Facebook Twitter WhatsApp

Qocalıq neməti

Sual: Müsəlman olaraq qocalmaq çox fəzilətlidir, deyilir. Bunu açıqlaya bilərsiniz?

CAVAB

Müsəlman nemətlərə qovuşmuş insan deməkdir. Bir kimsənin müsəlman olaraq saçını, başını ağartması daha böyük nemətdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təala buyurur ki: Qocalıq nurumdur. Nuruma narımla [Cəhənnəm atəşiylə] əzab etməkdən həya edərəm. O halda siz də məndən həya edin!” [Əbuşşeyx]

“Haqq təala müsəlman olaraq qocalana əzab etməkdən həya edər.” [Hatib]

“Allahu təala 40 yaşına gələn müsəlmanı ruhi, yoluxucu və sağalmayan dəri xəstəliklərindən əmin edər. 50 yaşına gələndə hesabını yüngülləşdirər. 60-a çatanda ona kərəmiylə ruzi verər. 70-ə gələndə göy əhlinə onu sevdirər. 80-ə gələndə yaxşılıqlarını mükafatlandırar, pisliklərini əfv edər. 90 yaşına çatanda onun keçmiş və gələcək günahlarını bağışlayar və onu ailə xalqına şəfaətçi edər və bir nidaçı ona, “Bu, dünyada Allahu təalanın himayəsinə girmiş bir kimsədir” deyə səslənər.” [Əbu Yala]

“Müsəlman olaraq qocalan şəxsə qulluq edən Nuh aleyhissəlama qulluq etmiş kimi savab qazanar. Nuh əleyhissalama qulluq edən də Allahu təalaya qulluq etmiş olar.” [Hatib]

“Təkbiri, təhmidi, təsbehi və təhlili səbəbiylə müsəlman olaraq qocalan bir mömindən daha üstün kimsə yoxdur.” [İ.Əhməd] [Təkbir Allahu əkbər, təhmid Əlhamdülillah, təsbeh Sübhanallah, təhlil isə lə ilahə illallah, deməkdir.]

“Allahu təala and içərək, “Müsəlman olaraq qocalana əzab etməkdən həya edərəm” buyurdu.” Rəsulullah əfəndimizin ağladığı görüldü. Səbəbi soruşulanda, “Allahu təala özündən həya etdiyi halda, Ondan həya etməyən kimsəyə ağlayıram” buyurdu. (Beyhəqı) [Burada bildirilən qul haqqı və fərz borcları xaric digər günahlar üçündür.]

Sual: Qocalığımızı göstərməmək üçün ağarmış saçlarımızı rəngləmək və ya ağ tükləri qoparmaq caizdirmi?

CAVAB

Bir kimsənin müsəlman olaraq saçının ağarması yaxşıdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ağaran tükləri qoparmayın! Çünki bir kimsənin müsəlman olaraq ağaran hər tükü Qiyamətdə özü üçün nur olar. O tük səbəbiylə bir günahı əfv olar, bir savab yazılar.” [Tirmizi]

“Ağarmış tükləri qoparmayın! O, müsəlmanın nurudur.” [Tirmizi]

“Qocalığı gizlətmək üçün yolunan ağ tüklər Qiyamətdə ona batırılmaq üçün nizə olar.” [Deyləmi]

“Saçını, saqqalını müsəlman olaraq ağardan əfv olar.” [M.Rəbbani]

Müsəlman olaraq qocalmaq belə bir nemət ikən, zərurət olmadan saçları rəngləmək yaxşı deyildir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allahu təala saçını-saqqalını qara rəngə rəngləyənin üzünə Qiyamətdə baxmaz.” [İbni Səid]

“Saçını-saqqalını yolanın və ya qaraya rəngləyənin Allah qatında bir payı yoxdur.” [Tabərani]

İslam alimləri kişilərin saçını, saqqalını qaradan başqa rəngə rəngləmələrinin caiz olduğunu bildirmişlər. Hətta camal üçün qara rənglə rəngləməyin də caiz olduğunu bildirən alimlər vardır. Hədisi-şərifdə, Allah cəmildir, camal sahiblərini sevər” buyuruldu. Təkəbbür üçün geyinmək və ya bu məqsədlə saçını rəngləmək haramdır. Camal üçün olarsa caizdir. Camal, çirkinliyə, başqalarının iyrənmələrinə səbəb olacaq şeyləri etməmək, bunları yox etmək deməkdir. (Hadiqə, Ənvar, Bəhr)

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину