini qazanmaq üçün çalışana Allahü təala ehsanlar edər. Bir gün Peyğəmbər əfəndimiz əleyhissalam Əshabı-kiramla söhbət edərkən bir gənc tələsik yanlarından keçdi. Əshabı-kiram dedilər ki, kaş ki, gəlib dinləyib bir şeylər öyrənsəydi, dünya üçün bu qədər qaçmasaydı. Peyğəmbər əfəndimiz sözə dərhal müdaxilə edib, "Elə söyləməyin, əgər halalından ruzisinin, ailə-övladının nəfəqəsinin arxasınca gedirsə, etdiyi iş ibadətdir, Allah yolundadır" buyurdu.

* Mülayim olun. Sərtliyin heç bir yerdə və heç kimə qarşı faydası yoxdur.

* İmanı mühafizə etmək üçün imanı aparan şərtləri yaxşı bilmək lazımdır. İman qəlbdə olur. Qəlbin 40 dənə xəstəliyi var. İnsan bu qırx xəstəliyi öyrənməzsə, qəlbini necə müalicə edəcək? İnsan qəlbinin xəstəliyini bilməzsə, necə müalicə etsin? Bəli qəlbimizin xəstəliyi var. Allahü təala onu Qurani-kərimdə açıq-aşkar bildirir. Bu xəstəlik dünyaya düşkünlükdür. Peyğəmbər əfəndimiz, "Dünyaya məhəbbət bütün pisliklərin başıdır" buyurur.


Səbətdə: 0 Ədəd.

Ümumi məbləğ: 0

Cəmi: 0

Sifariş et Səbəti təmizlə