Facebook Twitter WhatsApp

Qadınların səsləri haramdır?

Sual: Bəziləri, qadınların kişilərlə danışmasına halal deyirlər. Haram deyilmi?

CAVAB

İslamiyyətin hökmləri 23 ildə gəldi. Hicab ayəsi gəlmədən əvvəlki hadisələri əsas götürüb yad kişilərlə danışmağı mübah saymaq səhvdir. İçki də haram edilmədən əvvəl günah deyildi. Daha əvvəlki hadisələri örnək göstərib, əsri-səadətdə içki içilirdi deyərək içkiyə mübah deyilərmi? Əvvəlki Peyğəmbərlərin dinlərindəki hadisələri örnək göstərib, qadınlarla danışmağa caiz deyilərmi? Həzrəti Adəm zamanında indi evlənilməsi haram olan bəzi şəxslərlə evlənmək caiz idi. Daha sonra haram edildi. İndiki hadisələr üçün o zamankı hökmlər örnək verilərmi heç?

Cariyələrin mahnı oxumaları hür qadınlar üçün örnək göstərilə bilməz.

Həzrəti Ömər mehrin azaldılmasını tövsiyə edəndə, pərdə arxasından qoca bir qadın etiraz mahiyyətində Nisa surəsinin Verdiyiniz yoldaşınıza yüklərlə [qızıl mehir] vermiş olsanız da ondan bir şey geri almayın” məalindəki 20-ci ayəsini oxuyur. Həzrəti Ömər bu qadına etiraz etmir.

Bəzi pozğun şəxslər, “Bu hadisə qadının səsinin haram olmadığını göstərir” deyirlər. Pərdə arxasındakı qadının qoca olduğunu açıqlamırlar. Qoca qadının səsi haram deyildir. Qoca qadına caiz olan şey gənc qadına caiz olmaz. 

Pozğunlar yenə deyir ki:

“Həzrəti Aişə buyurur: “Bayram günü iki cariyə qəhrəmanlıq şeirlərini dəf çalaraq tərənnüm  edirdi. Rəsulullah yatağına yatıb üzünü o biri tərəfə çevirdi, sonra atam [Həzrəti Əbu Bəkir] içəri girdi. “Bu nə haldır, Rəsulullahın hüzurunda şeytanın düdüyü və səsi nə gəzir?” deyə məni danlayanda, Rəsulullah “Burax onları, hər millətin bir bayramı vardır, bu da bizim bayramımızdır” buyurdu. Atam başqa şeylə məşğul olanda cariyələrə işarə etdim, çölə çıxdılar.”

Pozğun şəxslər bu hadisəni dəlil göstərərək, qadınların kişilərlə birlikdə oturmasının, çalğı çalmasının, mahnı söyləməsinin və səslərini kişilərə eşitdirməsinin halal olduğunu söyləyirlər.

İndi yuxarıdakı ifadələri nəzərdən keçirək:

  • Şeir oxuyan və ya mahnı oxuyanlar hür qadın deyil cariyədir. Cariyələrin saçlarını, qollarını açmaları səslərini kişilərə eşitdirmələri günah deyildir. Cariyəni örnək göstərib azad qadınlara da bunların mübah olacağını söyləmək Müsəlmana yaraşmaz.
  • Qəhrəmanlıq şeirləri və ya mahnıları da mehtər marşları da caizdir. Bunların caiz olması digər mahnı və türkülərin də caiz olmasını tələb etməz. Dəf ilə mahnı, türkü oxunar, ilahi oxunmaz. Çünki ilahi ibadətdir. İbadətə çalğı qarışdırmaq olmaz. Təsəvvüf musiqisinin dində yeri yoxdur. Bir evdə kiçik zənci qızları [cariyələr] dəf çalıb mahnı oxuyurdular. Rəsulullah əfəndimiz gələndə mahnını buraxıb, Rəsulullahı tərifləməyə başladılar. Rəsulullah əfəndimiz (sallallahü əleyhi və səlləm), “Onu buraxın, oyun arasında məni tərifləməyin! Məni tərifləmək [mövlüd, ilahi] ibadətdir. Əyləncə, oyun arasında ibadət caiz deyildir.” (K.Səadət)
  • Həzrəti Əbu Bəkirin dəf üçün şeytan düdüyü deməsi çalğının mübah olmadığını göstəri Üləma yalnız toylarda, bayramlarda qadınların dəf çalmasının caiz olduğunu bildirmişdir. Yəni, dəf çalmağın qadınlara caiz olması toy və bayram üçündür. Başqa zaman caiz deyildir.

Qadın səsinin haram olduğunu bildirən vəsiqələrdən bəziləri:

Rəsulullahın xanımları möminlərin anaları olduğu üçün onun xanımları ilə, yəni analarımızla evlənmək də haramdır. Üç ayət məali:

“Ey iman edənlər, Rəsulullahın zövcələri ilə evlənməyiniz caiz deyildir.” [Əhzab 53]

“Rəsulullahın zövcələri möminlərin analarıdır.” [Əhzab 6]

“Ey nəbi xanımları, siz digər qadınlar kimi deyilsiniz. Allahdan qorxun, ədalı, mülayim danışmayın, qəlbi pozuq olan ümidə qapılar, həmişə ciddi danışın.” [Əhzab 32]

Ayətdə Peyğəmbər xanımlarının, yəni analarımızın mülayim danışmaları caiz olmayanda, başqa qadınların mülayim danışmaları necə caiz ola bilər. Analarımıza pis gözlə baxan çıxa biləcəyinə görə, digər qadınlara pis gözlə baxan çıxmaz?

Qadınların zərurətsiz səslərini kişilərə eşitdirməsi caiz olmadığı kimi baxması da caiz deyildir. Bir ayə məali:

“Mömin qadınlara da söylə, gözlərini [yad kişilərə baxmaqdan] çəkinsinlər.” [Nur 31]

Bir neçə hədisi-şərif məali də belədir:

“Kişinin qadına, qadının da kişiyə [şəhvətlə] baxması haramdır.” [Tabərani]

Yad qadını görəndə üzünüzü çevirin!” [Əbu Davud]

“Mahnı söyləyən qadını dinləmək və üzünə baxmaq haramdır.” [Tabərani]

“Naməhrəmə baxmaq göz zinasıdır.” [Buxari]

Ümmi Sələmə anamız buyurur:

Rəsulullahın yanında ikən iki gözü də görməyən İbni Ümmi Məktum icazə istəyib içəri girdi. Rəsulullah bizə, “İçəri keçin” buyurdu. “Ya Rəsulallah, o kor  deyilmi, bizi görməz” dedim. “O sizi görmürsə, siz onu görmürsünüz?” Yəni, o kor isə, siz kor deyilsiniz ki, buyurdu. (Tirmizi, Əbu Davud)

Bir ayət məali də belədir:

“Rəsulullahın zövcələrindən ehtiyacınızı pərdə arxasından istəyin.” [Əhzab 53]

Naməhrəmə baxmaq günah olduğu kimi onunla danışmaq da günahdır. İki hədisi-şərif məali:

“Ey qadınlar, ancaq məhrəminizlə danışın, naməhrəmlə danışmayın!” [Ramuz, İbni Səid]

“Yad qadınla şəhvətlə danışana hər sözü üçün Cəhənnəmdə əzab vardır.” [R.Nasıhin]

 Qadınların yüksək səslə və ya mülayim danışmaları və səslərini naməhrəmə eşitdirmələri caiz olmadığı üçün azan və iqamət oxumaları da caiz deyildir. (Rədd-ül Muxtar)

Gənc qadın yad kişiyə salam verə bilməz və asqıran kişiyə bir şey söyləməz və özünə deyiləndə də cavab verməz. (Haməvi Eşbah şərhi)

Qadınların səslərini kişilərə eşitdirməsi haramdır. Bəzi alimlər, ehtiyac zamanında ehtiyacı qədər və sərt, ciddi danışmaları caiz olub, çoxu yenə caiz olmaz buyurmuşdurlar. (Təzkiyəyi-əhli beyt)

Çalğı və qadın səsi, sima qəsidə, qəzəl geyil mahnıdır, haramdır. (Dürr-ül-məarif)

Allahu təala qadının naməhrəmlə mülayim səslə danışmasını qadağan edir. (Məktubatı-Rəbbani 3/41)

Qadınların saçı, başı və qolları açıq küçəyə çıxmaları və yad kişilərlə lüzumsuz yerə, danışmaları, mahnı oxuyaraq, hətta Quran, mövlud, azan oxuyaraq səslərini kişilərə eşitdirmələri böyük günahdır. Ancaq yad kişilərlə alış-veriş kimi ehtiyac olduğu vaxt fitnəyə səbəb olmayacaq şəkildə sərt və ciddi danışmaları caizdir. (Tərqibüssalat, Hadiqa, S. Əbədiyyə)

Sual: TV-lərdəki qadınların rəsmlərinə şəhvətli və ya şəhvətsiz baxmaq və səslərini dinləmək caizdir?

CAVAB

Qadınların saç, qol kimi baxılması haram olan yerlərinin güzgüdəki görünüşlərinə şəhvətsiz baxmaq haram deyildir. Rəsmlərinə, televiziyadakı görünüşlərinə baxmaq güzgüdəki xəyallarına baxmaq kimidir. Şəhvətsiz baxmaq caiz, şəhvət ilə baxmaq və ya şəhvətə səbəb olacaq görünüşlərinə baxmaq, belə səsləri dinləmək haramdır. Kobud [qaba] övrət yerlərinə, məsələn, sinələrinə, ombalarına isə şəhvətsiz də baxmaq haramdır.

Sual: Qadınların Quranı-kərim, mövlud, ilahi oxuyaraq səslərini kişilərə eşitdirmələri haramdırmı?

CAVAB

Bəli, haramdır. [Mikrofon, radio və TV ilə eşitdirmələri isə məkruhdur.] (Tərqibüssalat, Hadiqa)

Qadının səsinin eşidilməsi

Sual: İslam Əxlaqı kitabında, “Qadınların mövlud oxuyaraq və lüzumundan çox danışaraq səslərini yad kişilərə eşitdirməsi və kişilərin bunların səslərini dinləmələri haramdır” deyilir. Qadının oxuduğu mövlud və ya ilahi CD-dən, kasetdən, maqnitofondan kişinin dinləməsi də haram olur?

CAVAB

Kişilərin şəxsən qadından dinləmələri haram, bu alətlərdən dinləmələri isə məkruhdur. S.Əbədiyyədə “Radio və TV ilə eşitdirmələri məkruh olar” deyilir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину