• gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com
  • gozelislam.com

Hikmət Əhli buyurdu ki,

"Qulluq; hər an Allahü təalaya möhtac olduğunu bilmək və Onun Rəsuluna tam tabe olmaqdır."

Xəstə yeməkləri və şəfalı bitkilər

Allahu təalanın adəti belədir ki, hər şeyi bir səbəblə yaradar. Bir şeyə qovuşmaq üçün bu şeyin yaradılmasına səbəb olan şeyi etmək lazımdır. Hər şeyin yaradılmasında müştərək olan mənəvi səbəb sədəqə vermək, yetmiş dəfə “Əstagfirullah min külli ma kerihallah” duasını oxumaqdır. Bu iki mənəvi səbəb maddi səbəbləri tapmağa da kömək edər.

Peyğəmbərimiz (sallallahü aləyhi və səlləm) “Allahu təala hər xəstəliyin dərmanını yaratmışdır. Yalnız ölümə çarə yoxdur” “Xəstəliklərin başı çox yeməkdir. Dərmanların başı pəhrizdir” “Xəstələrinizi sədəqə verərək müalicə edin!” buyurdu.

Xəstələrin dərmanlarını bildirən kitablara, “Kitab-ül-ədviyə”, “farmakologiya” “Acrabadin” deyilir.

İnsanın xəstə olmaması üçün diqqətli olması lazımdır. Bunun üçün də İslamiyyətə uyğun yaşamaq lazımdır. İslamiyyətə tabe olmaqda laqeyd olaraq xəstə olan dərman almalı, pəhriz etməli və kasıblara sədəqə nəzir etməli və tez-tez sədəqə verməsi lazımdır.  Pəhriz, yəni rejim etmək caiz və lazım olduğunu, “Təyəmmüm ayəsi” göstərir. “Su zərər verərsə istifadə etməyin, təyəmmüm edin!” məalindəki ayəti-kərimə məşhurdur. Rəsulullah (sallallahü aləyhi və səlləm), Həzrəti Əli ilə bir evə getdi. Meyvə gətirdilər. Həzrəti Əlinin gözləri ağrıyırdı. Meyvədən özü yedi. Həzrəti Əliyə, “Sən yemə! Göz ağrısına zərər verər” buyurdu. Bişmiş pazı ilə ilə arpa gətirdilər. “Bundan ye! Gözünə fayda verər” buyurdu. Şişi olanlara, “Su içməyin! Suya pəhriz edin!” buyurardı. İslam alimləri tibb və müalicə ilə bağlı çox kitab yazdı.  Bunlardan Davudu Antakinin, “Təzkirət-ül ülil-əlbab” kitabı və Türkçə “Nusrət əfəndi risaləsi” və İbrahim Əzraqın “Təshil-ül-mənafi” kitabı və Əbu Abdullah Zəhəbinin, “Ət-tibbün Nəbəvi”si çox qiymətlidir. Son ikisi 1976-ci ildə İstanbulda Həqiqət Kitabevi tərəfindən ofset yolu ilə nəşr edilmişdir. Pəhrizi hədisi-şəriflərdən və təcrübəli şəxslərdən  və həkimdən öyrənmək lazımdır. Dərmandan istifadə etmək və pəhriz etmək sünnətdir. [Vacib və fərz olduğu yerlər də vardır.] Bunun üçün pəhrizə əməl edilməsi lazım olan xəstəliklərdən otuz altı xəstəlikdə necə pəhriz ediləcəyi və bunlara qarşı hansı dərmanlardan istifadə ediləcəyi aşağıda bildirilmişdir. Ayrıca uçuq, dodaq və əl çatlaması, qaşıntı, arı sancması, yanıq və arpacıq üçün qısa müalicə yolları göstərilmişdir.

Aşağıdakı pəhrizlər Fransada istifadə edilən məşhur Lemoine və Gerardın, “Formulaire consultation medicales” adındakı  Fransızca kitabından tərcümə edilmişdir.

  1. ALBÜMİNÜRİ: Sidikdə albuminin olmasıdır. Böyrək iltihabını göstərir. Sidik bulanıqdır, sancı ilə çıxar, qanlı ola bilər. Qızdırması olan xəstənin yalnız süd içməsi, sidik qovucu mayelər içməsi, duzsuz yeməklər belə yeməməsi lazımdır. Çox su içmək olmaz, böyrəkləri yorar. Qızdırma düşmədən, ayaqlardakı şiş çəkilmədən yeməyə başlamamaq lazımdır. Bunlar keçərsə, gündə bir litr süd verilir. Sonra, pudinq və duzsuz çörəyə başlayar. Daha sonra soyutma kartof və sıyıq verilər.

Böyrəkdən olmayan albumin çıxaranlara pəhriz lazım deyildir. Lakin, konserv, ədviyyat, bibər, turşu, tünd qəhvə verilməməsi lazımdır.

Təzyiqi yüksək olarsa, duzsuz pəhriz etmək, su az içmək lazımdır. Duzsuz pəhriz iyirmi doqquzuncu sıradakı “ÖDEM” xəstəliyində bildirilmişdir. Hər tərəvəz sərbəstdir. Podaqra [gut] da varsa, turş tərəvəz və meyvə yeməmək lazımdır. Bəzi xəstəyə süd şişkinlik edir. Bunlara qaymağı alınmış süd vermək lazımdır. Qeyri müsəlmanlar kefir verirlər. Bu olmazsa tərəvəz suyu verilir. Yüngül xəstələrə ət və yumurta çox bişmiş şəkildə verilə bilər. Heç bir vaxt çiy süd verməmək lazımdır. Həftədə bir iki gün üzüm verilir. Səhər, günorta, axşam bir kilodan təzə üzüm yeyər. Başqa bir şey yeməz. Belə üzüm pəhrizi prostat və qaraciyər xəstəliklərinə də faydalıdır.

                Böyrək xəstəliyi yüngülləşdiyi zaman çox təzə qırmızı ət və quş ətləri verilir. Yağlı ət və iç yağı verilə bilər. Çünki, bunlarda xolesterin çox azdır. Lipidlərin həzmini də asanlaşdırar. Bunlar da xolesterini əridər. Xolesterin qumun hasil olmasını önləyər. Xəmir yeməkləri və tərəvəz də verilər. Meyvə də verilər. Az miqdarda lobya, mərcimək, paxla, noxud  verilər.     

QADAĞAN OLANLAR: Ət suyu, ov heyvanları, ağciyər, qaraciyər, böyrək, beyin, paça, dalaq, qarın, hər növ balıq, ət və balıq konservləri, yağlı maddələr qadağandır. Yalnız təzə kərə yağı və bitki yağları verilə bilər.

Kələm, turşəng, quşqonmaz, pomidor, göbələk qadağandır. Bibər, kərəviz, xiyar, sarımsaq kimi ədviyyatlı şeylər qadağandır. Sirkə yerinə limondan istifadə etmək lazımdır. Mayalı bütün pendirlər qadağandır. Yumurta az yeyə bilər. Tünd qəhvə və tünd çay qadağandır. Çiyələk, moruq qadağandır. Spirtli içkilər qadağandır. Böyrəkləri zədələyə biləcək dərmanlar, məsələn piramidon, antipirin verməmək lazımdır. 

FAYDALI QİDALAR: Tərəvəz şorbaları, qızarmış ət, soyutma ət, çox təzə balıq, yağlı ağ pendir, az miqdarda süd, meyvələr verilir. Duza icazə verilir. 

YEMƏK CƏDVƏLİ:

Səhər: Açıq çay, qızarmış çörək, kərə yağı, bal, meyvə cemi.

Günorta yeməyi: Bir ət parçası, iki qab tərəvəz, meyvə.

Axşam yeməyi: Həftədə üç gün tərəvəz şorbası, bir qab xəmir işi və ya tərəvəz, meyvə.

Günorta və axşam yeməklərindən sonra bir fincan çobanyastığı çayı içmək lazımdır. Siqaret çəkmək olmaz. 

SİDİKDƏ ALBUMİN AXTARMAQ: Sidik şüşə qıfdakı pambıqdan süzülür. Kolbanın yarısına qədər süzülmüş sidik qoyulur. Üzərinə beşdə biri qədər tünd duzlu su əlavə edilir. Çalxalayıb, yuxarı tərəfi alovda qızdırılır. 

  1. a) Bulanmazsa, bir şey yox deməkdir. Bir neçə damcı turşu qoyulub, yenə qızdırılması lazımdır. Yenə bulanmamalıdır.
  2. b) Duzlu su əlavə edib qızdırılanda, bulanarsa:

1- Bir damcı sirkə turşusu (uksus) qoyulur. Bulanıqlıq təkrar əriyərsə, iyirmidə bir sulu nitrat turşusu (HNO3) damlatıb qızdırılır:

a)Təkrar bulanarsa, aseto-solübl albümin var deməkdir.

b)Tapılmazsa, əvvəlki bulanıqlığın fosfat olduğu aydın olar.

2-Sirkə turşusu damladanda bulanıqlıq əriməzsə, albümin olduğu aydın olar.

Sağlam insanın sidiyində də, yorğunluq və başqa səbəblərlə albümin tapıla bilər. Albümin olan kimsənin böyrəklərinə nəzarət etmək lazımdır. Bunun üçün sidikdə silindir və qan serumunda sidik cövhəri axtarılar.

Süleymaniyyə Kitabxanası (İstanbul-Laləli) qisimində, 3735 saylı kitabda deyilir ki, üç gün beş  qramdan Ravənd tozu udduqda, sidik kisəsi daşını əridər və sidik yollarını təmizləyər. Ağcaqovaq yarpağını çay kimi dəmləyib içmək də olar.

  1. ANEMİYA (qansızlıq):

Dəri, dodaqlar, göz qapaqları solğundur. Ürək döyünməsi, baş gicəllənməsi, nəfəs alma, ağrılar, mədə ağrısı olur. Qanda qırmızı  qan hüceyrələri azalır. Ağ qan hüceyrələrinin sayısı dəyişməz. Qan zay etmək, havasızlıq, işıq azlığı, hərəkətsizlik və bəzi xəstəliklərə səbəb olar. İştah azdır. Sevdikləri yeməyi vermək lazımdır. Bezdirərək ət yedirmək doğru deyildir. Tərəvəzli yeməklər ətdən daha faydalıdır. Çünki mədəni pozmaz. 

Əti müxtəlif şəkillərdə vermək lazımdır. Beyin çox yaxşıdır. Çünki, beyində dəmir vardır. Qan əmələ gətirir. Sümük suyu və iliyi vermək lazımdır. Qan əmələ gəlməsini asanlaşdırar. Mal əti bulyonu, yumurta sarısı çox vermək lazımdır. Qaraciyər və dalaq kababı çox yemək lazımdır. Bu ikisi qan əmələ gətirir. Tərəvəzi əskik etməmək lazımdır. Vəzəri, ispanaq, yaşıl kələm, hindiba (zəncir otu), cəfəri, quru meyvələr, dovşan əti, toyuq pətənəsi, yumurta sarısı, quşqonmaz, noxud, kartof, lobya, kök və mərciməkdə də dəmir vardır, çox faydalıdır. Hər meyvəni yemək lazımdır.  Ət yeyə bilməyənləri məcbur etməmək lazımdır. Əti tərəvəz, xəmir yeməkləri ilə vermək lazımdır. Dəmiri, yodu bol şeylər, məsələn, mərsin balığı, tuna [stavrida azması], hamsi, ilan balığı yeməli, təzə balıq yağı içmək lazımdır. Mədə və qaraciyər xülasəsi, folik turşusu və B12 vitamini almaq lazımdır. “Minadeks” adındakı qüvvət siropu da çox faydalıdır.

  1. ARTERİO-SCLEROZ (Damar sərtliyi): Təzyiq artır. Nəbzin atması yatarkən çoxalır. Ayaqda dayanarkən azdır. Nəfəs darlığı, ürək döyünməsi, gecələri sidiyə çox qalxmaq, aydın və bol sidik, qaraciyər çatışmamazlığı bu xəstəliyin əlamətləridir.

Qaraciyər bədən fabrikinin böyük bir laboratoriyasıdır. Sağ qabırğa sümüklərinin və diafraqmanın altında olur. İncə bağırsaqlardan qida maddələrini və bir miqdar zəhərli maddələri almış olan qanı gətirən kapillyar damarlar birləşərək bir vena halında qaraciyərə girər. Burada təkrar kapillyar damarlara bölünür. Hər birindəki qan ələkdən süzülür kimi qaraciyərin içində ayrılır. Sonra yenə başqa kapillyar damarlara girir. Bunlar da birləşərək ciyərdən çıxan bir damar bu qanı ürəyin sağ qulaqcığına aparır. Qaraciyər, bağırsaqlardan gələn qandakı karbon-hidrat maddələrini tutur. Qana lazım olan az miqdarını qəlbə göndərir. Beləcə qaraciyər ehtiyat şəkər anbarı vəzifəsini görür. Yumurta ağı maddələrinə və yağlara da təsir edir. Gələn duzların bir qismini ürəyə göndərir. Bir qismini də sonradan tədricən göndərir. Bir qismini ödlə təkrar bağırsaqlara göndərir. Bağırsaqdan gələn zəhərli maddələri məhv edir. Qanla gələn zülal parçalarından sidik çövhərini sintez edir və yavaş-yavaş böyrəklərə göndərir. Xarab olan eritrosidlərin qırmızı boya maddələrinin artıqlarından öd piqmenti və öd turşusu əmələ gətirir. Bu turşu yağların həzmində iştirak edir. Bu iki maddə qaraciyərdə xolesterin deyilən yağ kimi bir maddə ilə birləşir. Xolesterin esteri olur. Esterləşən xolesterinin məcmu xolesterinə nisbəti normal olaraq yetmiş [0.70] faizdir. Bu nisbətin azalması qaraciyər çatışmamazlığını göstərir. Bunun üçün qaraciyər xolesterinlə əlaqədar maddə mübadiləsində təsirli olur ki, arteriya sərtləşməsində mühümdür. Bu üç maddə ödü meydana gətirir. Qaraciyər bu mayeni davamlı olaraq öd kisəsində toplayır.

İnsan qaraciyərindən iyirmi dörd saatda yeddi yüz lirt qan keçir.

Səhhəti yerində olan bir insanın qaraciyərində müxtəlif miqdarda yağ yığılır. Bu miqdar yeyilən yağ miqdarına, yağların sorulma və qaraciyərə nəqil sürətinə və qaraciyərdə yağların oksidləşmə sürətinə bağlıdır. Çox yağ yeyildiyi vaxt qaraciyərdə neytral yağ miqdarı artar. Xolesterinli maddələr yeyilərsə, yağ və xolesterin yığılar. Qaraciyərdə yağ yığılarsa, karbohidrat  [Glikogen] miqdarı azalar və ciyər hüceyrələrinin çoxalma qüvvəti pozular. Ac olduqda yağlı toxumalardan ayrılıb qana qarışan yağ da qaraciyərdə yığılar. Şəkər xəstələrində qanda yağ çoxaldığı üçün də, qaraciyərdə yağ yığılar. Yoluxucu xəstəliklərdə və fosfor, kloroform, dörd xlorlu karbon kimi qaraciyər zəhərləri alınmasında da yağ [Lipid] yığılar.

Qaraciyərdə yağ yığılmasını azaldan və yağları ciyərdən çıxaran maddələrə “Lipotropik” deyilir. Kolin, metionin, inositol və B12 lipotropikdirlər. Çünki bu cisimlər Fosfolipid maddələr mübadiləsini tənzim edərlər. Bu maddələrin dəyişmələri pozulanda qanda xolesterin çoxalar. Bundan da siroz, diabet, nefrit, təzyiq artması, damar sərtliyi, ürək damarlarında xəstəlik hasil olur. Damarlarda lipoid yığılır. Lipotropiklər qaraciyərin zəhərləri təmizləmə qüvvətini də artdırır.

Damar sərtliyi xəstəliyi iki yerə ayrılır:

  1. a) Damarların iç üzləri xolesterin mayesi ilə örtülər. Təzyiq yüksəkdir.
  2. b) Qaraciyər və böyrəklər kifayətsizdir.

Birinci hal üçün pəhriz etmək, az su içmək lazımdır. İkinci baxımdan qaraciyər və böyrəkləri zədələməmək üçün mədə və bağırsaqlardan gələcək zəhərləri çox azaltmaq lazımdır. Bu iki halı da qarşılamaq üçün xəstəyə xolesterini az və zəhər aradan qaldırıcı südlü tərəvəz pəhrizi verilər. Zeytun yağlı ənginar yeməyi qanda xolestərini azaldar. Yod və Yod birləşmələri faydalıdır. Məsələn, potassium iodür, lipiodol, pepton iode (İodopepton Kazım) verilir. “Sülfarlem” xolesterini əridər və qaraciyəri qüvvətləndirər. 

Xolesterini az pəhriz, damar sərtliyinə, gut (yəni nekris)də, bəzi şəkərlilərdə, qandakı çox miqdardakı xolesterini azaltmağa yarayar. Qanda çox xolesterin olarsa, damar içi səthlərdə yığılaraq “aterom” deyilən lövhələr əmələ gətirər.

QADAĞAN YEMƏKLƏR: Yumurta, süd, ağ pendir, xüsusilə bayat pendir, qaymaq, kərə yağı, beyin, içalat, kürü, yağlı ət, süni kərə yağları, şokolad, qatı bitki yağları, qoz, fındıq, badam, xurma kimi yağlı maddələr və siqaret qadağandır. Prof. Dr. Süleyman Yalçın, 16.7.1985-ci ildə Türkiyə qəzetindəki bəyanatında, “Donuz ətində yüksək miqdarda olan yağ və xolesterol damar sərtliyinə səbəb olur” deyir. 23 Mart 1988-ci ildə Türkiyə qəzetində deyir ki, “Avropanın ən çox oxunan gigiyenik məcmuəsi “Neuform Kurier”, donuz ətinin dəri xəstəliklərinə, xərçəngə, təzyiqin artmasına, romatizm və qripə səbəb olduğunu və donuz ətində heç bir vitaminin olmadığını, zərərinin çox olduğunu bildirir.” Maye yağlar və şəkərli maddələr az miqdarda verilə bilər. Tavada qızartmaq olmaz. 

Böyrək iltihabı da varsa, əti, tərəvəzi azaltmalı, turşəng, quşqonmaz və turş şeylər vermək olmaz. Təzyiq yüksəkliyi, şəkər, köklük varsa, bunların müalicəsi də edilməlidir. Təzyiq artmasına qarşı duzsuz pəhriz yaxşıdır.

  1. KLOROZ (zəiflik): Dəri solğundur. Göz qapaqları və topuqlar şişər. Nəfəs darlığı, ürək döyünməsi, qadında heyz pozuqluğu, əsəb pozuqluğu, isteriya, iştahsızlıq, qəbz və qusma müşahidə olunur.

Açıq, təmiz havalı yerdə ev tutmaq lazımdır. Kədər, düşüncə olmamalıdır. Əl işi yüngül olmalı, bədən hərəkəti çox olmamalıdır. Geç yatmamaq, doqquz saat yatmaq lazımdır.

Müxtəlif və bol yeməsi lazımdır. Süd, yumurta, ət, göyərti, püre (əzmə), xəmir xörəklər yemək lazımdır. Çox ət yeməyə çalışmamalı, ağ əti seçmək lazımdır. Xəmir xörək, yaşıl tərəvəz çox yemək lazımdır. Bunlarda, xüsusilə ispanaqda dəmir vardır. Qəhvə və çay açıq olmalıdır. Dənli bitkilər, xüsusilə mərcimək, lobya yaxşıdır. Meyvə çox yemək lazımdır. Plov, sıyıq, dolma kimi düyülü yemək lazımdır. Yemək arasında isti şərbətlər və iştaha gətirən ot çayları içmək lazımdır. Paris Tibb Fakültəsi professorlarından M. Loeper və Saint Loise Xəstəxanası Laboratoriya müdiri M.Lesure tərəfindən hazırlanmış olan Fransızca tibbi formullarda deyilir ki, “Xına və xına qabığı qüvvətləndirir və hərarət salır. Zəiflik hallarında, xüsusilə vərəmdən, şəkər xəstəliyindən, qızdırmadan halsız qalanlara çox faydalıdır. Toz halında gündə 0.20 qramdan iki qrama qədər qüvvətlənmək üçün verilər.” Otuz qram xına-xına qabığı ilə yarım kilo qara kişmiş həvəngdəstədə əzilər.  Sonra, bir yarım kilo, yəni altı su stəkanı qədər su ilə yarım saat qaynadıb, süzgəcdən və ya tülbəntdən şüşəyə  süzülür. Üç  yemək arasında yarım fincan içilir. 

Kloroz xəstələrin çoxu qanı aşağı olduqlarından, bunlar anemiya pəhrizi də etmələri lazımdır. Dəmirli dərmanlar çox faydalıdır. 

  1. SİROZ HEPATİK (Qaraciyər sərtləşməsi): Müxtəlif şəkilləri vardır. Spirt və donuz əti qaraciyərin və əsəb sisteminin amansız düşmənidir. Qaraciyər şişər və ya kiçilər. “İstisqa” olur, Yəni, qarında su toplanır, ayaqlarda şişkinlik olur. Bəzən düz bağırsaqdan qan gəlir. Mədə ağrısı, qan dövranı pozuqluğu olur. Yaxud sarılıq, halsızlıq, hərarət, bulanıq sidik, dalaq şişməsi olur. Uremiya xəstəliyi kimi də görülür.

Bol ət, az yağ vermək lazımdır. B vitamini çox faydalıdır. Məsələn, pivə mayası verilər. Pivə mayası pivə deyildir, spirti yoxdur. C və K vitamini olan dərmanlar və limon verilir. Qaraciyər xülasəsi, Bejektal və ya “Vitamin B Complex” iynəsi vurulur. 

Hər gün bir litr süd verilər. Çörək yeyə bilər. Yaşıl tərəvəz, yaxşı bişmiş ət verilir. Zəhər hasil etməyən şeylər yeməsi əsasdır. Bunun üçün bayat yeməklər, ov əti qadağandır. Çox təzə balıq yeyə bilər. Ədviyyatlı, turş, turşulu şeylər yeməməsi lazımdır. Bayat pendir qadağandır. Südlü-tərəvəzli qida yeməsi lazımdır. Dəmirli və arsenli dərmanlar qəbul etməsi lazımdır. Şiş və susuzluq pəhrizi edilməsi lazımdır.   

  1. KONSTİPASİYON (Qəbizlik): Ayaq yoluna az və bərk çıxılır. Bütün bədəndə dəyişikliklərə səbəb olar: İştahsızlıq, nəfəs darlığı, öd kisəsi zökəmi, baş ağrısı, taqətsizlik, zəhərlənmə səbəbi ilə titrəmə və hərarətin artması görülür.

Qəbizliyin müxtəlif səbəbləri vardır:

  • Bağırsaq tıxanması,
  • Qida səbəbi. Sürətli həzm edilən maddələri yemək,
  • Mədə şirəsinin pozulması,
  • Bağırsaq əzələsinin hərəkət qüvvəsinin azalması,
  • Məqəd halqasının təşənnücü [spazması, sıxılıb qalması] kimi.

Qəbizliyi olanlar hər gün eyni saatda ayaq yoluna getməlidir. Məsələn, səhər oyananda və axşam yatarkən çıxması lazımdır. Bir dəfə çıxmaq bəs edər, iki dəfə daha yaxşıdır.

Həzm edilə bilməyib, geridə qalan qismi çox olan yeməkləri yemək lazımdır. Bunlar bağırsaqları hərəkətə gətirir və şirə axmasına səbəb olur. Bunun üçün, sellülozu çox olan qidalar (tərəvəz, meyvə) yemək lazımdır. Yeməkləri yaxşı çeynəmək lazımdır.

YEYİLƏCƏK ŞEYLƏR: Günorta və axşam tərəvəz şorbası. Tərəvəz yeməkləri, salatlar, xəmir xörək, xüsusilə yulaf unu ilə yemək lazımdır. Ət yalnız günorta vaxtı yeyilir.

Hər növ ət, balıq, bol kərə yağı, qara çörək, çovdar çörəyi, suxarı, kartof, mərcimək, şalğam, kök, noxud əzməsi, bol tərəvəz, salat, ispanaq, ərik mürəbbəsi, ravənd qəbizlik üçün çox faydalıdırlar. Çiy və bişmiş hər meyvə, xüsusilə meyvə quruları, quru əncir, üzüm, ərik, tut, qoz, badam, bal yemək lazımdır. Seyid Abdülhakim Əfəndi, “Kəşkül” risaləsində deyir ki, “Əncir, gözəl bir meyvədir, lətif bir qidadır, həzmi asandır, mənfəətləri çox bir dəvadır. Təbiətə mülayimlik verər. Bəlğəmi əridər, böyrəkləri təmizləyər. sidik kisəsindəki qumları aradan qaldırar. Qaraciyərin və dalağın tıxanmış olan dəliklərini açar, bədəni kökəldər. Babasili aradan qaldırar. Nekrisə, romatizmə faydalıdır.” Əncirin Ərəbcəsi “Tin”dir. Tin surəsində Allahu təala ənciri mədh edir. Həm faydalı, həm mübarəkdir. Təzə və ya qurusu ac ikən üç ədədi bir neçə gün yeyilərsə, rahat ishal edər. Səhər və axşam yeməklərindən bir saat əvvəl, iki-üç ədəd təzə və ya quru  əncir yemək sancısız, ağrısız, rahat ishal edir. Şokolad və bənzərləri zərər verir.

QADAĞAN OLANLAR: Yumurta qəbiz edər, çox az yemək lazımdır. Düyü, tünd çay, şokolad qadağandır.

YEMƏK CƏDVƏLİ:

Səhər: Təzə meyvə, bir dilim çörək doğranmış şəkərsiz ballı isti süd 300 qram və bol kərə yağı.

Nahar: Bir qab ət, bir qab tərəvəz, ağ pendir, turp, kərə yağı, kompot.

Əsr (saat dörddə): Kompot, yüngül çay.

Axşam yeməyi: Tərəvəz şorbası, makaron, kartof və meyvə.

Bağırsaqlarda mayalanan, qaz edən yeməklər yemək lazımdır. Məsələn, bayat ət, qiyməli börək, göbələk, ədviyyatlı şeylər, bayat pendir, qatıq yemək lazımdır. Qazlı içki, limonad, bikarbonatlı su, açıq qəhvə və çay yaxşıdır.

Bağırsaqları hərəkətsiz olanlar səhər ac qarnına dəymiş meyvə ilə çovdar çörəyi yeməlidir. Bununla təzə tərəvəz yeməyi yemək yaxşı olar. Bir qəhvə qaşığı Karbonat və ya süzülmüş bal bir stəkan ilıq suda əridilərək səhərləri ac qarnına içilməsi lazımdır. Yaxud, iki qəhvə qaşığı Karlsbad duzu bir stəkan ilıq suda əridilərək səhərləri ac qarnına içmək lazımdır. Həm öd qovar, həm bağırsaqları hərəkətə gətirər. Heç ağrı, sancı etmədən su kimi ishal edər. Erbalax və Bilagit həbləri də yaxşıdır. 

Spazmadan olan qəbzlilərin ət yeməməsi lazımdır. Xəmir xörək, tərəvəzli yemək lazımdır. Ədviyyatlı  yeməmək lazımdır. Qəhvə, çay içmək, bibər yemək olmaz. Yağlı yeməkləri də azaltması lazımdır. 

“Duphalac”, “Normacol”, “ Granocol” kimi sürüşdürücü dərmanlar çox faydalıdır. Bu siroplar təsir etməsələr, ertəsi səhər bir şorba qaşığı daha verilər. Sənameki, ravənd, sarı-səbr, fenolftalein kimi təhriş edici maddələrdən çox istifadə etməmək lazımdır. “Təshil-ül-mənafi” də deyilir ki, “Alınan qida bir saatda çölə çıxar. 24 saatda çıxmazsa, xəstəlik əlamətidir.”

  1. KOLEMİ (Sarılıq): Öd boyası qana keçmiş olduğundan dəriləri, üzləri, gözləri sarıdır. Pəhriz ilə birlikdə, bədən hərəkətləri və isti duş da qəbul etmək lazımdır. Ağır hallarda yatmaq lazımdır.

Yağsız süd, yağlı pendir, qruyer pendiri yemək lazımdır. Yumurta az yeməli və az bişmiş olmalıdır. Xəmir xörək, düyülü, kartoflu yemək lazımdır. Bişmiş salat, tərəvəz yeməklərinin çoxu yaxşıdır. Fəqət əvəlik, ispanaq, pərpərən yeməmək lazımdır. Hər növ yetişmiş meyvə, qızarmış çörək, nehrə yağı yaxşıdır.  

Vita, sana, marqarin kimi yağlar kərə yağının yerinə verə bilməz. Bəli, bunlar həqiqi yağlardır. Lakin, maye yağlardakı oleik turşu kimi çox karbonlu böyük molekulların, nikel katalizörü ilə hidrogen verilərək doydurulması əldə edilir. Oleik turşu stearik turşu halına dönərək qatı yağ, don yağı olur. On səkkiz karbonlu böyük yağ molekulları həzm mayaları tərəfindən asan parçalana bilmir. Çətin həzm olur. Kərə yağındakı tributyrin esteri isə kiçik molekul olduğundan tez həzm  olur. Bundan başqa kərə yağı emulsiya (sübye) halındadır. Mədə şirələri kərə yağı zərrələrini asan həzm edir. Qatılaşdırılmış yağlar isə sübye halında deyildir. Bədən istiliyində ərimiş hala gəlmir. Zərrələr halında dağılmış olmadığı üçün mədə və bağırsaqlarda daş parçaları kimi qatı qalırlar. Ancaq, səthlərindən aşınaraq çətin həzm olurlar.

[Marqarin, yəni süni kərə yağı bazarda müxtəlif adlarla mövcuddur. Marqarin ilk olaraq 1870-ci ildə üçüncü Napolyonun arzusu ilə Parisdə Mege-Moure tərəfindən oleomarqarindən əldə edildi. Oleomarqarin içyağının istidə təzyiq ilə süzülməsindən əldə edilən maye yağdır. Otuz parça oleomarqarin, iyirmi beş parça qaymağı alınmış inək südü və əlli beş parça su ilə uzun müddət qarışdırılıb emulsiya, yəni sübye halına gətirilir. Duz, boya əlavə edilərək hazırlanırdı. Beləcə otuz yeddi dərəcədə əriyən, həzmi asan olan yaxşı növ marqarin əldə edilirdi. Bu gün oleomarqarin yerinə maye bitki yağların və balıq yağlarının hidrogenlənərək qatılaşdırılmasından əldə edilən stearin yağlarından istifadə edilir. Qatılaşdırılmada vitaminlər pozulduğu üçün, sonrada A və D vitaminləri əlavə edilərək, qida qiyməti yaxşı olursa da həzmləri çətin olur, kərə yağının yerini vermir. Marqarin Yunanca inci demək olan “margaron” sözündən alınmışdır.]

Qadağan olanlar - içyağı, yağlı ət, bayat ət, dəniz və ov heyvanları, ətli xəmir xörəklər, tahin, kələm, ispanaq, pərpərən, turşəng, şalğam, ədviyyat, bayat pendir qadağandır.

Yalnız günorta yeməyində yağsız ət, kabab, toyuq, yağsız təzə balıq, dil yeyilə bilər. Quru tərəvəz yeməyi, çay, qəhvə qadağandır. Şəkərli və tortlar yemək lazımdır. Qaraciyər xülasəsi iynəsi vurulur. Səhər və axşam bir çay qaşığı “Sel le Karlsbat” bir stəkan soyuq suda əridilib içilir. İsti su ilə içmək qəbizə qarşı çox faydalıdır. “Bilsan” dərmanları öd yollarını təmizləyir. 

  1. QƏLB XƏSTƏLİYİ: Qəlb zədələnməmiş, düzəlməsi mümkündürsə, pəhrizə lüzum yox kimidir. Xüsusilə axşam yeməklərinin yüngül olması lazımdır. Çox su içməməli, sulu yeməyin az olması lazımdır. Ov əti, konserv, ədviyyat, mayalanmış pendir yeməmək lazımdır.

Qəlb zədələnmişdirsə və tam aradan qaldırılmazsa çox ciddi pəhriz etmək lazımdır. Ət heç yeməmək və ya aralıqlarla və az miqdarda, yaxşı bişmiş şəkildə yemək lazımdır. Nəfəs darlığı varsa,  duzu azaltmaq lazımdır. Axşamlar az yemək lazımdır. Yeməkdən sonra gəzməmək lazımdır.  

Yağsız süd, yumurta, günorta vaxtı bir az təzə salat, qızarmış çörək, tərəvəz, unlu, xəmir xörək, təzə pendir, meyvə yemək lazımdır.

Gündə bir litrdən çox su içməmək lazımdır. Xəstənin tez-tez tərəzidə çəkilməsi lazımdır. Kilosu artdıqda bədəndə su yığıldığı məlum olur. Sulu yeyəcəkləri azaltmaq lazım olar. 

  1. ASİSTOLİ (Qəlb zəifliyi): Ürək tam yığılmadığı üçün venadakı qanı çəkə bilməz. Ağciyər venalarında, ciyərlərdə, daha sonra böyük qan dövranında qan hərəkətsiz qalar. Ayaqlar şişər, qarında su yığılır, sidik kəsilir.

Yataqda istirahət etmək lazımdır. Həyəcanlanmamaq, əsəbiləşməmək lazımdır. Tam istirahət etmək lazımdır. Çox az yemək lazımdır. Qatı yeməklər qadağandır. Maye yeməklər də az olmalıdır. Beləcə, qəlbi yormamaq lazımdır. Bunun üçün gündə yeddi dəfə yemək lazımdır.  

Səhər səkkizdə: Əlli qram nişasta ilə hazırlanmış pudinq.

Saat onda: Bişmiş alma və mürəbbəsi.

On ikidə: Əlli qram yaxşı bişmiş balıqla otuz qram çörək.

On dörddə: Bir bişmiş alma və ya mürəbbəsi.

On altıda: Bir fincan süd.

İyirmidə: Dənli bitki əzməsi və ya xəmir xörək verilər.

Gündə 900 qr-dan çox su içməmək lazımdır. Bu pəhriz bir-iki ay etmək lazımdır. “Şiş pəhrizinə” baxın!

  1. DİABET (Şəkər xəstəliyi): Sidikdə şəkər olur. Sağlam insanın qanında ac ikən litrdə bir qram qlükoza olur. Qlükozanın miqdarı litrdə 1.30 qramı keçərsə, xəstəlik əlamətidir. 1.60 qram olanda, sidikdə şəkər olur. Sidik artar. Susuzluq, aclıq, zəiflik, halsızlıq, çiban, qaşıntı görülür. Diabet iki cürdür:

1-Bədəni əritməz. Yağlı və oynaq ağrılı kəslərdə çox olar. Sidikdəki şəkər qidadan olur.

2-Bədəni əridər, az rast gəlinir, mədəaltı vəzi pozulmuşdur. Sidikdəki şəkər qidadan və toxumaların əriməsindən hasil olur.  

Diabetlər həzmsizlik, albüminüri, bronxit, vərəm, çiban, antraks (şir pəncə), gangren (barmaq və sairə çürüməsi), kramp (əzələ tutulması), inadçı nevralgi (sinir ağrısı), diabet koması (uzun müddət huşunu itirmə)  hasil ola bilər.

Həftədə iki dəfə ilıq duş qəbul etməsi lazımdır. İyirmi dəqiqə yuyunub, sonra dəsmal ilə firksiyon (ovma) etməsi lazımdır. Dəniz və soyuq su duşu qadağandır. İsti paltar geyinməlidir, isti yerlərdə yaşaması lazımdır. Bədən hərəkəti etməli, masaj, gəzinti, velosiped, qılınıcoynatma faydalıdır. Namaz qılmaq çox faydalıdır.

Pəhriz mühümdür. Diqqət etmək lazımdır. Hirslənməməli, həyəcanlanmaması lazımdır.

Yağlı diabet pəhrizi - Əvvəl üç gün sulu pəhriz edilir. Gündə üç dörd litr su verib, yataqdan qalxmaz. Səhər ishal edən dərman verilir. Beləcə qan şəkəri sürətlə azalıb normala enər. Bir litr qanda bir qram olar. Yəni, yüz qram qanda yüz milliqram olar. Yaxud, üç gün yaşıl tərəvəz yemək lazımdır. Üç gün sonra az ət verilir. Çox ət, asidoz və aseton edər ki, ikisi də təhlükəlidir. Bol tərəvəz yeməsi lazımdır.

Qadağan olanlar-  Şəkərli və nişastalı hər maddə qadağandır. Bunlara “karbohidrat” deyilir. Hər şirin meyvə, xəmir xörək, karbohidratlı tərəvəzlər, məsələn, kök, şalğam, soğan, çuğundur, turp, göy noxud və buna bənzər dənli bitkilər qadağandır.

Hər cür ət yeyə bilər. Qlikogen olduğu üçün qaraciyər qadağandır. Hər yeməkdə əlli qarm çörək yeyə bilər, qabığı daha yaxşıdır. Alöron və gluten çörəkləri yemək lazımdır. Çox zülal (ət) və yağ asidoz edər. Bu isə zəhərdir. Yağ az yemək lazımdır. Kərə yağına və zeytun yağına üstünlük vermək lazımdır. Qoz, fındıq, fıstıq, badam kimi yağlı meyvələr yemək lazımdır. Tərə, kahı, xiyar, cırdaquş, ispanaq, təzə lobya kimi tərəvəzlər və kələm, gül kələm, iskorçina, ənginar, kərəviz, quşqonmaz, yer alması, yer göbələyi yeyilə bilər.

Kartofda 17% nişasta olduğu halda yeyə bilər. Çörək yerinə zeytun yağlı kartof pürəsi verilir. Kartofda qələvi duzları olması faydalıdır. Yumurta, pendir yeyilə bilər. Şəkərsiz olaraq süd içilə bilər.

Limonad, gazlı içki qadağandır. Su və mineral suları, bikarbonatlı sular sərbəstdir. Şəkərsiz çay və qəhvə içilə bilər. Şəkər yerinə saxarid həblərindən istifadə etmək lazımdır. Hər susadıqda az su içmək lazımdır. Çox su mədəni pozar. 

Asidoz təhlükəsi olduğu zaman bir gün bir yulaf unu verilir. Yulaf unu uzun müddət az duz və kərə yağı ilə bişirilir. Soyuduqda yumurta ağı ilə qarışdırılır. 250 qram un, yüz qram yumurta ağı və üç yüz qram kərə yağı qarışımı bir gündə yeyilir. Bundan sonra üç gün müxtəlif tərəvəz və yumurta verilir. Albüminüri də varsa, çox süd verməmək lazımdır. Şəkəri deyil, albümini aşağı salmaq lazımdır. Diabetlə nekris [yəni oynaq ağrıları] birləşərsə, ağ ət və bala ətləri yeməmək lazımdır. Az qırmızı ət və çox tərəvəz yemək lazımdır.

Bədəni əridən diabet- Zəiflədər. Yenə çox ət verməmək lazımdır. Çoxu aseton zəhərlənməsi edər. Kərə yağı vermək, balıq yağı içirmək lazımdır. Bol yaşıl tərəvəz, kartof yemək lazımdır. Karbohidratlı (şəkərli, nişastalı) maddələri arada bir vermək lazımdır. Bunlar şəkəri artırar isə də, aseton zəhəri əmələ gətirməzlər. Bunları  təsiri əks olan ət ilə tənzimləmək lazım olar.   

İşləyən bir şəkərliyə gündə 250 qram qlükoza [və ya karbohidratlı maddələr] ilə yüz qram yağ və altmış qram zülal verilir. Xəstə bu qədər qlükozaya təhəmmül etməzsə, insulin iynəsi vurmaq lazımdır.

Asidoz yoxdursa, hər səhər yeməkdən sonra yarım saat əvvəl “insulin protamin zink” dən on iki modul inyeksiya edilir.  Sidikdə şəkər itənə qədər dörd gündə bir, iki modul artırılar. Satışda olan “Depot-insulin” və ya “ N.P.H insulin organon” resept ilə alınır.

Asidoz varsa, səhər, günorta və axşam yeməklərindən on dəqiqə əvvəl on modul adi insulin vurulur. Satışda olan “İnsulin Hörm sempl” resept ilə alınır. Sidikdə şəkər kəsilənə qədər on beş gündə bir beş modul alınır. Hər üç ayda bir qanda xolesterol, aseton və qlükoza ölçülməsi lazımdır. B12, C və P vitaminləri verilir.

Qanda aseton olarsa, yataqda istirahət etmək lazımdır. Yalnız süd vermək lazımdır. Gündə iki, üç litr verilir. Limon suyu, bikarbonhidratlı su içmək lazımdır.

Sidikdə şəkər axtarmaq: Fehling sınağı ilə axtarılır. Lakin Fehling məhlulu uzun müddət saxlana bilməz, xarab olur. Təzə hazırlamaq lazımdır. Daha asan yolu şüşə qapaqlı butulkaya 5 %  mis sulfat “CuSO4” məhlulu qoyulur. Rezin və ya kip qapaqlı başqa bir butulkaya 10 % sodium hidroksid  “NaOH” məhlulu qoyulur. Bunlar illərlə xarab olmadan qalır.

İyirmi dörd saatlıq sidik yığılıb, bundan və ya yeməkdən sonra alınan sidikdən sınaq şüşəsinə yarıdan çox doldurulub qaynadılır. Sonra, iki-üç damcı sirkə turşusu qoyulur. Albumin çökər. Şüşə qıfdakı pambıqdan və ya burulmuş süzgəc kağızından süzülür. Süzüləni bir sınaq şüşəsinin üçdə birinə qədər qoyulur. Üzərinə eyni miqdarda soduim hidrosid məhlulu qoyulur. Üzərinə mis sulfat (göy daş) məhlulu damladılır. Sidikdə şəkər varsa, meydana gələn göy bulanıqlığın təkrar əridiyi görülür. Sidik tünd qöy olar. Mis sulfat məhlulu o qədər damlatılması lazımdır ki, meydana gələn göy (mis iki hidroksit)  Cu(OH)2 çöküntüsü şüşə çalxalananda, artıq əriməsin və bir az bulanıqlıq görülsün. Çöküntünün çox olmaması lazımdır. Bunun üçün məhlulu çox damlatmamaq lazımdır. Tünd göy məhlul alovda qızdırılır. Qaynamadan əvvəl sarı (mis bir hidroksit) CuOH bulanıqlığı olarsa şəkər olduğu məlum olur. Sarı narıncı bulanıqlıq yavaş-yavaş əmələ gələrsə, şəkərin az olduğunu göstərir. Qaynayanda əmələ gələrsə, şəkər çox az deməkdir. 

Halvada, tortda və şirniyyatlarda qlükoza olub-olmadığı da belə məlum olur. Adi şəkərlə [saxarozla] edilən şirniyyatlar sarı narıncı olmaz.

Sağlam insanın sidiyində şəkər olmur. Sidiyin bir litrində olan qlükoza miqdarını bilməyin faydası yoxdur. İyirmi dörd saatda çıxan şəkər miqdarı xəstəliyin dərəcəsini və pəhrizin necə olacağını göstərir. Xəstəlik olmayıb, çox qidadan da glikozüri ola bilər. Bunu anlamaq üçün səhər aç qarnına 150 qram qlükoza şəkərinin üç yüz qram suda həlli birbaşa içilir. Hər saat sidikdə şəkər axtarılır. Şəkər tapılarsa, qidadan olduğu aydın olar. Qaraciyərin şəkəri tutmadığını göstərər.

Yüngül diabetlər qida şərtləri ilə sabit olar. Orta dərəcədəki ciddi pəhrizlə idarə edilir.

Ağır şəkli ciddi pəhriz, dərmanla və yataqda müalicə tələb edir. Bunları ayırd etmək üçün qanda qlükoza miqdarını ölçmək, asidoz, albüminüri axtarmaq lazımdır. Asidozu anlamaq üçün sidikdə ammonyak, aseton axtarılır və ağciyərlərdəki karbon dioksid təzyiqi ölçülür və qanın ehtiyat alkaleni təyin edilir.  

Sağlam insan sidiyində iyirmi milliqram aseton olur. Aclıqda miqdarı artar. Qanda aseton və diasetik turşu və axy bütir turşusu olarsa, asidoz deyilir. Asidoza yağlar çox, albüminlər az səbəb olar. Şəkər və nişastalı qidalar isə asidozu azaldar. Asidozu olmayan şəkər xəstələrində aclıq, sağlam insanda olduğu kimi asidoz edər. Asidozu çox xəstədə isə aclıq asidozu azaldar. Asidoz komasında olana şəkərli su içirilir. Bikarbonatlı su içirilir.  Bir litr yüzdə üç məhlulu damara iynə vurulur.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

Səbətdə: 0 шт.

Qiymət: 0

Cəmi: 0

Sifarişi təsdiqlə Səbəti təmizlə