Facebook Twitter WhatsApp

Dini qaydaları qoyan Allahdır

Sual: “Bir millət kasıb olarsa həccə getməməsi lazımdır. Çünki dinimiz israfı qadağan edir” deyirlər. Bunlara necə cavab vermək lazımdır?

CAVAB

Dini inancları pozmaq üçün var gücləri ilə hücuma keçilmişdir. Hər gün yeni bir şey çıxardaraq etiqadımız, əməlimiz zədələnir. “Hayzlı ikən Quran oxunar, oruc tutular” kimi, dörd dəlilə “Kitaba, sünnətə, icmaya və qiyasa” zidd fikirlər çıxarılarkən, indi də həcc ibadəti pozulmağa çalışılır. Bir millət kasıb olanda həccə getməməsi lazım olarmış. Çünki dinimiz israfı qadağan edirmiş. Görəsən bu sözlərində səmimiyyət varmı? Səmimi isən, niyə Avropaya, Amerikaya əylənmək üçün gedirsən? Niyə kasıbları güdməyib də, festivallar arxasında qaçır, yeni il əyləncələri tərtib edir, devrilən şamlar altında, şərab çəlləklərini boşaltır və səhərə qədər qumar oynayırsan?

Həccə mane olmaqla kasıblıq önlənə bilməz. Peyğəmbər əfəndimiz, yoxsulluğu önləməyin yolunu bildirmiş, “Zənginlərin zəkatı, kasıblara kafi gelməsəydi, Allahu təala kasıbların ruzisini başqa yollardan verərdi. Ac qalan kasıb varsa, zənginlərin zülmü üzündəndir” buyurmuşdur. Demək ki zənginlər zəkatını yerli yerində versə, həccə maneə olmağa lüzum qalmayacaq və ac qalan kasıb da  olmayacaqdır.

Əməkli vaiz adı altında bir başqası da, “Diyanət fikir çıxara bilmir” deyərək, dinimizi pozmağa çalışır. “İslam dünyasının ağılından istifadə etməsi lazım, əsrlərdən bəri, paslanan, çürüyən və funksiyasını itirən o ağıl xarici kilidləri söküb atması lazımdır” deyir. Paslanan, çürüyən nə deyə maraq etdik. Baxdıq ki, bunlar, dinimizin, həcc, qurban, təsəttür kimi əmrləri imiş. “Həccə gedəcəklər, qurban kəsəcəklər, evsizlərə, kasıblara kömək etməsi lazımdır” deyir.

Dini qaydaları qoyan Allahu təaladır. Uca Rəbbimiz, cəmiyyətdə yoxsulların olacağını haşa bilmirdimi? “Bir cəmiyyətdə yoxsul varkən, həccə gedilməz, qurban kəsilməz” deyə bilməzdimi? Demədiyinə görə, qurban dərilərinə sahib çıxma həvəsi kimi, qurbanın özünə də , həcc pullarına da sahib çıxmaq istəyir?

Bu iş olmayanda da, “Hanı İslamiyyət ağıl dini idi? Niyə ağılından istifadə etmirsən? Ağıl yolunu seçərək qurban və həcc pullarını niyə kasıblara vermirsən” deyir. Fəlsəfəçiləri və pozuq  firqələrdən mötəziləni tərifləyir. 

“Fərabi, İbni Sina, İbni Rüşt kimi düşünərlər, İslamlığı həmişə ağılın və yaşanan dünyanın, insansal gərəklərin güzgüsünə tutaraq dəyərləndirdilər. O dövrlərin məhsulu olan Mötəzilə, inancda yazgıçılığı (qədərciliyi) rədd edərək, İslamın ağılsal yol və üsullarla təşkilatlanmasına çalışdı” deyərək qədəri də inkar edir. Qədər, Allahu təalanın insanların başlarına gələcək işləri  bilməsi və bu bilgisinin bir kitaba  [lövhi-məhfuza] yazılması deməkdir. Qurani-kərimdə məalən buyurulur ki:

“Allah hər canlının dayandığı yeri və sonunda buraxılacağı məkanı bilər. Hamısı açıq bir kitabda [lövhi-məhfuzda] dır.” [Hud 6]

“Etdikləri kiçik böyük hər şey, sətir sətir kitablarda yazılmışdır.” [Qəmər 52, 53]

Bu və bənzəri bir çox ayə vardır. Amma inanan kim? Adam, həmişə Quran Quran deyər amma ya Qurana inanmaz və ya onu istədiyi kimi şərh edər.

“İmam Qəzalinin kilidlədiyi ağıl qapısını açmaq lazımdır” deyərək də, nəqli əsas alan alimlərə dil uzadır. Əməkli vaizin ağılı var da, İmam Qəzali və ya o biri alimlərin ağılı yoxmu? Adam, “Mənim düşüncəmdə olan ağıllı, mənim kimi düşünməyən ağılsızdır” demək istəyir.

“Örtünmə Quranda bir dövrün, bir hadisənin zəruriliyi olaraq vardı. Amma indiki vaxtda o zərurətlər bəzi hüquqi və həyati tədbirlərlə, gərəklərlə başqalaşmışdır. O halda hər kəsin Avropalı kimi geyinməsi lazımdır” deyərək təsəttürə də dil uzadır. 

Allahu təalanın tam olaraq göndərdiyi dində nöqsanlıq axtaranlar, öz üz qaralarını ortaya çıxarmış olarlar.

Sual: Bir qəzətdə yazarın biri, şeytan daşlamadakı izdihamı önləmək üçün həccin üç ay içində edilməsini təklif edir. Bu, dini dəyişdirmək deyildir?

CAVAB

Bəzi kəslər, orucu da qısaltmaq üçün çox məşğul oldular. “Çox oruc tuturuq. Günəş doğana qədər yeyib-içməmiz lazımdır” dedilər. “Yaz aylarında oruc tutmaq çətindir. Qışda tutmaq lazımdır” kimi təkliflərlə gəlmək üçün hazırlanırlar. Bunların əsl məqsədləri, dini pozmaqdır. Dinimizdə əskiklik yoxdur. Orucun hansı ayda tutulacağı, həccin hansı gündə ediləcəyi açıqca bildirilmişdir.

Allahu təalanın kamala çatdırdım dediyi dində əskiklik axtaranlar, bu ayəyə inanmamış olarlar:

“Bu gün, dininizi kamala çatdırdım, ikmal etdim. Sizə olan nemətlərimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim.” [Maidə 3]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину