Facebook Twitter WhatsApp

Xəstə yeməkləri və şəfalı bitkilər

Allahu təalanın adəti belədir ki, hər şeyi bir səbəblə yaradar. Bir şeyə qovuşmaq üçün bir şeyin yaradılmasına səbəb olan şeyi etmək lazımdır. Hər şeyin yaradılmasında müştərək olan mənəvi səbəb sədəqə vermək, yetmiş dəfə “Əstagfirullah min külli ma kərihallah” duasını oxumaqdır. Bu iki mənəvi səbəb maddi səbəbləri tapmağa da kömək edər.

Peyğəmbərimiz (sallallahü aləyhi və səlləm) “Allahu təala hər xəstəliyin dərmanını yaratmışdır. Yalnız ölümə çarə yoxdur” “Xəstəliklərin başı çox yeməkdir. Dərmanların başı pəhrizdir” “Xəstələrinizi sədəqə verərək müalicə edin!” buyurdu.

Xəstələrin dərmanlarını bildirən kitablara, “Kitab-ül-ədviyə”, “farmakologiya” “Acrabadin” deyilir.

İnsanın xəstə olmaması üçün diqqətli olması lazımdır. Bunun üçün də İslamiyyətə uyğun yaşamaq lazımdır. İslamiyyətə tabe olmaqda laqeyd olaraq xəstə olan dərman almalı, pəhriz etməli və kasıblara sədəqə nəzir etməli və tez-tez sədəqə verməsi lazımdır.  Pəhriz, yəni rejim etmək caiz və lazım olduğunu, “Təyəmmüm ayəsi” göstərir. “Su zərər verərsə istifadə etməyin, təyəmmüm edin!” məalindəki ayəti-kərimə məşhurdur. Rəsulullah (sallallahü aləyhi və səlləm), Həzrəti Əli ilə bir evə getdi. Meyvə gətirdilər. Həzrəti Əlinin gözləri ağrıyırdı. Meyvədən özü yedi. Həzrəti Əliyə, “Sən yemə! Göz ağrısına zərər verər” buyurdu. Bişmiş pazı ilə ilə arpa gətirdilər. “Bundan ye! Gözünə fayda verər” buyurdu. Şişi olanlara, “Su içməyin! Suya pəhriz edin!” buyurardı. İslam alimləri tibb və müalicə ilə bağlı çox kitab yazdı.  Bunlardan Davudu Antakinin, “Təzkirət-ül ülil-əlbab” kitabı və Türkçə “Nusrət əfəndi risaləsi” və İbrahim Əzraqın “Təshil-ül-mənafi” kitabı və Əbu Abdullah Zəhəbinin, “Ət-tibbün Nəbəvi”si çox qiymətlidir. Son ikisi 1976-ci ildə İstanbulda Həqiqət Kitabevi tərəfindən ofset yolu ilə nəşr edilmişdir. Pəhrizi hədisi-şəriflərdən və təcrübəli şəxslərdən  və həkimdən öyrənmək lazımdır. Dərmandan istifadə etmək və pəhriz etmək sünnətdir. [Vacib və fərz olduğu yerlər də vardır.] Bunun üçün pəhrizə əməl edilməsi lazım olan xəstəliklərdən otuz altı xəstəlikdə necə pəhriz ediləcəyi və bunlara qarşı hansı dərmanlardan istifadə ediləcəyi aşağıda bildirilmişdir. Ayrıca uçuq, dodaq və əl çatlaması, qaşıntı, arı sancması, yanıq və arpacıq üçün qısa müalicə yolları göstərilmişdir.

Aşağıdakı pəhrizlər Fransada istifadə edilən məşhur Lemoine və Gerardın, “Formulaire consultation medicales” adındakı  Fransızca kitabından tərcümə edilmişdir.

1. ALBÜMİNÜRİ: Sidikdə albuminin olmasıdır. Böyrək iltihabını göstərir. Sidik bulanıqdır, sancı ilə çıxar, qanlı ola bilər. Qızdırması olan xəstənin yalnız süd içməsi, sidik qovucu mayelər içməsi, duzsuz yeməklər belə yeməməsi lazımdır. Çox su içmək olmaz, böyrəkləri yorar. Qızdırma düşmədən, ayaqlardakı şiş çəkilmədən yeməyə başlamamaq lazımdır. Bunlar keçərsə, gündə bir litr süd verilir. Sonra, pudinq və duzsuz çörəyə başlayar. Daha sonra soyutma kartof və sıyıq verilər.

Böyrəkdən olmayan albumin çıxaranlara pəhriz lazım deyildir. Lakin, konserv, ədviyyat, bibər, turşu, tünd qəhvə verilməməsi lazımdır.

Təzyiqi yüksək olarsa, duzsuz pəhriz etmək, su az içmək lazımdır. Duzsuz pəhriz iyirmi doqquzuncu sıradakı “ÖDEM” xəstəliyində bildirilmişdir. Hər tərəvəz sərbəstdir. Podaqra [gut] da varsa, turş tərəvəz və meyvə yeməmək lazımdır. Bəzi xəstəyə süd şişkinlik edir. Bunlara qaymağı alınmış süd vermək lazımdır. Qeyri müsəlmanlar kefir verirlər. Bu olmazsa tərəvəz suyu verilir. Yüngül xəstələrə ət və yumurta çox bişmiş şəkildə verilə bilər. Heç bir vaxt çiy süd verməmək lazımdır. Həftədə bir iki gün üzüm verilir. Səhər, günorta, axşam bir kilodan təzə üzüm yeyər. Başqa bir şey yeməz. Belə üzüm pəhrizi prostat və qaraciyər xəstəliklərinə də faydalıdır.

                Böyrək xəstəliyi yüngülləşdiyi zaman çox təzə qırmızı ət və quş ətləri verilir. Yağlı ət və iç yağı verilə bilər. Çünki, bunlarda xolesterin çox azdır. Lipidlərin həzmini də asanlaşdırar. Bunlar da xolesterini əridər. Xolesterin qumun hasil olmasını önləyər. Xəmir yeməkləri və tərəvəz də verilər. Meyvə də verilər. Az miqdarda lobya, mərcimək, paxla, noxud  verilər.     

QADAĞAN OLANLAR: Ət suyu, ov heyvanları, ağciyər, qaraciyər, böyrək, beyin, paça, dalaq, qarın, hər növ balıq, ət və balıq konservləri, yağlı maddələr qadağandır. Yalnız təzə kərə yağı və bitki yağları verilə bilər.

Kələm, turşəng, quşqonmaz, pomidor, göbələk qadağandır. Bibər, kərəviz, xiyar, sarımsaq kimi ədviyyatlı şeylər qadağandır. Sirkə yerinə limondan istifadə etmək lazımdır. Mayalı bütün pendirlər qadağandır. Yumurta az yeyə bilər. Tünd qəhvə və tünd çay qadağandır. Çiyələk, moruq qadağandır. Spirtli içkilər qadağandır. Böyrəkləri zədələyə biləcək dərmanlar, məsələn piramidon, antipirin verməmək lazımdır. 

FAYDALI QİDALAR: Tərəvəz şorbaları, qızarmış ət, soyutma ət, çox təzə balıq, yağlı ağ pendir, az miqdarda süd, meyvələr verilir. Duza icazə verilir. 

YEMƏK CƏDVƏLİ:

Səhər: Açıq çay, qızarmış çörək, kərə yağı, bal, meyvə cemi.

Günorta yeməyi: Bir ət parçası, iki qab tərəvəz, meyvə.

Axşam yeməyi: Həftədə üç gün tərəvəz şorbası, bir qab xəmir işi və ya tərəvəz, meyvə.

Günorta və axşam yeməklərindən sonra bir fincan çobanyastığı çayı içmək lazımdır. Siqaret çəkmək olmaz. 

SİDİKDƏ ALBUMİN AXTARMAQ: Sidik şüşə qıfdakı pambıqdan süzülür. Kolbanın yarısına qədər süzülmüş sidik qoyulur. Üzərinə beşdə biri qədər tünd duzlu su əlavə edilir. Çalxalayıb, yuxarı tərəfi alovda qızdırılır. 

  1. a) Bulanmazsa, bir şey yox deməkdir. Bir neçə damcı turşu qoyulub, yenə qızdırılması lazımdır. Yenə bulanmamalıdır.
  2. b) Duzlu su əlavə edib qızdırılanda, bulanarsa:

1- Bir damcı sirkə turşusu (uksus) qoyulur. Bulanıqlıq təkrar əriyərsə, iyirmidə bir sulu nitrat turşusu (HNO3) damlatıb qızdırılır:

a)Təkrar bulanarsa, aseto-solübl albümin var deməkdir.

b)Tapılmazsa, əvvəlki bulanıqlığın fosfat olduğu aydın olar.

2-Sirkə turşusu damladanda bulanıqlıq əriməzsə, albümin olduğu aydın olar.

Sağlam insanın sidiyində də, yorğunluq və başqa səbəblərlə albümin tapıla bilər. Albümin olan kimsənin böyrəklərinə nəzarət etmək lazımdır. Bunun üçün sidikdə silindir və qan serumunda sidik cövhəri axtarılar.

Süleymaniyyə Kitabxanası (İstanbul-Laləli) qisimində, 3735 saylı kitabda deyilir ki, üç gün beş  qramdan Ravənd tozu udduqda, sidik kisəsi daşını əridər və sidik yollarını təmizləyər. Ağcaqovaq yarpağını çay kimi dəmləyib içmək də olar.

2. ANEMİYA (qansızlıq):

Dəri, dodaqlar, göz qapaqları solğundur. Ürək döyünməsi, baş gicəllənməsi, nəfəs alma, ağrılar, mədə ağrısı olur. Qanda qırmızı  qan hüceyrələri azalır. Ağ qan hüceyrələrinin sayısı dəyişməz. Qan zay etmək, havasızlıq, işıq azlığı, hərəkətsizlik və bəzi xəstəliklərə səbəb olar. İştah azdır. Sevdikləri yeməyi vermək lazımdır. Bezdirərək ət yedirmək doğru deyildir. Tərəvəzli yeməklər ətdən daha faydalıdır. Çünki mədəni pozmaz. 

Əti müxtəlif şəkillərdə vermək lazımdır. Beyin çox yaxşıdır. Çünki, beyində dəmir vardır. Qan əmələ gətirir. Sümük suyu və iliyi vermək lazımdır. Qan əmələ gəlməsini asanlaşdırar. Mal əti bulyonu, yumurta sarısı çox vermək lazımdır. Qaraciyər və dalaq kababı çox yemək lazımdır. Bu ikisi qan əmələ gətirir. Tərəvəzi əskik etməmək lazımdır. Vəzəri, ispanaq, yaşıl kələm, hindiba (zəncir otu), cəfəri, quru meyvələr, dovşan əti, toyuq pətənəsi, yumurta sarısı, quşqonmaz, noxud, kartof, lobya, kök və mərciməkdə də dəmir vardır, çox faydalıdır. Hər meyvəni yemək lazımdır.  Ət yeyə bilməyənləri məcbur etməmək lazımdır. Əti tərəvəz, xəmir yeməkləri ilə vermək lazımdır. Dəmiri, yodu bol şeylər, məsələn, mərsin balığı, tuna [stavrida azması], hamsi, ilan balığı yeməli, təzə balıq yağı içmək lazımdır. Mədə və qaraciyər xülasəsi, folik turşusu və B12 vitamini almaq lazımdır. “Minadeks” adındakı qüvvət siropu da çox faydalıdır.

3. ARTERİO-SCLEROZ (Damar sərtliyi): Təzyiq artır. Nəbzin atması yatarkən çoxalır. Ayaqda dayanarkən azdır. Nəfəs darlığı, ürək döyünməsi, gecələri sidiyə çox qalxmaq, aydın və bol sidik, qaraciyər çatışmamazlığı bu xəstəliyin əlamətləridir.

Qaraciyər bədən fabrikinin böyük bir laboratoriyasıdır. Sağ qabırğa sümüklərinin və diafraqmanın altında olur. İncə bağırsaqlardan qida maddələrini və bir miqdar zəhərli maddələri almış olan qanı gətirən kapillyar damarlar birləşərək bir vena halında qaraciyərə girər. Burada təkrar kapillyar damarlara bölünür. Hər birindəki qan ələkdən süzülür kimi qaraciyərin içində ayrılır. Sonra yenə başqa kapillyar damarlara girir. Bunlar da birləşərək ciyərdən çıxan bir damar bu qanı ürəyin sağ qulaqcığına aparır. Qaraciyər, bağırsaqlardan gələn qandakı karbon-hidrat maddələrini tutur. Qana lazım olan az miqdarını qəlbə göndərir. Beləcə qaraciyər ehtiyat şəkər anbarı vəzifəsini görür. Yumurta ağı maddələrinə və yağlara da təsir edir. Gələn duzların bir qismini ürəyə göndərir. Bir qismini də sonradan tədricən göndərir. Bir qismini ödlə təkrar bağırsaqlara göndərir. Bağırsaqdan gələn zəhərli maddələri məhv edir. Qanla gələn zülal parçalarından sidik çövhərini sintez edir və yavaş-yavaş böyrəklərə göndərir. Xarab olan eritrosidlərin qırmızı boya maddələrinin artıqlarından öd piqmenti və öd turşusu əmələ gətirir. Bu turşu yağların həzmində iştirak edir. Bu iki maddə qaraciyərdə xolesterin deyilən yağ kimi bir maddə ilə birləşir. Xolesterin esteri olur. Esterləşən xolesterinin məcmu xolesterinə nisbəti normal olaraq yetmiş [0.70] faizdir. Bu nisbətin azalması qaraciyər çatışmamazlığını göstərir. Bunun üçün qaraciyər xolesterinlə əlaqədar maddə mübadiləsində təsirli olur ki, arteriya sərtləşməsində mühümdür. Bu üç maddə ödü meydana gətirir. Qaraciyər bu mayeni davamlı olaraq öd kisəsində toplayır.

İnsan qaraciyərindən iyirmi dörd saatda yeddi yüz lirt qan keçir.

Səhhəti yerində olan bir insanın qaraciyərində müxtəlif miqdarda yağ yığılır. Bu miqdar yeyilən yağ miqdarına, yağların sorulma və qaraciyərə nəqil sürətinə və qaraciyərdə yağların oksidləşmə sürətinə bağlıdır. Çox yağ yeyildiyi vaxt qaraciyərdə neytral yağ miqdarı artar. Xolesterinli maddələr yeyilərsə, yağ və xolesterin yığılar. Qaraciyərdə yağ yığılarsa, karbohidrat  [Glikogen] miqdarı azalar və ciyər hüceyrələrinin çoxalma qüvvəti pozular. Ac olduqda yağlı toxumalardan ayrılıb qana qarışan yağ da qaraciyərdə yığılar. Şəkər xəstələrində qanda yağ çoxaldığı üçün də, qaraciyərdə yağ yığılar. Yoluxucu xəstəliklərdə və fosfor, kloroform, dörd xlorlu karbon kimi qaraciyər zəhərləri alınmasında da yağ [Lipid] yığılar.

Qaraciyərdə yağ yığılmasını azaldan və yağları ciyərdən çıxaran maddələrə “Lipotropik” deyilir. Kolin, metionin, inositol və B12 lipotropikdirlər. Çünki bu cisimlər Fosfolipid maddələr mübadiləsini tənzim edərlər. Bu maddələrin dəyişmələri pozulanda qanda xolesterin çoxalar. Bundan da siroz, diabet, nefrit, təzyiq artması, damar sərtliyi, ürək damarlarında xəstəlik hasil olur. Damarlarda lipoid yığılır. Lipotropiklər qaraciyərin zəhərləri təmizləmə qüvvətini də artdırır.

Damar sərtliyi xəstəliyi iki yerə ayrılır:

  1. a) Damarların iç üzləri xolesterin mayesi ilə örtülər. Təzyiq yüksəkdir.
  2. b) Qaraciyər və böyrəklər kifayətsizdir.

Birinci hal üçün pəhriz etmək, az su içmək lazımdır. İkinci baxımdan qaraciyər və böyrəkləri zədələməmək üçün mədə və bağırsaqlardan gələcək zəhərləri çox azaltmaq lazımdır. Bu iki halı da qarşılamaq üçün xəstəyə xolesterini az və zəhər aradan qaldırıcı südlü tərəvəz pəhrizi verilər. Zeytun yağlı ənginar yeməyi qanda xolestərini azaldar. Yod və Yod birləşmələri faydalıdır. Məsələn, potassium iodür, lipiodol, pepton iode (İodopepton Kazım) verilir. “Sülfarlem” xolesterini əridər və qaraciyəri qüvvətləndirər. 

Xolesterini az pəhriz, damar sərtliyinə, gut (yəni nekris)də, bəzi şəkərlilərdə, qandakı çox miqdardakı xolesterini azaltmağa yarayar. Qanda çox xolesterin olarsa, damar içi səthlərdə yığılaraq “aterom” deyilən lövhələr əmələ gətirər.

QADAĞAN YEMƏKLƏR: Yumurta, süd, ağ pendir, xüsusilə bayat pendir, qaymaq, kərə yağı, beyin, içalat, kürü, yağlı ət, süni kərə yağları, şokolad, qatı bitki yağları, qoz, fındıq, badam, xurma kimi yağlı maddələr və siqaret qadağandır. Prof. Dr. Süleyman Yalçın, 16.7.1985-ci ildə Türkiyə qəzetindəki bəyanatında, “Donuz ətində yüksək miqdarda olan yağ və xolesterol damar sərtliyinə səbəb olur” deyir. 23 Mart 1988-ci ildə Türkiyə qəzetində deyir ki, “Avropanın ən çox oxunan gigiyenik məcmuəsi “Neuform Kurier”, donuz ətinin dəri xəstəliklərinə, xərçəngə, təzyiqin artmasına, romatizm və qripə səbəb olduğunu və donuz ətində heç bir vitaminin olmadığını, zərərinin çox olduğunu bildirir.” Maye yağlar və şəkərli maddələr az miqdarda verilə bilər. Tavada qızartmaq olmaz. 

Böyrək iltihabı da varsa, əti, tərəvəzi azaltmalı, turşəng, quşqonmaz və turş şeylər vermək olmaz. Təzyiq yüksəkliyi, şəkər, köklük varsa, bunların müalicəsi də edilməlidir. Təzyiq artmasına qarşı duzsuz pəhriz yaxşıdır.

4. KLOROZ (zəiflik): Dəri solğundur. Göz qapaqları və topuqlar şişər. Nəfəs darlığı, ürək döyünməsi, qadında heyz pozuqluğu, əsəb pozuqluğu, isteriya, iştahsızlıq, qəbz və qusma müşahidə olunur.

Açıq, təmiz havalı yerdə ev tutmaq lazımdır. Kədər, düşüncə olmamalıdır. Əl işi yüngül olmalı, bədən hərəkəti çox olmamalıdır. Geç yatmamaq, doqquz saat yatmaq lazımdır.

Müxtəlif və bol yeməsi lazımdır. Süd, yumurta, ət, göyərti, püre (əzmə), xəmir xörəklər yemək lazımdır. Çox ət yeməyə çalışmamalı, ağ əti seçmək lazımdır. Xəmir xörək, yaşıl tərəvəz çox yemək lazımdır. Bunlarda, xüsusilə ispanaqda dəmir vardır. Qəhvə və çay açıq olmalıdır. Dənli bitkilər, xüsusilə mərcimək, lobya yaxşıdır. Meyvə çox yemək lazımdır. Plov, sıyıq, dolma kimi düyülü yemək lazımdır. Yemək arasında isti şərbətlər və iştaha gətirən ot çayları içmək lazımdır. Paris Tibb Fakültəsi professorlarından M. Loeper və Saint Loise Xəstəxanası Laboratoriya müdiri M.Lesure tərəfindən hazırlanmış olan Fransızca tibbi formullarda deyilir ki, “Xına və xına qabığı qüvvətləndirir və hərarət salır. Zəiflik hallarında, xüsusilə vərəmdən, şəkər xəstəliyindən, qızdırmadan halsız qalanlara çox faydalıdır. Toz halında gündə 0.20 qramdan iki qrama qədər qüvvətlənmək üçün verilər.” Otuz qram xına-xına qabığı ilə yarım kilo qara kişmiş həvəngdəstədə əzilər.  Sonra, bir yarım kilo, yəni altı su stəkanı qədər su ilə yarım saat qaynadıb, süzgəcdən və ya tülbəntdən şüşəyə  süzülür. Üç  yemək arasında yarım fincan içilir. 

Kloroz xəstələrin çoxu qanı aşağı olduqlarından, bunlar anemiya pəhrizi də etmələri lazımdır. Dəmirli dərmanlar çox faydalıdır.

5. SİROZ HEPATİK (Qaraciyər sərtləşməsi): Müxtəlif şəkilləri vardır. Spirt və donuz əti qaraciyərin və əsəb sisteminin amansız düşmənidir. Qaraciyər şişər və ya kiçilər. “İstisqa” olur, Yəni, qarında su toplanır, ayaqlarda şişkinlik olur. Bəzən düz bağırsaqdan qan gəlir. Mədə ağrısı, qan dövranı pozuqluğu olur. Yaxud sarılıq, halsızlıq, hərarət, bulanıq sidik, dalaq şişməsi olur. Uremiya xəstəliyi kimi də görülür.

Bol ət, az yağ vermək lazımdır. B vitamini çox faydalıdır. Məsələn, pivə mayası verilər. Pivə mayası pivə deyildir, spirti yoxdur. C və K vitamini olan dərmanlar və limon verilir. Qaraciyər xülasəsi, Bejektal və ya “Vitamin B Complex” iynəsi vurulur. 

Hər gün bir litr süd verilər. Çörək yeyə bilər. Yaşıl tərəvəz, yaxşı bişmiş ət verilir. Zəhər hasil etməyən şeylər yeməsi əsasdır. Bunun üçün bayat yeməklər, ov əti qadağandır. Çox təzə balıq yeyə bilər. Ədviyyatlı, turş, turşulu şeylər yeməməsi lazımdır. Bayat pendir qadağandır. Südlü-tərəvəzli qida yeməsi lazımdır. Dəmirli və arsenli dərmanlar qəbul etməsi lazımdır. Şiş və susuzluq pəhrizi edilməsi lazımdır. 

6. KONSTİPASİYON (Qəbizlik): Ayaq yoluna az və bərk çıxılır. Bütün bədəndə dəyişikliklərə səbəb olar: İştahsızlıq, nəfəs darlığı, öd kisəsi zökəmi, baş ağrısı, taqətsizlik, zəhərlənmə səbəbi ilə titrəmə və hərarətin artması görülür.

Qəbizliyin müxtəlif səbəbləri vardır:

  • Bağırsaq tıxanması,
  • Qida səbəbi. Sürətli həzm edilən maddələri yemək,
  • Mədə şirəsinin pozulması,
  • Bağırsaq əzələsinin hərəkət qüvvəsinin azalması,
  • Məqəd halqasının təşənnücü [spazması, sıxılıb qalması] kimi.

Qəbizliyi olanlar hər gün eyni saatda ayaq yoluna getməlidir. Məsələn, səhər oyananda və axşam yatarkən çıxması lazımdır. Bir dəfə çıxmaq bəs edər, iki dəfə daha yaxşıdır.

Həzm edilə bilməyib, geridə qalan qismi çox olan yeməkləri yemək lazımdır. Bunlar bağırsaqları hərəkətə gətirir və şirə axmasına səbəb olur. Bunun üçün, sellülozu çox olan qidalar (tərəvəz, meyvə) yemək lazımdır. Yeməkləri yaxşı çeynəmək lazımdır.

YEYİLƏCƏK ŞEYLƏR: Günorta və axşam tərəvəz şorbası. Tərəvəz yeməkləri, salatlar, xəmir xörək, xüsusilə yulaf unu ilə yemək lazımdır. Ət yalnız günorta vaxtı yeyilir.

Hər növ ət, balıq, bol kərə yağı, qara çörək, çovdar çörəyi, suxarı, kartof, mərcimək, şalğam, kök, noxud əzməsi, bol tərəvəz, salat, ispanaq, ərik mürəbbəsi, ravənd qəbizlik üçün çox faydalıdırlar. Çiy və bişmiş hər meyvə, xüsusilə meyvə quruları, quru əncir, üzüm, ərik, tut, qoz, badam, bal yemək lazımdır. Seyid Abdülhakim Əfəndi, “Kəşkül” risaləsində deyir ki, “Əncir, gözəl bir meyvədir, lətif bir qidadır, həzmi asandır, mənfəətləri çox bir dəvadır. Təbiətə mülayimlik verər. Bəlğəmi əridər, böyrəkləri təmizləyər. sidik kisəsindəki qumları aradan qaldırar. Qaraciyərin və dalağın tıxanmış olan dəliklərini açar, bədəni kökəldər. Babasili aradan qaldırar. Nekrisə, romatizmə faydalıdır.” Əncirin Ərəbcəsi “Tin”dir. Tin surəsində Allahu təala ənciri mədh edir. Həm faydalı, həm mübarəkdir. Təzə və ya qurusu ac ikən üç ədədi bir neçə gün yeyilərsə, rahat ishal edər. Səhər və axşam yeməklərindən bir saat əvvəl, iki-üç ədəd təzə və ya quru  əncir yemək sancısız, ağrısız, rahat ishal edir. Şokolad və bənzərləri zərər verir.

QADAĞAN OLANLAR: Yumurta qəbiz edər, çox az yemək lazımdır. Düyü, tünd çay, şokolad qadağandır.

YEMƏK CƏDVƏLİ:

Səhər: Təzə meyvə, bir dilim çörək doğranmış şəkərsiz ballı isti süd 300 qram və bol kərə yağı.

Nahar: Bir qab ət, bir qab tərəvəz, ağ pendir, turp, kərə yağı, kompot.

Əsr (saat dörddə): Kompot, yüngül çay.

Axşam yeməyi: Tərəvəz şorbası, makaron, kartof və meyvə.

Bağırsaqlarda mayalanan, qaz edən yeməklər yemək lazımdır. Məsələn, bayat ət, qiyməli börək, göbələk, ədviyyatlı şeylər, bayat pendir, qatıq yemək lazımdır. Qazlı içki, limonad, bikarbonatlı su, açıq qəhvə və çay yaxşıdır.

Bağırsaqları hərəkətsiz olanlar səhər ac qarnına dəymiş meyvə ilə çovdar çörəyi yeməlidir. Bununla təzə tərəvəz yeməyi yemək yaxşı olar. Bir qəhvə qaşığı Karbonat və ya süzülmüş bal bir stəkan ilıq suda əridilərək səhərləri ac qarnına içilməsi lazımdır. Yaxud, iki qəhvə qaşığı Karlsbad duzu bir stəkan ilıq suda əridilərək səhərləri ac qarnına içmək lazımdır. Həm öd qovar, həm bağırsaqları hərəkətə gətirər. Heç ağrı, sancı etmədən su kimi ishal edər. Erbalax və Bilagit həbləri də yaxşıdır. 

Spazmadan olan qəbzlilərin ət yeməməsi lazımdır. Xəmir xörək, tərəvəzli yemək lazımdır. Ədviyyatlı  yeməmək lazımdır. Qəhvə, çay içmək, bibər yemək olmaz. Yağlı yeməkləri də azaltması lazımdır. 

“Duphalac”, “Normacol”, “ Granocol” kimi sürüşdürücü dərmanlar çox faydalıdır. Bu siroplar təsir etməsələr, ertəsi səhər bir şorba qaşığı daha verilər. Sənameki, ravənd, sarı-səbr, fenolftalein kimi təhriş edici maddələrdən çox istifadə etməmək lazımdır. “Təshil-ül-mənafi” də deyilir ki, “Alınan qida bir saatda çölə çıxar. 24 saatda çıxmazsa, xəstəlik əlamətidir.”

7. KOLEMİ (Sarılıq): Öd boyası qana keçmiş olduğundan dəriləri, üzləri, gözləri sarıdır. Pəhriz ilə birlikdə, bədən hərəkətləri və isti duş da qəbul etmək lazımdır. Ağır hallarda yatmaq lazımdır.

Yağsız süd, yağlı pendir, qruyer pendiri yemək lazımdır. Yumurta az yeməli və az bişmiş olmalıdır. Xəmir xörək, düyülü, kartoflu yemək lazımdır. Bişmiş salat, tərəvəz yeməklərinin çoxu yaxşıdır. Fəqət əvəlik, ispanaq, pərpərən yeməmək lazımdır. Hər növ yetişmiş meyvə, qızarmış çörək, nehrə yağı yaxşıdır.  

Vita, sana, marqarin kimi yağlar kərə yağının yerinə verə bilməz. Bəli, bunlar həqiqi yağlardır. Lakin, maye yağlardakı oleik turşu kimi çox karbonlu böyük molekulların, nikel katalizörü ilə hidrogen verilərək doydurulması əldə edilir. Oleik turşu stearik turşu halına dönərək qatı yağ, don yağı olur. On səkkiz karbonlu böyük yağ molekulları həzm mayaları tərəfindən asan parçalana bilmir. Çətin həzm olur. Kərə yağındakı tributyrin esteri isə kiçik molekul olduğundan tez həzm  olur. Bundan başqa kərə yağı emulsiya (sübye) halındadır. Mədə şirələri kərə yağı zərrələrini asan həzm edir. Qatılaşdırılmış yağlar isə sübye halında deyildir. Bədən istiliyində ərimiş hala gəlmir. Zərrələr halında dağılmış olmadığı üçün mədə və bağırsaqlarda daş parçaları kimi qatı qalırlar. Ancaq, səthlərindən aşınaraq çətin həzm olurlar.

[Marqarin, yəni süni kərə yağı bazarda müxtəlif adlarla mövcuddur. Marqarin ilk olaraq 1870-ci ildə üçüncü Napolyonun arzusu ilə Parisdə Mege-Moure tərəfindən oleomarqarindən əldə edildi. Oleomarqarin içyağının istidə təzyiq ilə süzülməsindən əldə edilən maye yağdır. Otuz parça oleomarqarin, iyirmi beş parça qaymağı alınmış inək südü və əlli beş parça su ilə uzun müddət qarışdırılıb emulsiya, yəni sübye halına gətirilir. Duz, boya əlavə edilərək hazırlanırdı. Beləcə otuz yeddi dərəcədə əriyən, həzmi asan olan yaxşı növ marqarin əldə edilirdi. Bu gün oleomarqarin yerinə maye bitki yağların və balıq yağlarının hidrogenlənərək qatılaşdırılmasından əldə edilən stearin yağlarından istifadə edilir. Qatılaşdırılmada vitaminlər pozulduğu üçün, sonrada A və D vitaminləri əlavə edilərək, qida qiyməti yaxşı olursa da həzmləri çətin olur, kərə yağının yerini vermir. Marqarin Yunanca inci demək olan “margaron” sözündən alınmışdır.]

Qadağan olanlar - içyağı, yağlı ət, bayat ət, dəniz və ov heyvanları, ətli xəmir xörəklər, tahin, kələm, ispanaq, pərpərən, turşəng, şalğam, ədviyyat, bayat pendir qadağandır.

Yalnız günorta yeməyində yağsız ət, kabab, toyuq, yağsız təzə balıq, dil yeyilə bilər. Quru tərəvəz yeməyi, çay, qəhvə qadağandır. Şəkərli və tortlar yemək lazımdır. Qaraciyər xülasəsi iynəsi vurulur. Səhər və axşam bir çay qaşığı “Sel le Karlsbat” bir stəkan soyuq suda əridilib içilir. İsti su ilə içmək qəbizə qarşı çox faydalıdır. “Bilsan” dərmanları öd yollarını təmizləyir.

8. QƏLB XƏSTƏLİYİ: Qəlb zədələnməmiş, düzəlməsi mümkündürsə, pəhrizə lüzum yox kimidir. Xüsusilə axşam yeməklərinin yüngül olması lazımdır. Çox su içməməli, sulu yeməyin az olması lazımdır. Ov əti, konserv, ədviyyat, mayalanmış pendir yeməmək lazımdır.

Qəlb zədələnmişdirsə və tam aradan qaldırılmazsa çox ciddi pəhriz etmək lazımdır. Ət heç yeməmək və ya aralıqlarla və az miqdarda, yaxşı bişmiş şəkildə yemək lazımdır. Nəfəs darlığı varsa,  duzu azaltmaq lazımdır. Axşamlar az yemək lazımdır. Yeməkdən sonra gəzməmək lazımdır.  

Yağsız süd, yumurta, günorta vaxtı bir az təzə salat, qızarmış çörək, tərəvəz, unlu, xəmir xörək, təzə pendir, meyvə yemək lazımdır.

Gündə bir litrdən çox su içməmək lazımdır. Xəstənin tez-tez tərəzidə çəkilməsi lazımdır. Kilosu artdıqda bədəndə su yığıldığı məlum olur. Sulu yeyəcəkləri azaltmaq lazım olar.

9. ASİSTOLİ (Qəlb zəifliyi): Ürək tam yığılmadığı üçün venadakı qanı çəkə bilməz. Ağciyər venalarında, ciyərlərdə, daha sonra böyük qan dövranında qan hərəkətsiz qalar. Ayaqlar şişər, qarında su yığılır, sidik kəsilir.

Yataqda istirahət etmək lazımdır. Həyəcanlanmamaq, əsəbiləşməmək lazımdır. Tam istirahət etmək lazımdır. Çox az yemək lazımdır. Qatı yeməklər qadağandır. Maye yeməklər də az olmalıdır. Beləcə, qəlbi yormamaq lazımdır. Bunun üçün gündə yeddi dəfə yemək lazımdır.  

Səhər səkkizdə: Əlli qram nişasta ilə hazırlanmış pudinq.

Saat onda: Bişmiş alma və mürəbbəsi.

On ikidə: Əlli qram yaxşı bişmiş balıqla otuz qram çörək.

On dörddə: Bir bişmiş alma və ya mürəbbəsi.

On altıda: Bir fincan süd.

İyirmidə: Dənli bitki əzməsi və ya xəmir xörək verilər.

Gündə 900 qr-dan çox su içməmək lazımdır. Bu pəhriz bir-iki ay etmək lazımdır. “Şiş pəhrizinə” baxın!

10. DİABET (Şəkər xəstəliyi): Sidikdə şəkər olur. Sağlam insanın qanında ac ikən litrdə bir qram qlükoza olur. Qlükozanın miqdarı litrdə 1.30 qramı keçərsə, xəstəlik əlamətidir. 1.60 qram olanda, sidikdə şəkər olur. Sidik artar. Susuzluq, aclıq, zəiflik, halsızlıq, çiban, qaşıntı görülür. Diabet iki cürdür:

1-Bədəni əritməz. Yağlı və oynaq ağrılı kəslərdə çox olar. Sidikdəki şəkər qidadan olur.

2-Bədəni əridər, az rast gəlinir, mədəaltı vəzi pozulmuşdur. Sidikdəki şəkər qidadan və toxumaların əriməsindən hasil olur.  

Diabetlər həzmsizlik, albüminüri, bronxit, vərəm, çiban, antraks (şir pəncə), gangren (barmaq və sairə çürüməsi), kramp (əzələ tutulması), inadçı nevralgi (sinir ağrısı), diabet koması (uzun müddət huşunu itirmə)  hasil ola bilər.

Həftədə iki dəfə ilıq duş qəbul etməsi lazımdır. İyirmi dəqiqə yuyunub, sonra dəsmal ilə firksiyon (ovma) etməsi lazımdır. Dəniz və soyuq su duşu qadağandır. İsti paltar geyinməlidir, isti yerlərdə yaşaması lazımdır. Bədən hərəkəti etməli, masaj, gəzinti, velosiped, qılınıcoynatma faydalıdır. Namaz qılmaq çox faydalıdır.

Pəhriz mühümdür. Diqqət etmək lazımdır. Hirslənməməli, həyəcanlanmaması lazımdır.

Yağlı diabet pəhrizi - Əvvəl üç gün sulu pəhriz edilir. Gündə üç dörd litr su verib, yataqdan qalxmaz. Səhər ishal edən dərman verilir. Beləcə qan şəkəri sürətlə azalıb normala enər. Bir litr qanda bir qram olar. Yəni, yüz qram qanda yüz milliqram olar. Yaxud, üç gün yaşıl tərəvəz yemək lazımdır. Üç gün sonra az ət verilir. Çox ət, asidoz və aseton edər ki, ikisi də təhlükəlidir. Bol tərəvəz yeməsi lazımdır.

Qadağan olanlar-  Şəkərli və nişastalı hər maddə qadağandır. Bunlara “karbohidrat” deyilir. Hər şirin meyvə, xəmir xörək, karbohidratlı tərəvəzlər, məsələn, kök, şalğam, soğan, çuğundur, turp, göy noxud və buna bənzər dənli bitkilər qadağandır.

Hər cür ət yeyə bilər. Qlikogen olduğu üçün qaraciyər qadağandır. Hər yeməkdə əlli qarm çörək yeyə bilər, qabığı daha yaxşıdır. Alöron və gluten çörəkləri yemək lazımdır. Çox zülal (ət) və yağ asidoz edər. Bu isə zəhərdir. Yağ az yemək lazımdır. Kərə yağına və zeytun yağına üstünlük vermək lazımdır. Qoz, fındıq, fıstıq, badam kimi yağlı meyvələr yemək lazımdır. Tərə, kahı, xiyar, cırdaquş, ispanaq, təzə lobya kimi tərəvəzlər və kələm, gül kələm, iskorçina, ənginar, kərəviz, quşqonmaz, yer alması, yer göbələyi yeyilə bilər.

Kartofda 17% nişasta olduğu halda yeyə bilər. Çörək yerinə zeytun yağlı kartof pürəsi verilir. Kartofda qələvi duzları olması faydalıdır. Yumurta, pendir yeyilə bilər. Şəkərsiz olaraq süd içilə bilər.

Limonad, gazlı içki qadağandır. Su və mineral suları, bikarbonatlı sular sərbəstdir. Şəkərsiz çay və qəhvə içilə bilər. Şəkər yerinə saxarid həblərindən istifadə etmək lazımdır. Hər susadıqda az su içmək lazımdır. Çox su mədəni pozar. 

Asidoz təhlükəsi olduğu zaman bir gün bir yulaf unu verilir. Yulaf unu uzun müddət az duz və kərə yağı ilə bişirilir. Soyuduqda yumurta ağı ilə qarışdırılır. 250 qram un, yüz qram yumurta ağı və üç yüz qram kərə yağı qarışımı bir gündə yeyilir. Bundan sonra üç gün müxtəlif tərəvəz və yumurta verilir. Albüminüri də varsa, çox süd verməmək lazımdır. Şəkəri deyil, albümini aşağı salmaq lazımdır. Diabetlə nekris [yəni oynaq ağrıları] birləşərsə, ağ ət və bala ətləri yeməmək lazımdır. Az qırmızı ət və çox tərəvəz yemək lazımdır.

Bədəni əridən diabet- Zəiflədər. Yenə çox ət verməmək lazımdır. Çoxu aseton zəhərlənməsi edər. Kərə yağı vermək, balıq yağı içirmək lazımdır. Bol yaşıl tərəvəz, kartof yemək lazımdır. Karbohidratlı (şəkərli, nişastalı) maddələri arada bir vermək lazımdır. Bunlar şəkəri artırar isə də, aseton zəhəri əmələ gətirməzlər. Bunları  təsiri əks olan ət ilə tənzimləmək lazım olar.   

İşləyən bir şəkərliyə gündə 250 qram qlükoza [və ya karbohidratlı maddələr] ilə yüz qram yağ və altmış qram zülal verilir. Xəstə bu qədər qlükozaya təhəmmül etməzsə, insulin iynəsi vurmaq lazımdır.

Asidoz yoxdursa, hər səhər yeməkdən sonra yarım saat əvvəl “insulin protamin zink” dən on iki modul inyeksiya edilir.  Sidikdə şəkər itənə qədər dörd gündə bir, iki modul artırılar. Satışda olan “Depot-insulin” və ya “ N.P.H insulin organon” resept ilə alınır.

Asidoz varsa, səhər, günorta və axşam yeməklərindən on dəqiqə əvvəl on modul adi insulin vurulur. Satışda olan “İnsulin Hörm sempl” resept ilə alınır. Sidikdə şəkər kəsilənə qədər on beş gündə bir beş modul alınır. Hər üç ayda bir qanda xolesterol, aseton və qlükoza ölçülməsi lazımdır. B12, C və P vitaminləri verilir.

Qanda aseton olarsa, yataqda istirahət etmək lazımdır. Yalnız süd vermək lazımdır. Gündə iki, üç litr verilir. Limon suyu, bikarbonhidratlı su içmək lazımdır.

Sidikdə şəkər axtarmaq: Fehling sınağı ilə axtarılır. Lakin Fehling məhlulu uzun müddət saxlana bilməz, xarab olur. Təzə hazırlamaq lazımdır. Daha asan yolu şüşə qapaqlı butulkaya 5 %  mis sulfat “CuSO4” məhlulu qoyulur. Rezin və ya kip qapaqlı başqa bir butulkaya 10 % sodium hidroksid  “NaOH” məhlulu qoyulur. Bunlar illərlə xarab olmadan qalır.

İyirmi dörd saatlıq sidik yığılıb, bundan və ya yeməkdən sonra alınan sidikdən sınaq şüşəsinə yarıdan çox doldurulub qaynadılır. Sonra, iki-üç damcı sirkə turşusu qoyulur. Albumin çökər. Şüşə qıfdakı pambıqdan və ya burulmuş süzgəc kağızından süzülür. Süzüləni bir sınaq şüşəsinin üçdə birinə qədər qoyulur. Üzərinə eyni miqdarda soduim hidrosid məhlulu qoyulur. Üzərinə mis sulfat (göy daş) məhlulu damladılır. Sidikdə şəkər varsa, meydana gələn göy bulanıqlığın təkrar əridiyi görülür. Sidik tünd qöy olar. Mis sulfat məhlulu o qədər damlatılması lazımdır ki, meydana gələn göy (mis iki hidroksit)  Cu(OH)2 çöküntüsü şüşə çalxalananda, artıq əriməsin və bir az bulanıqlıq görülsün. Çöküntünün çox olmaması lazımdır. Bunun üçün məhlulu çox damlatmamaq lazımdır. Tünd göy məhlul alovda qızdırılır. Qaynamadan əvvəl sarı (mis bir hidroksit) CuOH bulanıqlığı olarsa şəkər olduğu məlum olur. Sarı narıncı bulanıqlıq yavaş-yavaş əmələ gələrsə, şəkərin az olduğunu göstərir. Qaynayanda əmələ gələrsə, şəkər çox az deməkdir. 

Halvada, tortda və şirniyyatlarda qlükoza olub-olmadığı da belə məlum olur. Adi şəkərlə [saxarozla] edilən şirniyyatlar sarı narıncı olmaz.

Sağlam insanın sidiyində şəkər olmur. Sidiyin bir litrində olan qlükoza miqdarını bilməyin faydası yoxdur. İyirmi dörd saatda çıxan şəkər miqdarı xəstəliyin dərəcəsini və pəhrizin necə olacağını göstərir. Xəstəlik olmayıb, çox qidadan da glikozüri ola bilər. Bunu anlamaq üçün səhər aç qarnına 150 qram qlükoza şəkərinin üç yüz qram suda həlli birbaşa içilir. Hər saat sidikdə şəkər axtarılır. Şəkər tapılarsa, qidadan olduğu aydın olar. Qaraciyərin şəkəri tutmadığını göstərər.

Yüngül diabetlər qida şərtləri ilə sabit olar. Orta dərəcədəki ciddi pəhrizlə idarə edilir.

Ağır şəkli ciddi pəhriz, dərmanla və yataqda müalicə tələb edir. Bunları ayırd etmək üçün qanda qlükoza miqdarını ölçmək, asidoz, albüminüri axtarmaq lazımdır. Asidozu anlamaq üçün sidikdə ammonyak, aseton axtarılır və ağciyərlərdəki karbon dioksid təzyiqi ölçülür və qanın ehtiyat alkaleni təyin edilir.  

Sağlam insan sidiyində iyirmi milliqram aseton olur. Aclıqda miqdarı artar. Qanda aseton və diasetik turşu və axy bütir turşusu olarsa, asidoz deyilir. Asidoza yağlar çox, albüminlər az səbəb olar. Şəkər və nişastalı qidalar isə asidozu azaldar. Asidozu olmayan şəkər xəstələrində aclıq, sağlam insanda olduğu kimi asidoz edər. Asidozu çox xəstədə isə aclıq asidozu azaldar. Asidoz komasında olana şəkərli su içirilir. Bikarbonatlı su içirilir.  Bir litr yüzdə üç məhlulu damara iynə vurulur.

11. DİYARRE (İshal): Ayaq yoluna tez-tez və maye halda çıxılır. Əvvəlcə qarın ağrısı olur, insanı zəiflədir, anemiyaya (qansızlığa) səbəb olur. Diyarre, bir çox xəstəliklərin əlamətidir. Məsələn, anterit (bağırsaq iltihabı) və ya mədə xəstəliyi, həzmsizlik, zəhərlənmə və ya mikroblu xəstəlik olduğunu xəbər verir. Pəhriz də bu xəstəliklərə görə müxtəlif olur.

Mikroblu ishallarda sulu şeylər vermək, lakin süd verməmək lazımdır. Yalnız bağırsaqlardakı mikroblardan və ya əsəbi səbəblə osmosun artmasındandırsa, təzə qızarmış ət, çiy və ya az bişmiş yumurta, düyü və ya arpa unundan bişmiş şeylər, heyva kompotu, bişmiş bayat çörək verilir. Çiy alma, kök, keçibuynuzu yemək lazımdır.

Əvvəlcə çox su içilir. Qaynanmış su, düyü suyu və ya mineral su içirilir. Sonra karbohidratlı qidalar verilir. Südlü qidalar yaxşı gəlməz. Süd yerinə tərəvəz suyu verilir. Alüminium və ya Bismütlü həblər verilir. Mikroblu ishalları dayandırmaq üçün “Siosteran” drajeləri və ya “Diyareks” həblərindən istifadə edilir və kömək edir. Bağırsaqdakı zərərli mikrobları öldürmək üçün “Sülfamisetin” həbləri çox yaxşıdır.   

Tərəvəz suyu, buğda, arpa, quru lobya, noxud, mərcimək kimi quru tərəvəzlərdən birindən otuz qramı üç litr suda üç saat qaynadılır. Sonra beş qram duz qoyulub, süzülür. Bir litr qalar ki, bir gündə içilir. Cücərdilmiş arpa əzməsi də yaxşıdır.

Mikrobsuz ishal iki cürdür.

1- Maddəyi-qaita, köpüklü, qazlı, sellüloz parçaları və nişasta mövcud olarsa, “Fermantasion”lu Kolopati deyilir. Təzə çörək, kartof, quru tərəvəz, xəmir yemək, pendir vermək olmaz. Şirniyyat da azaldılır.

2- Qaita əsmər, çox qoxulu, amonyaklıdırsa, “Pütrefaksion”lu Kolopati deyilir. Unlu və şəkərli qidalar verilir. Ət suyu və piyi verilməz. Ağ ət və balıq kababları verilir.

Az bal və qatıq verilir. Spirtli, ədviyyatlı, çay, qəhvə kimi qıcıqlandırı şeylər verilməz. Kələm, gül kələm, pomidor, qabaq, ispanaq kimi sellülozu çox tərəvəzlər də verilməz. Salat, kərəviz, kök, ənginar verilər. Gündəlik yumurta, yetişmiş meyvələr və kompot verilir. Fermantasiona qarşı kalsium, Bismutlu tozlar verilər. Pütre-faksiona qarşı Bismutlu tozlar yaxşıdır.

Şiddətli ishalda albüminli su verilir. Bunun üçün dörd yumurta ağı bir litr suda qarışdırılır. Bir az şəkər və gülab qoyulur. Qarın pambıqlı və ya yun fanila ilə sarılması lazımdır. Ağır hallarda yatmaq lazımdır.

12. TEVESSÜİ MƏDƏ (Mədə genişlənməsi): Boş olduğu vaxt kiçilməyən mədə deməkdir. Mədədən çalxantı səsləri gəlir. Yeməklərdən sonra qarın şişir. Gəyirmə, çox qusma, qəbizlik olur. Baş ağrısı əmələ gəlir.

Gündə iki kərə yemək lazımdır. Arada bir şey yeməmək lazımdır. Qida həcmi ən az olması lazımdır. Anormal fermentasiyalardan (mayalanmalardan) çəkinmək lazımdır. Bu halda az su içmək lazımdır.  Qazlı içki və qaz əmələ gətirən mayelər içməmək lazımdır. Çiy tərəvəzlər, salat, şorba, sulu şeylər, mədəni şişirən hər şey qadağandır. Qara və qanlı ət, konserv əti yeməmək lazımdır. Yağlı balıq, iç yağı, quyruq yağı, yağsız pendir yeməmək lazım. Simeko və ya Kompensan həblərini çeynəmək qaza və ağrıya qarşı faydalıdır.    

Yaxşı bişmiş qırmızı və ağ ət, nişastalı tərəvəz əzmələri, az miqdarda bişmiş yaşıl tərəvəz, bişmiş qızarmış çörək, yumurta, şəkərsiz meyvə kompotları yemək lazımdır. Açıq çay, cökə içilər. Tamamilə susuz qalmaq doğru deyildir. 

Yemək iki cür olur:

  • On birdə və on səkkizdə iki dəfə yeyilir. Arada açlığa dözə bilməzsə, çörəklə, biskivitlə bir açıq çay içmək olar.
  • Üç saatda bir yüngül yemək lazımdır. Naharda və axşam bir az qüvvətli yemək olar. Yemək arasında isti su içmək lazımdır. Sulu heç yeyilməzsə, sidiyə gedilə bilməz. Oynaq xəstəliyi əmələ gələr.

Yeməklərin mədədə yığılmaması, ağırlıq verməməsi üçün yeməklərdən sonra yarım saat sağ yan üstə yatmaq lazımdır. Xəstəxanaya yatırmaq lazımdır.

13. TURŞULU HƏZMSİZLİK: Mədə ifrazatının artmasından hasil olur. 1940-ci ildə Berlində on üçüncü olaraq çap edilmiş Həkim Domarrusün “Grundriss der inneren Medizin” kitabında deyir ki:

Yeməklərdən bir saat sonra mədədə ağrı, qazıntı, yanma, təzyiq hasil olur. Turş gəyirmələr, ağızda, boğazda yanmalar [qabartılar] olar. Bəzən, turş qusmalar olar. Mədədəki həzm saatlarla davam edər. Sidik qələvi və əksərən bulanıqdır. Əsəb pozğunluğu olur və vegetatif  sinirlərin fəaliyyəti artır. Spasmik qəbiz olar. Çox vaxt kədər, hüzn olur. Mədə, düodenum xorasına və pilor stenozunda  [daralmasında] və müzmin appendisitdə  də  turşulu dispepsi hasil olar.

Mədə ifrazatını artıran yeməklərdən pəhriz etmək lazımdır. Duz, ədviyyatlı, şəkərli yeməklər, ət konservləri, atəşdə, tavada qızartmalar, sirkə, turş pendir, qatıq, spirtli içkilər, dənli bitkilər, xam meyvələr, salat, tünd çay, qəhvə və ispanaq, çiy soğan kimi tərəvəzlər və tütün mədə ifrazatını artırırlar. Zülallı maddələr faydalıdır. Süd, bunların ən yaxşısıdır. Ət yalnız soyutma olaraq və kiçik parçalar halında verilə bilər. Yumurta içilir. Təzə ağ pendir, plasmon, sanatogen verilir. Uzun zaman az duzlu yeyilir. Yəni, gündə beş qram duz kafidir. Çox miqdarda karbohidrat verilə bilər. Məsələn, qarğıdalı unu, düyü, kartof püresi verilir. Yağ çox münasibdir, çünki, mədə ifrazatını azaldar. Fəqət, yalnız kərə yağı, qaymaq, badam südü vermək lazımdır. Üç yeməkdən sonra bir qaşıq zeytun yağı münasibdir. Bu, qəbzə da mane olar. Hər tikə kiçik parçalar halında olmalıdır. Az və sıx-sıx yeməsi lazımdır. Çox ifraz və qusma zamanı su və sulu şeyləri azaltmaq lazımdır. İstirahət etmək və təvəkkül edərək kədərlənməmək lazımdır. Bromlu dərmanlar qəbul edərək əsəbləri sakitləşdirmək lazımdır. Magnesium oksid, kalsium, karbonat, sodium bikarbonat, belladonlu dərmanlar qəbul etmək lazımdır. Yatarkən karlsbad məhlulu  [1 litrə bir çay qaşığı] içmək lazımdır.

YEMƏK CƏDVƏLİ:

Səhər: Süd, ağ pendir, qızarmış çörək.

Nahardan bir saat əvvəl bir stəkan süd.

Nahar və axşam yeməkləri: Soyutma kotlet. Soyutma ət və ya toyuq, yaxud balıq. Yanmamış yağla makaron, plov.

Əsr vaxtı: Bir stəkan süd.

Mədə xorasına qarşı çox yaxşı dərman, iki “Qüdrət narı” doğranıb, şüşə qabda bir kilo zeytun yağına qoyulur. Qab gün altında qalır. Bir neçə həftə sonra səhərlər ac qarnına bir xörək qaşığı içib, bir saat hərəkətsiz yan üstə yatmaq lazımdır. Qüdrət narı, [Momardika Charantia, Bolsanaple] sarmaşıq olub, çiçəkləri kiçik sarı, yarpaqları çinar ağacının yarpağı kimidir. Meyvəsi üstü çıxıntılı, yaşıl xiyar kimidir. İçi ağ olsa da, kəsildikdə qırmızı olur. Qırmızı tumları saxlanıb, mayda əkilir. Bu yağ, babasil üçün də içilir. Dəridəki yaralara da sürtmək olar. “Təshil-ül-mənafi” kitabının 61-ci səhifəsində də deyilir ki: “Bibər kimi yandırıcı, acı yedikdə, mədədə yanma olarsa, Karha, yəni xora olduğu məlum olur. Yalnız saf bal və təzə ilıq süd bol miqdarda içməklə də şəfa hasil olar.”

14. TURŞUSUZ HƏZMSİZLİK: Mədə ifrazatında turşunun az olmasından irəli gələn həzmsizliklərdir. Mədədə yüngül iflic və ya genişlənmə ola bilər. Yeməklərdən sonra həzm bitənə qədər (bir-iki saat) mədədə ağırlıq olur. Gəyirmə, ayaq yoluna getmə pis qoxulu olar. İshal, hərarət, baş ağrısı əmələ gəlir.

Bədən hərəkətləri, açıq hava, şəhərdən kənarda yaşamaq faydalıdır. Mədənin üzərini masaj edilir.

Heç süd verməmək lazımdır. Mədə, başqa heç bir şey qəbul etməzsə, o vaxt süd vermək lazım olar. Hər növ ət verilər. Yaxşı bişməsi lazımdır, qiymə və pürə halında və az vermək lazımdır. Yumurta az bişmiş, tavada bişmiş və ya şorba içində verilir. Yağsız balıq (Barbunya, Qalxan kimi) verilir. Boyat qızarmış çörək verilir. Nişastalı tərəvəzlər püre şəklində verilir, yaşıl tərəvəz az verilir.

Kələm, xiyar, pomidor, turşəng qadağandır. Yağsız, çox duzlu şorba verilər. Çox duzlu yemək, ədviyyatdan da istifadə etmək lazımdır. Kərə yağı, qaymaq, zeytun yağı yeyilə bilər. Şirin meyvə kompotu, mayasız təzə pendir, turş olmayan meyvə mürəbbəsi, təzə üzüm yeyilə bilər. Üzümün qabığı və tumunun çıxarılması lazımdır. 

Açıq qəhvə, çay, cökə, çobanyastığı çayı, portağal çiçəyi çayı içilər. Yemək səhər, günorta, axşam yeyilir. Səhər və axşam yeməklərinin yüngül olması lazımdır. Yeməklərdən sonra yarım saat sağ yan üstə yatmaq lazımdır.

Mədədə və bağırsaqlarda qaz yığılmasına qarşı  sakitləşdirici, məsələn “Belladonal” dərmanı qəbul edilə bilər. Qaz əmici tozlar və “Alüjel”, “Simeko”  yaxşıdır. “Festal” kimi dərmanlarla həzmi qüvvətləndirmək də faydalıdır. 

YEMƏK CƏDVƏLİ:

Səhər: Bir az bişmiş yumurta, yüngül çay.

Nahar və axşam: Ət, sulu və ya yağlı şorba, bir qab balıq və ya külbasdı, bifşteks (mal külbasdısı), bonfile, bud, beçə, beyin, dalaq və ya qaraciyər kababı, mal əti verilər.

TƏRƏVƏZLƏR: Kartof, tərəvəz püresi, kök, kərəviz, ispanaq, bişmiş salat verilir. Pepsin və xlorid turşusu verilir. Məsələn, “Asidol pepsin” dərmanları bu işi görər. Hıçqırığı dayandırmaq üçün bir xörək qaşığı toz şəkəri bir dəfəyə udmağın çox faydalı olduğu 1972-də altı nömrəli əczaçılıq məcmuasında yazılıdır.

15. ANTERİT (Qarın ağrısı): Qalın bağırsaqların yüngül iltihablanmasıdır. Bağırsaq pərdələri pozulur. Əsəbi və oynaq ağrılı şəxslərdə görülür. Bəzən ishal, bəzən qəbiz olur. Nəcis qatıdır və bir xarici pərdə ilə örtülüdür. Ağrı, sancı vardır. Ağrı zamanında hərarət yüksəlir, qusma olur.

Əsəbiyyəti aradan qaldırmaq üçün səhərləri, ilıq (35 dərəcədə) hamam etmək lazımdır. Açıq havada gəzmək lazımdır. Evdə bədən hərəkətləri etməli [məsələn qəza namazları qılmaq] lazımdır.

  • Mədə və bağırsaqların yükünü yüngülləşdirmək lazımdır.
  • Bu xəstələrə qəbiz çox zərərlidir. Qəbiz olmamaq üçün mədə və bağırsaqların boş qalmaması lazımdır. Bunun üçün çörək yemək lazımdır.

Qəssab və hin heyvanı yeyilir, təzə və yağsız olması lazımdır. Kabab olmalı, fəqət quru olmaması lazımdır. Konserv əti qadağandır. Ərimiş kərə yağı yeyə bilər. Yağsız balıq (Pisi, alabalıq, durna balığı, məzgit, qaragöz balığı kimi) yeyilir.

Nişastalı tərəvəzlərin yağsız püresi yeyilir. Yaşıl tərəvəz çətin həzm olur.

Süd və südlü heç verilməz. Süd qəbiz edər. Süd yerinə tərəvəz suyu verilir. Yumurta da qəbiz etdiyi üçün qadağandır. Bişmiş pendir az verilər. Maya pendiri heç verilməz. Xəmir xörəklər verilər. Düyü, çörək verilər. Fəqət, yaxşı bişmiş olması lazımdır. Yalnız, təzə və ərimiş kərə yağı qoyula bilər. Kəklik otu və portağal çiçəyindən başqa bütün ədviyyat, duz və bibər qadağandır. Şəkər və tort az verilər. Yetişmiş meyvə yeyilir. Şirin meyvə kompotları verilir. Heyva, tut, çiyələk kimi dənəli meyvələr qəbiz etdiklərindən qadağandır. Su sərbəstdir. Açıq çay, ot çayları sərbəstdir. Yağlı ət suları ancaq çörək doğrayaraq və az verilir.

Ağır hallarda sulu pəhriz edilər. Tərəvəz suları verilir. Yüngülləşəndə nişastalı, düyü unu verilməyə başlanar. Sonra kartof, sonra ümumi pəhrizə görə yeyilir. Anterit üçün və mikroblu, sancılı, qanlı ishal üçün ən yaxşı dərman, “Sulfamysetine” həbləridir. Sülfamisetin, səhər, günorta və axşam bir dəfə qəbul edilir.

Süleymaniyyə Kitabxanası, “İstanbul-Laləli” qisimində, 3735 saylı kitabda deyilir ki, “Göbək ağrısı və göbək qaçması və göbəkdə su yığılmasına qarşı, on qram şəkəri sadə yağla əzib qarışdırılıb, içilər. Yaxud, Ərəbcə Fak və ya Arhun deyilən ağ və yumşaq tomlan göbələyi, [Bələtus] qurudulub döyülür. Bal mumu ilə qızdırılar. Qarışdırılar. Soyuyanda, göbək üzərinə yaxı olaraq yapışdırılar.Yaxud Anason döyülüb sirkə ilə qaynadılar. Süzüb yanmış zəy ilə xəmir edilib göbək üzərinə yaxı edilər. Çox faydalıdır, təcrübə edilmişdir.” Ağır  bir şey qaldıran, rəf kimi yüksək yerlərə uzanan və ya çox kədərlənənlərdə  “Göbək qaçması” olar. Göbək üzərinə barmaq ilə və ya ayaq topuğu ilə basdırıldığı vaxt, altındakı damarın atışı eşidilir. Göbəyi qaçanın damar atması eşidilməz. Başı dönər. Mədəsi bulanar. İçinə sıxıntı gələr. Huşunu itirəcək kimi olar. Epigastralgie deyilən qarın ağrısı olar. Yorğunluq, halsızlıq olar. Göbək qaçmasına qarşı səhər ac ikən, kürək üsə yatıb, göbək açılıb, üzərinə iki qat bez və bunun üzərinə qaynar su dolu, dibi geniş çaydanlıq oturdular. Sapı bezlə tutular. Üzəri yorğanla örtülər. Belə yarım saat yatılar. Göbək yerinə gələnə qədər, yəni damar atması eşidilənə qədər, bir neçə səhər buna davam edilər. “Fəvaid-i Osmaniyyə”dəki dua da yaxşıdır.

16. GASTRİT (Mədə qripi): İştahsızlıq, çirkli dil, ishal, sancı, göbək altında ağrı, 39 dərəcədə hərarət olar. Xəstəliyi anlamaq üçün radioloji və ya gastroskopi etmək lazımdır. Hər şeydən əvvəl çürük dişləri müalicə etmək lazımdır.

Soyuq su yaxşıdır. Az-az, sıx-sıx içilir. Karbonatlı su ilə qarışdırılmış süd içilir. Bir neçə gün sonra, soyuq ət suyu verilir. Sonra yumurta sarısı, daha sonra, az bişmiş ət verilir. Hər cür tərəvəz, qəhvə, çay, ədviyyat, spirtli şeylər, karbonatlı sular, aspirin qadağandır. “Phenerqam” faydalı olur. Mədə ağrısını kəsmək üçün, “Gastro-gut” suya damladaraq verilir. “Kitab-ürrahmə”də deyilir ki, “Eyni miqdarda kərəviz, hulbə toxumları və zirə qovrulub, toz edilər. Ac qarna su ilə içilir. Yaşıl nanə toz edilib, çörək xəmiri ilə yoğurular. Mədə üzərinə qoyulur.”

17. GUT (Podaqra): Qidalarla alınan nukleotid maddələrinin həzm oluna bilməməsindən əmələ gəlir. Bədəndəki mayaların təsiri ilə pozulub parçalanaraq “Sidik turşusu” halına dönərlər. Sağlam insanda “Sidik turşusu” toxumalarda parçalanır. Ən çox qaraciyərdə parçalanır. Parçalanmayan qismi sidiklə ifraz olunur.

Podaqra xəstəsində “Sidik turşusu” maddəsi qanda yığılır. Bu “podaqra” halı sidiklə atıla bilmədiyini  göstərir. Bunun səbəbi bu turşunun suda az əriyən izomer bir turşuya dönməsidir. Sağlam insanın qanında ürik turşu, litrdə 2-5 m/qram arasındadır. Podaqra və böyrək daşı olanda isə bir litr qanda 7-12 m/qram arasında olar. Əvvəl ayaq baş barmağında və dabanda şiddətli ağrı, zədə olur. Zədə gecələri artar, səhər azalar. Ayaq baş barmağı qızarar, şişər. Dəri parlaq olur.

Xəstəlik zamanı zədələr [ağrı və sızlama] başqa oynaqlara yayılır. Şişər, şəkilləri dəyişər. Halsızlıq, baş ağrısı, böyrək daşı, damar xəstəliyi, şəkər xəstəliyi, böyrək xəstəliyi hasil ola bilər.

Zədə olan yer heç hərəkət etməyəcək. Zəli qoymamalı, yod və mazdan istifadə etməmək lazımdır. Quru yun parça, pambıqla sarımaq lazımdır. Böyük oynaq şişərsə, çox təmiz iynə ilə suyun alınması lazımdır, ağrı kəsilər. Köhnəlmiş hallarda bədən hərəkətləri edilər. İlıq su duşu, friksiyon, masaj etmək lazımdır.   

Ağrı zamanında: Yemək verməmək lazımdır. Çox içki içməsi lazımdır. Hər yarım saatda bir olaraq, gündə iki-üç litr içmək lazımdır. Gilas sapı, kətan toxumu, çayırgözəli, qarğıdalı sapı çayları içilər. Limon suyu, şərbətlər, tərəvəz suları içilər. Ağrı keçəndə yağsız iki litr süd, bir litr arpa suyu verilər. Yüngülləşəndə kompot, daha sonra, kəvər şorbası və ya kartof şorbası, nişasta, bişmiş salat verilir. Daha yaxşı olanda ətə başlana bilər. İçki olaraq limon suyu verilər.

Hər gün imalə edilər. Ağrı keçərsə ishal edicilər verilir. 

Ağrı olmadığı vaxtlarda, başqa xəstəliklər müalicə edilir.

QADAĞAN OLANLAR: Çox ət, unlu, oksalik turşulu, asetik və laktik turşulu, zülallı qidalar qadağandır. Ciyər, qaraciyər, böyrək, beyin, dalaq qadağandır. Ov ətləri, konserv ətləri, yağlı balıqlar, az bişmiş çörək, kakao, çay, qəhvə, şokolad, nişastalı tərəvəzlər (noxud, lobya, göy noxud, paxla, mərcimək) qadağandır. Xəmir xorəklər az yeyə bilər. Quzu qulağı, ravənd, yaşıl lobya, tərə, badımcan, göbələk, kərəviz, kakao, şalğam və sirkə, süd, yumurta, spirtli içki qadağandır. Şokolad, antibiotiklər və B12 qadağandır. 

ZƏRƏRSİZ OLANLAR: Balıqlardan, pisi, dil, qalxan, mərlan (məzit), stronkilos, su toyuğu, təzə morina, qaya balığı, durna, şirin su hanyası, alabalığı, cücə yeyə bilər. İyirmi səkkizinci sırada bildirdiyimiz arıqlama pəhrizi edilməsi lazımdır.

Tərəvəzlərdən, kartof, kök, hindiba, çiy və ya bişmiş limonlu salat, yer alması, ənginar, gül kələm yeyə bilər. Pomidor ilə ispanaq az yeməsi lazımdır.

YEMƏK CƏDVƏLİ:

Səhər: Süd, qızarmış çörək, kərə yağı.

Nahar: Turşu, turp, pomidor, kartoflu küsbasdı, makaron, bişərək əldə edilən bir pendir, meyvə kompotu, biskvit, yüz qram qızarmış çörək.

On altıda: Yüngül çay, kərə yağlı çörək.

Axşam: Tərəvəz şorbası, düyülü, bişmiş salat, portağal, yüz qram çörək, ən son isti bir ot çayı içilir.

Dərman olaraq sodium salicylat, aspirin, atofan, “Colchicine” komprimələri verilər. “Butazolidine” drajələri, “Sodofan” iynələri verilər. Əczaxanalarda olan “Benemid” həbləri, yaxud “A.C.T.H.Byla” iynələri, “Amplivix” “Zyloric” həbləri çox yaxşı gəlir. Davamlı əncir yeməsi lazımdır.

Podaqra xəstəliyini oynaq rematizm ilə qarışdırmamaq lazımdır. Oynaq rematizm mikrobdan və ya zəhərlənmədən olur. Toksik isə antibiotik və sülfamid verilər. İkincisində podaqra müalicəsi edilər. 

Hər növ rematizm və sinir ağrıları, bel, qol və boyun tutulması üçün, 1.sm. “Finalgan” və ya “Ben-gay” məlhəmi ilə ovuşdurmaq çox yaxşı gəlir.

18. QUM SANCISI: Hüceyrələrdə qida maddələrinin nöqsan yanmasından qum hasil olduğu kimi, azotlu maddələrin nöqsan parçalanmasından da turşu urik qumu hasil olur. Böyrəklərdə şiddətli ağrı olur. Ağrı bel və qarına yayılır. Sidik az, bulanıq, bəzən qanlıdır. Qusma olur. Ürat (ürik turşu) olan sidik, sarı qırmızı olur. İsitdikdə ürat əriyir, aydın olar. Soyuyanda təkrar bulanır.

Ürik turşusunu ən az əmələ gətirən süd, yumurta, yaşıl tərəvəz və şirin meyvələrdir. Xüsusilə, quru əncir çox faydalıdır. Ən çox əmələ gətirən isə, cavan heyvan ətləri, jelatinli ətlər (baş, ayaq, dəri), bağırsaq, beyin, qaraciyər, böyrək, qarındır. Bunlarda çox nüklein vardır. Nükleinin parçalanmasından ürik turşu asan əmələ gəlir. Çörək və ət də çox ürik turşusu əmələ gətirir. 

Qadağan olanlar – Gənc heyvanlar (dana, beçə göyərçin, quzu, oğlaq, gənc quşlar, cücə qadağandır.) Jelatinli ətlər (dana başı, paça, jeleləşmiş ət suyu), içalat  (həmçinin beyin, böyrək, dalaq, qaraciyər, içalat, kolbasa), konserv ətləri, göbələk, şokolad və turş meyvələr, isti içkilər, isti kompres qoymaq qadağandır.

Çörək, tərəvəzlər (mərcimək, lobya, paxla, göy noxud) az verilməsi lazımdır.

VERİLƏCƏK YEMƏKLƏR: Böyük heyvan ətləri (mal-qara, qoyun), təzə ov ətləri (dovşan kimi), hin heyvanları, çox təzə balıq, soyuq süd, yumurta verilir. Yaşıl tərəvəz, kartof, şirin meyvə xüsusilə quru əncir verilir. Təzə pendir verilir. Qəhvə, qazlı içki qadağandır. Yüngül ilıq çay verilir. Hər gün iki-üç litr bol su içmək  lazımdır. Limon suyu və soda verərək sidiyin turşuluğunun azaldılması lazımdır. PH 6 dan aşağı  olmaması lazımdır.  Dərman olaraq piperazine , “A.C.T.H.” və  “Cortisone” iynələri faydalıdır. Süleymaniyyə Kitabxanası “İstanbul-Laləli” qismində, 3735 saylı kitabda deyilir ki, “Üç gün beş qramdan Ravendi Çini tozu, əncir sidik kisəsi daşını əridər və sidik yollarını təmizləyər. Ağqovaq yarpağını çay kimi hazırlayıb içmək də faydalıdır. Qadın südü bal ilə qarışdırılıb içilərsə, sidik kisəsindəki daşları əridər.”

Almaniyada hazırlanan “Nieron” adındakı dərmanlar böyrək daşlarını parçalayır, bunları və qumları tökür. Bu dərman gündə üç dəfə yemək zamanı bir ədəd qəbul edilir. Tərkibində, “verge dor” deyilən qızıl qamış otunun çiçəyi və “Ammi” deyilən Misir anasonu meyvələri və “Saxifrage” deyilən daşqıran otu  və “ Souci” deyilən Aynı safa otu və “ Bugrane” deyilən qayış qıran otunun qırmızı çiçəkləri və “Garance” deyilən kökboya kökü vardır. Bunları qaynadıb suyunu içmək də daş və qum salar.

19. OKSALAT QUMU: Çox tərəvəz yeməkdən əmələ gəlir. Xüsusilə oksalat (hummaz) olan tərəvəzlər qadağandır. Quzuqulağı, ispanaq, ağ lobya, səmizotu, alma, armud, qarağat (moruk), gilas, vişnə, çiyələk qadağandır. Pomidorun zərərli olmadığı aydın olmuşdur. Bibər, şokolad, kakao qadağandır. Sidik kisəsi və böyrək xəstəliyi yoxdursa, hər növ ət, xüsusilə ağ ət verilər. Kəpəksiz ağ çörək yemək lazımdır.

Sultan dördüncü Məhəmməd xan zamanında baş həkim ikən 1669-cu ildə Yeni şəhərdə vəfat edən Həkim Saleh əfəndinin “Qayət-ül-itqan” kitabını Mustafa Əbülfəyz əfəndi 1728-ci ildə Ərəbcədən Türkcəyə tərcümə etdirərək “Nüzhət-ül-əbdan” adını vermişdir. Çox gözəl xətlə yazılmış və 850 səhifə olan bu kitabın bir nüsxəsi Türkiyə qəzeti kitabxanasında mövcuddur. Bu kitabda deyilir ki: Böyrək daşı əmələ gətirən qidalardan pəhriz etmək lazımdır. Daşın əmələ gəlməsinə mane olan qidalar yemək lazımdır. Buzov əti və oğlaq əti, yumurta sarısı, qaya balığı, fıstıq, acı badam, şam fıstığı, zərdali və qaysı çəyirdəyi, əncir, qara noxud yemək lazımdır.  Əməgöməci, cəfəri, quşqonmaz, cırdaquş yemək lazımdır. Yeməklərə darçın əlavə etmək lazımdır. Şirin yemək lazımdır. Ayda iki dəfə müshil edilməlidir. Müshillərdən xiyarışənbih, qüdrət halvası, gül siropu, ravənd, tərəmənti münasibdir. Kırmtartarı ravəndli şəkərlə verilməsi lazımdır. Böyrək daşına qarşı ən yaxşı dərman tərəməntidir. Daşları parçalayar. Tərəmənti dörd qram və rəvənd bir qram, darçın yarım qram, biyan kökü və qızıl otu, yəni ipeka iyirmi santiqram dərman hazırlanıb həftədə bir dəfə bir qram vermək lazımdır. Sarı səbr bir dirhəm və ravənd ilə garikon bir yarım dirhəm və mahmudə, yəni skamone on iki santiqram və darçın, sümbül və mustakidən, yəni damla saqqızından, biyan kökündən iyirmi santiqram, kafi miqdar tərəmənti ilə dərman düzəldib, həftədə bir  dəfə bir dirhəm verilər. Yaxud dörd qram xiyarışənbih balını iki qram tərəmənti və yarım qram biyan kökü, kafi miqdar şəkər ilə qarışdırıb bir dəfədə içmək lazımdır. Daşı parçalamaq üçün sassafras ağacı qabığı, taragyon, yəni peninla zamqı, cəfəri, raziyane, ventilla, turp, betonika, yəni yer kəvəri, ayağı qara, yer sarmaşığı, yapışqan otu, qızıl otu, qatır quyruğu çiçəyi, sarmaşıq toxumu, acı badam, qara noxud, zərdali toxumu, ağac qovunu çəyirdəyi, kaküne, yəni güvey fənəri və ya freng jasmini, tərəmənti, kahrüba, qırımtartar duzu, duzruhlu su, zaçyağlı su, ağacqovunu, limondan hər hansı birini vermək lazımdır. Tərəməntidən qoz qədər şəkərlə və ya bənövşə şərbəti ilə içmək çox faydalıdır, təcrübə edilmişdir. Tərəməntinin daş saldığı Fransızca tibb kitablarında da yazılıdır. Yer sarmaşığı çayından və ya tozundan hər səhər istifadə etmək də çox faydalıdır. Hər səhər on iki ədəd  arı-ar, yəni ardıc toxumu udmaq və zefir kökünü üzümlə qaynatıb içmək və əncir yemək də çox faydalıdır. Təcrübə edilmişdir.   

“Təshil-ül-mənafi”də, 27-ci və 153-cü səhifələrində deyir ki, “Böyrək daşını parçalamaq üçün şəkərli qarpız suyu içmək lazımdır. Göbələk, qaymaq, hərisə yəni keşkek, cübün yəni ağ pendir, balıq, jele və südlü şeylər böyrəklərdə daş və qum edər. Bunları yeməmək lazımdır. Duzlu, kirecli su içməmək lazımdır. Bayat ət, mal-qara, dovşan əti, düyü yeməklər qadağandır. Qara noxud suyu və ya darçın suyu və ya mahləb, yəni andız otu, cirə, zirə, xülbə, yəni buy toxumu yeyilir və ya suları içilərsə və çəmən çörək ilə yeyilərsə, böyrəkdəki və sidik kisəsindəki daşları parçalayıb tökər.  Qara turp rəndələnib sıxılar. Suyu ac ikən bir çay stəkanı bir neçə gün içilər. Böyük, kiçik daşları əridər. Təcrübə edilmişdir. Xulbə, dörd dəfə su ilə qaynadılar. Hər dəfə suyu atılar. İncə doz edilib, havanda quyruq yağı ilə qarışdırılar. Yüngül isidib, içinə üzərlik toxumu tozu və şəkər qarışdırılar. Dəriyə sürtdükdə oynaq ağrısı, şiş, öskürək, qarın ağrısı, yara və çiban yaxşı olar, yeyilərsə, sidik qovaq. Böyrək daşlarını parçalayar. Öskürəyi kəsər.” Təshil kitabını Həqiqət Kitabəvi dərc etdirmişdir. Səhərləri ac ikən bir fincan zeytun yağı içmək də qum tökər.

1972-ci ildə Parisdə çap edilmiş olan “Dictionnarie pratique Therapeutique” kitabında Magnesium, Vitamine B6, aspirin, Bleu de metilene tövsiyə edir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину