Facebook Twitter WhatsApp

Övladlığa  götürmək

Sual: Uşağı olmayan bir qadınam. Övladlığa körpə uşaq götürmək istəyirəm. Necə edim?

CAVAB

Övladlığa götürülən uşaq böyüyəndə oğlandırsa sizə, qızdırsa ərinizə yad olar. Yad bir kimsə ilə birlikdə qalmaq isə caiz deyildir. Bu baxımdan uşaq götürərkən qardaşlarınızdan birinin oğlunu və ya ərinizin qardaşlarından birinin qızını alsanız problem olmaz.

Yaxud, aldığınız körpə oğlan uşağı bacınızdan birini və ya qardaşlarınızdan birinin xanımından süd əmərsə, sizin qardaş və ya bacı oğlunuz olacağı üçün yad olmaz.

Qız uşaq alanda da ərinizin bacılarından biri və ya qardaşlarının xanımlarından birindən süd əmərsə, ərinizin qardaş və ya bacı qızı olacağı üçün ona yad olmaz.

Sual: Övladlığa götürülən uşağa miras düşür?

CAVAB

Övladlığa götürülən uşaq dinən varis ola bilməz. Ancaq sağlığınızda malınızın bir qismini və ya hamısını hədiyyə etmənizdə heç bir zərər yoxdur.

Varislərinə mal verməmək niyyətilə övladlığa uşaq götürmək doğru deyildir. Sağlığınızda övladlığınıza mal vermək caizdir.

Sual: Övladlığa götürülən uşağa oğlum və ya qızım demək caizdir?

CAVAB

Bu mənim oğlumdur və ya bu mənim qızımdır, demək haram olar. Lakin çağırarkən, yaxud onlardan bəhs edərkən oğlum, qızım deməkdə problem yoxdur.

Övladlığa “Biz sənin doğma anan-atan olarıq” demək günah olar. Quranı-Kərimdə məalən buyurulur ki:

“Allah, övladlıqlarınızı öz oğullarınız olaraq tanımadı” [Əzhəb 4]

Hədisi-şərifdə də buyurulur ki:

“Atası olmadığını bildiyi halda qəsdən birisinə “Bu mənim atamdır” deyənə Cənnət haram olar.” [Buxari]

Sual: Qızını və ya oğlunu birinə övladlığa verəndə, o uşağın haqqı səndən gedir? Yoxsa davam edir?

CAVAB

Getməz, davam edər.

Sual: Axirətdə o uşaq ana-atasından haqq tələb edər?

CAVAB

Əlbəttə, pis bir kimsəyə verilmiş isə niyə namaz qılmayan, spirtli içki içən birisinə verdin, deyə soruşa bilər.

Uşağı birisinə övladlığa verərkən müsəlman bir ailəyə və dini öyrədəcək birinə vermək lazımdır. İstənildiyi vaxt geri alına bilər. Uşağı yaxşı tərbiyə edib-etmədiyini nəzarətdə saxlamaq lazımdır. Övladlığa verəndə onların uşağı olmuş olmaz. Miraslarını almağa dinən haqq qazanmaz. Kişi isə evin xanımına yad olar, yetkinliyə çatanda o evdə qala bilməz. Qız isə evin kişisinə yaddır. Yetkin olanda o evdə qala bilməz. Bunun kimi zərərləri vardır.  

Sual: Övladlıq öz övlad kimi olur? Yəni, yanında başı açıq gəzə bilərmi, nikah düşərmi?

CAVAB

Övladlıq götürməyin dini bir tərəfi yoxdur. Yəni, o uşaq yad olur. Nikah düşər, evlənilə bilər, yanında açıq dura bilməz.

Sual: Üstümüzə qeyd edilən övladlığımın ateist atası indi uşağı istəyir. Vermək məcburiyyətindəyik?

CAVAB

Xeyr, vermək məcburiyyətində deyilsiniz. Verib uşağın dinsiz yetişməsinə səbəb olmamaq lazımdır.

Övladlıq yaddır

Sual: Mutəzilə bir jurnalist, “ Övlaqlığa götürülən uşaq, övladlıq alan ər-arvada məhrəm olar” deyir. Övladlıq yad deyil?

CAVAB

Əlbəttə yaddır. Övladlığı məhrəm və öz övladı kimi bilmək cahiliyyə adətlərindəndir. İslamiyyət bu adəti qaldırmışdır. Bir ayəti-kərimə məali:

“Allah, övladlıqlarınızı öz oğullarınız qılmadı.” [Əhzab 4]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину