Facebook Twitter WhatsApp

Hər pisliyin tək dərmanı

Sual: Böyük günahlardan xilas olmağın çarəsi nədir?

CAVAB

       Hər cür günahın tək dərmanı vardır. Bu dərman Qurani-kərimdə açıq olaraq bildirilir. Bu dərmandan istifadə edən hər müsəlman, vərdiş etdiyi böyük günahlarından mütləq xilas olar. Ankəbut surəsi 45-ci ayəti-kəriməsində “Namaz, münkir və fahşədən (ədəbsizlikdən, ağıla və dinə uyğun gəlməyən, əsrar, spirtli içki, zina, livata  kimi hər cür pislikdən) qoruyar” buyuruldu.  

     Bir gənc namaz qılar və hər cür pisliyi də edərdi. Bu gəncin vəziyyətini Rəsulullaha bildirdilər. Peyğəmbər əfəndimiz, “Bir gün gələr namaz onu digər günahları işləməkdən qoruyar” buyurdu. “Haram işləyirsə namaz qılmasın” demədi, “Namaza davam etsin” buyurdu. Aradan çox vaxt keçmədi. O gənc günahları üçün tövbə etdi, yaxşı əməl sahibi oldu. Bu baxımdan mütləq namaz qılmaq lazımdır!

  Namaz qılmağın fəziləti çox böyükdür. Hədisi-şəriflərdə buyuruldu ki:

       “Cənnətin açarı namazdır.” (Darəmi)

       “Namaz qılan Qiyamətdə xilas olar, qılmayan pərişan olar.” (Taberani)

      “Namaz Allahu təalanın məmnun olduğu əməllərin ən fəzilətlisidir. Siratı ildırım kimi keçirəndir. İmanın başı və Cəhənnəmdən qurtarıcıdır.” (Miftah-ul-Cənnə)

       “Allahu təala beş vaxt namazı fərz etdi. Əskiksiz əda edən kimsəni Cənnətə qoyacağına söz verdi. Namaz qılmayana verilmiş bir söz yoxdur, belə kimsəyə diləyərsə əzab edər, diyələrsə Cənnətə qoyar.” (Əbu Davud)

  “Müsəlman namaz qılarkən günahları başı üzərinə qoyular. Hər səcdə etdiyində başından tökülər. Namazı bitirəndə heç bir günahı qalmaz.” (Taberani)

     “Mömin Allah rizası üçün namaz qılanda, ağacdan yarpaqların töküldüyü kimi günahları tökülər.” (İ. Əhməd)

        “Hər namaz vaxtı gələndə mələklər, “Ey insanlar günahlarınızdan hasil olan atəşi namaz qılaraq söndürün, deyərlər.” (Tabərani)

       Bir kimsə, “İman edər, namaz qılar, zəkat verər, oruc tutar və digər ibadətləri etsəm, kimlərdən olaram?” deyə soruşanda, Peyğəmbər əfəndimiz, “Siddiq və şəhidlərdən olarsan” buyurdu. (Bəzzar)

Namazı tərk etməyin cəzası

      Namaz qılmaq belə böyük bir ibadət olduğu üçün tərk edilməsi də çox böyük günahdır. Hanbəli məzhəbində namazı tərk edən küfrə düşdüyü üçün, Şafii və Malikidə böyük günah işlədiyi üçün cəza olaraq öldürülər.

            Hədisi-şəriflərdə buyuruldu ki:

            “Qiyamətdə qulun ilk sorğuya çəkiləcəyi ibadət namazdır. Namaz düzgün isə, digər əməlləri qəbul edilər. Namaz düzgün deyilsə, heç bir əməli qəbul edilməz.” (Taberani)

            “Namaz qılmayan Qiyamətdə Allahu təalanı hirsli olaraq görəcək.” (Bəzzar)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину