Facebook Twitter WhatsApp

Ayıblanmaq qorxusu

Sual: İnsanların pisləmələrinə, dedi-qodularına, ayıblamalarına üzülmək caizdirmi?

CAVAB

Küfri-cühudiyə səbəb olan şeylərdən biri də insanlardan utanmaq və başqalarının pisləmələrindən, ayıblamalarından qorxmaqdır. Əbu Talibin küfrü belədir. Əbu Talib, Rəsulullah əfəndimizin Peyğəmbər olduğunu bilirdi. İnsanların pisləyəcəklərindən qorxaraq və ayıblayacaqlarını düşünərək inandığı halda inandığını demədi.

Əbu Talib ölüm yatağında ikən Rəsulullah əfəndimiz onun yanına gələrək, “Ey əmim! Sənə şəfaət edə bilməyim üçün, lə iləhə illəllah, de!” buyurdu. Cavabında, “Ey qardaşımın oğlu, doğru dediyini bilirəm. Lakin ölüm qorxusu ilə imana gəldi deyilməsini istəmirəm” dedi.

Qureyş kafirlərinin məşhurları Əbu Talibin yanına gəldilər. Sən bizim rəhbərimizsən, sözlərin başımızın üstündədir. Lakin səndən sonra qardaşın oğlu Muhamməd ilə aramızda düşmənçiliyin davam edəcəyindən qorxuruq. Ona de dinimizi pisləməsin, dedilər. Əbu Talib Rəsulullaha eşitdiklərini dedi. Rəsulullahın onlar ilə sülhə girməyəcəyini başa düşüncə, Müsəlman olacağı anlaşılacaq bəzi şeylər dedi. Bunları eşitdikdə əmisinin iman etməsini istədi. “Eşidənlərin mənə pis baxmasından qorxmasaydım, iman edərdim. Səni sevindirərdim” dedi.

Ölüm zamanı dediklərini eşidə bilmək üçün Abdullah ibni Abbas yanına yaxınlaşdı. İman etdiyini bildirir, dedi. Əbu Talibin iman etdiyi şübhəlidir. Əhli-sünnət alimlərinə görə iman etmədi. Həzrəti Əli Rəsulullahın yanına gələrək, dəlalətdə olan əmin öldü dediyi zaman, “Yu, kəfənlə və dəfn et! Qadağan edilənə qədər onun üçün dua edərik” buyurdu. Bir neçə gün evindən çıxmayaraq onun üçün çoxlu dua etdi. Əshabi-kiramdan bəziləri bunu eşitdiyi zaman onlar da kafir olaraq ölmüş olan qohumları üçün dua etməyə başladılar. Bundan sonra Tövbə surəsinin “Peyğəmbər və iman edənlər, qohumları olsalar da müşriklər üçün dua etməməlidir” məalindəki 113-cü ayəti-kəriməsi nazil oldu.        

Əbu Talibin öldükdən sonra dirildilib iman etdiyi Qurtubi təfsirində bildirilmişdir.

İnsanların pisləmələrindən və ayıblamalarından qorxmağa qarşı əlac olaraq belə düşünülməlidir: pisləmələri doğrudursa, ayıblarımı mənə bildirmiş olurlar. Bunları etməməyə qərar verdim, deməli, beləcə pisləmələrdən rahatlıq hiss etməlidir. Onlara təşəkkür etmək lazımdır.

Həsən Basri həzrətlərinə birinin onun barəsində qeybət etdiyini xəbər verirlər. Ona bir qab halva göndərib, “Savablarını mənə hədiyyə etdiyini eşitdim. Əvəzinə bu şirniyyatı göndərirəm” dedi. İmam Azam Əbu Hənifəyə birinin onun barəsində qeybət etdiyini dedilər. Ona bir kisə qızıl göndərib, “Bizə verdiyi savabları artırarsa, biz də qarşılığını artırarıq” dedi.

Deyilən pisləmə yalandırsa, iftiradırsa, zərəri söyləyənə olar. Onun savabları mənə verilir. Mənim günahlarım ona yüklənir, deməlidir. İftira etmək, nəmmamlıq etmək [söz daşımaq], qeybət etməkdən daha pisdir.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину