Gözəl İslam / Hər gün oxunacaq dualar

Hər gün oxunacaq dualar

Sual: Hər gün hansı duaları oxumalıyıq?

CAVAB
Oxunacaq dua çoxdur. Hədisi-şəriflərdə bildirilən dualardan bəziləri bunlardır:
Namazdan sonra dua edərkən “Allahümmə əcirni minənnar və ədxılnil Cənnətə” deməzsə mələklər, “Yazıq bu adam, Cəhənnəmdən qorunmasını istəməkdən aciz qaldı,” Cənnət də, “Yazıq adam, Cənnəti istəməkdən aciz oldu” deyər.” [Tabərani]

“Səhər axşam 7 dəfə “Allahümmə əcirni minənnar” deyən Cəhənnəmdən qurtular.” [Əbu Davud] (Bu duanı yukarıdakı ilə birlikdə səhər-axşam yeddi dəfə oxunmalıdır.)

“Səhər axşam, 3 dəfə, “Bismilləhilləzi lə yədurru mə’asmihi şəy’ün fil erdı və lə fissəməi və hüvəssəmi’ul alim” oxuyan, cadugər və zalımdan əmin olar.” [İbni Macə]

“Səhər 3 dəfə, “Əuzü billahis-səmi’il alimi minəşşeytənirracim” deyərək Həşr surəsinin son üç ayəsini oxuyana 70 min mələk axşama qədər dua edər. O gün ölərsə, şəhid olar. Axşam oxuyarsa, yenə eyni şeylərə qovuşar.” [Tirmizi]

“Səhər namazından sonra 11 İxlas oxuyana Cənnətdə bir saray verilər.” [Haraiti]

“Hər kimdə ki, bu xislət varsa, Cənnətə dilədiyi qapıdan girəcəkdir: Qul haqqını ödəyən, hər namazdan sonra 11 dəfə İxlas surəsini oxuyan, qatilini əfv edərək ölən.” [Bəriqa]

“Sübh namazından sonra on dəfə, “La ilahə illallahü vəhdəhü lə-şərikələh ləhül-mülkü və ləhül-hamdü yuhyi və yümit və hüvə ala külli şeyin qadir” oxuyan axşama qədər hər növ zərərdən qorunar, heç bir günah ona zərər verməz.” [Nəsai] (Günah zərər verməz demək, yəni, günah iş görməz və ya etdiyi günaha tövbə edər, o günah ona zərər verməmiş olar deməkdir.)
“[Yuxarıdakı təsbehi] Axşam namazından sonra oxuyan səhərə qədər şeytandan qorunar. On savaba qovuşar, on günahı əfv olar və on kölə azad etmiş kimi savab verilər.” [Tirmizi]

“Hər gün səhər namazından sonra üç dəfə “Sübhanallah-il azım və bi hamdihi” deyən korluq, sətəlcəm və iflicdən qorunar.” [İ. Əhməd]

“Sübhənallahi və bi-hamdihi sübhənallahil-azım” təsbehini səhər-axşam yüz dəfə oxuyanın günahları əfv olar, dərdlərdən qurtular və bir daha günah iş görməkdən mühafizə olunar”. (İslam Əxlaqı)

“Şirkdən qorunmaq üçün “Allahümmə inni əuzü bikə min ən-üşrikə bikə şəy-ən və ənə a’ləmü və əstəğfirukə li-mə lə a’ləmü innəkə əntə allamülquyub” oxuyun!” [İ. Əhməd]

“Səhər axşam 7 dəfə, “Hasbiyallahü lə iləhə illə hü, aleyhi təvəkkəltü və hüvə Rabbül-arşil-azım” oxuyanın dünya və axirət işinə Allahü təala kafi gələr.” [Beyhəqı]

“Allahümmə mə əsbaha bi min ni’mətin ev bi əhadin min halkıkə, fə minkə vahdəkə lə şərikə ləkə, fələkəl hamdü və ləkəş-şükr” duasını gündüz oxuyan o günün, axşam oxuyan o gecənin şükrünü ifa etmiş olar”. [M. Rəbbani 3/17] (Axşam əsbaha yerinə əmsa deyilməlidir.)

“Bir adam səhər-axşam yüz dəfə “Sübhənallahi və bihamdihi” deyərsə, o gün və o gecə, heç kim onun qədər savab qazana bilməz.” [Deyləmi]

“Evdən çıxarkən “Bismilləhi təvəkkəltü aləllah, lə havlə və lə quvvətə illə billah” deyən, təhlükələrdən qorunur və şeytan ondan uzaqlaşar.” [Tirmizi]

(“Lə havlə...” oxumaq, doxsan doqquz dərdə dəvadır. Bunların ən yüngülü sıxıntıdan qurtulmaqdır.) [Əbu Nuaym] [İmamı Rəbbani Həzrətləri, din və dünya zərərlərindən qurtulmaq üçün hər gün 500 dəfə “Lə havlə vələ quvvətə illə billah” oxuyardı. Oxumaya başlayarkən və oxuyanda yüz  dəfə Salavat gətirərdi. (Təfsir-i Mazhəri)]

“Hər gün yüz dəfə salavat gətirən münafiqlikdən və Cəhənnəm atəşindən uzaqlaşar və Qiyamətdə şəhidlərlə birlikdə olar.” [Tabərani]

“Gündə 25 dəfə “Allahümmə bərikli fil mevt və fi mə ba’dəl-mevt” oxuyan şəhid olar.” [Rədd-ül muxtar]

“Gecə Amənərrasulünü oxuyana o hər şey üçün yetərlidir. Bu iki ayəti yatsıdan sonra oxuyana, gecəni ibadətlə keçirmiş kimi savab verilər.” [Şir’a]

“Yatarkən Mülk [Təbərakə] surəsini oxumadan yatma! Çünki ölsən qəbirdə sənə yoldaş olar.” [Ey Oğul Elmihalı]

“Təbərakəni oxumadan yatma! Qəbir əzabını dəf edər. Hər gecə Təbərakə oxuyan Qədr gecəsini əhya etmiş kimi savaba nail olar.” [Ey Oğul Elmihalı]

“Mülk surəsi oxuyana əfv edilincəyə qədər şəfaət edər.” [İ. Əhməd]

“Gecə vaxtı Yasini-şərif oxuyan əfv edilmiş halda səhərə çıxar.” [Buxari]

“Hər gecə Yasini-şərif oxumağa davam edən şəhid kimi ölər.” [Tabərani]

“Cümə gecəsi Yasin surəsini oxuyanın günahları əfv edilər.” [İsfəhani]

Hər gecə yatarkən yüz dəfə, “Sübhənallahi vəlhamdü lilləhi və lə iləhə illallahü vəllahü əkbər” oxuyan özünü hesaba çəkərək günahlarını əfv etdirmiş olar.

“Səhər-axşam İxlas və Muavvizətəyni hərəsini üç dəfə oxu! Bütün bəla, fəlakət, sıxıntı və xoşagəlməz pis şeyləri aparar.” [Tirmizi]

“Evə girərkən İxlas surəsini oxuyan yoxsulluq görməz.” [T. Qurtubi]

“Evdən çıxarkən Ayətəl-kürsi oxuyana mələklər evə gələnə qədər dua edər.” [Ey Oğul Elmihalı]

“Lə havlə və lə quvvətə illə billah oxumaq 99 dərdə dəvadır. Bunların ən yüngülü sıxıntıdan qurtulmaqdır.” [Əbu Nuaym] [İmamı Rəbbani Həzrətləri din və dünya zərərlərindən qurtulmaq üçün hər gün 500 dəfə “Lə havlə vələ quvvətə illə billah” oxuyardu. Oxumağa başlayarkən və oxuduqdan sonra yüz dəfə salavat gətirərdi. (Təfsiri Mazhəri)]
“Sıxıntılı və ya borclu olan min dəfə “Lə havlə və lə quvvətə illə billəhil aliyyil azim” deyərsə, Allahü təala işini asanlaşdırar.” [Şir’a] (Bunu hər gün yüz dəfə oxuyan da kasıblığa düşməz. Əlindəki nemətlər də davam edər.)

“İstiğfara davam edən kəs, hər sıxıntıdan qurtular, ummadığı yerdən ruzisi gələr.” [İbni Macə] (İstiğfar- “Əstəğfirullah əl-azim əlləzi lə ilahə illə hüvəl hayyəl qayyum və ətubü ileyh” oxumalıdır.)

Səhər axşam oxunması lazım olan istiğfar:
“Allahümmə əntə Rabbi lə iləhə illə əntə xalaktəni və ənə abdükə və ənə alə ahdikə və və’dikə məstətatü əuzü bikə min şərri mə sanatü əbuü ləkə bi-ni’mətikə aleyyə və əbuü bi zənbi fağfirli zünubi fənnəhu lə yəğfirüzzünubə illə əntə. Lə iləhə illə əntə sübhənəkə inni küntü minəzzalımin.” [Bunu səhər oxuyan axşama qədər, axşam oxuyan səhərə qədər ölərsə, şəhid olar.]

“Gündə yüz dəfə “La ilahə illallah” deyənin, Qiyamətdə üzü ay kimi parlayar.” [Tabərani]

“Bir yerə gələn, “Əuzü bikəlimətilləhittamməti min şəri mə xaləqa” oxuyarsa, o yerdən durana qədər, ona heç bir şey zərər verə bilməz.” [Müslim]

Səhər axşam üç dəfə “Əuzü billəhis-səmiil alimi minəşşeytanirracim” deyərək Həşr surəsinin son üç ayəsini oxuyana yetmiş min mələk dua edər, ölərkən də şəhid olar.

Küfrə düşənin bütün ibadətləri yox olur. Ona görə də küfrə salan söz və işləri yaxşı öğrənmək lazımdır! Şirkə düşməkdən qorunmaq üçün də səhər axşam, “Allahümmə inni əuzü bikə min ən üşrikə bikə şey’ən və ənə a’ləmü və əstəğfirükə lima la a’ləmü innəkə, əntə allamülquyub” duasını oxumalıdır!

Gündə yüz dəfə (Allahümmə salli ala seyyidinə Muhammədin və ala əli seyyidinə Muhamməd) oxuyan Cəhənnəmdən qurtular və şəhidlərlə birlikdə olar.

Dində səbat və son nəfəsdə imanla ölmək üçün bu duanı hər zaman oxumaq lazımdır:
“Allahümmə, yə mukallibəl qulüb, səbbit qalbi, alə dinik”

“Ya hayyü ya qayyum ya zel cəlal-i vəl ikram. Allahümmə inni əsəlükə ən tuhyiyə qalbi bi nuri mə’rifətikə əbədən ya Allah, ya Allah, ya Allah cəllə cəlalüh” duasını namazdan sonra, dua edərkən oxuyan imanla ruhunu təslim edər. (Ey Oğul Elmihalı)

Səhər oxunacaq dualar gecə yarısından sonra oxuna bilər. Axşam duaları isə günorta vaxtından etibarən oxuna bilər. Gecə oxunması unudulan dualar, əgər günortaya qədər oxunarsa, yenə vaxtında oxunmuş kimi savab alınar. Bir hədisi-şərif:
“Hər gecə oxuduğu dua və zikrləri oxuya bilmədən yatan ertəsi günü günortaya qədər oxuyarsa, eyni savaba qovuşar.” [Müslim]

Yatarkən oxunacaq dualar
Seyyid Abdülhakim Arvasi Həzrətləri buyurdu ki:
Yatağına dəstəmazlı, Əuzü Bəsmələ oxuyaraq gir! Sağ yan üstündə üzü qibləyə qarşı uzan! Sağ ovucunu sağ yanağın altına qoy! Əuzü Bəsmələ ilə bir Ayətəl-kürsi oxu! Sonra Bəsmələ ilə üç İxlas, bir Fatihə, hərəsindən bir dəfə də Fələq və Nas surələrini oxu! Sonra üç dəfə “Əstəğfirullahəl’azim əlləzi lə iləhə illə hü” oxu! Üçüncüsünə “əl-hayyəl-qayyumə və ətubü iləyh” əlavə et! Sonra on dəfə “Təvəkkəltü aləllah və lə havlə və lə quvvətə illə billəh” oxu! Onuncusuna “hil aliyyil azim əlləzə lə iləhə illə hü” əlavə et! Sonra, “Allahümməğfir li və li vəlidəyyə və lil-mü’mininə vəl-mü’minət”, bir dəfə “Allahümmə salli alə seyyidinə Muhamməd”, bir dəfə “Allahümmə Rabbənə ətinə fiddünyə hasənətən və fil əxirati hasənətən və qına azəbənnər bi-rəhmətikə yə Ərhamərrahimin”, üç , on və ya qırx, yaxud yetmiş dəfə “Əstəğfirullahəl’azîm” və bir kəliməyi-tövhid, yəni “Lə ilahə illallah Muhammədün rəsulullah” oxu! (İslam Əxlaqı)
Hədisi-şəriflərdə buyurulur ki:
“Yatağa girərkən 3 dəfə “Əstəğfirullah əl-azim əlləzi lə ilahə illə hüvəl hayyəl qayyumə və ətubü iləyh” oxuyan kəsin günahları dəniz köpükləri qədər lap çox olsa da, əfv olunar.” [Tirmizi]
“Yatarkən Fatihə və İxlas’ı oxuyan ölüm xaric hər cür şərdən əmin olar.” [Bəzzar]
“Yatarkən Kafirun surəsini oxuyan şirkdən bəri olar.” [Tirmizi]

Səhər axşam duaları
Sual: Səhər axşam oxunacaq dualar, ən tez nə vaxt oxunur?
CAVAB
Səhər oxunacaq dualar gecə yarısından sonra oxuna bilər. Axşam duaları isə günortadan sonra oxuna bilər. Gecə oxunması unudulan dualar əgər günortaya qədər oxunarsa, yenə vaxtında oxunmuş kimi savab alınar. Bir hədisi-şərif:
“Hər gecə oxuduğu dua və zikrləri unudub oxumadan yatan ertəsi günü günortaya qədər oxuyarsa, eyni savaba çatar”. [Müslim]

Təsbeh və dua oxuyarkən
Sual: Hər gün müəyyən sayda oxuduğum təsbeh və dualar var. Məsələn, hər gün 100 salavatı-şərifə və sonra 500 la havlə, sonra 100 salavatı-şərifə oxuyuram. Bunları heç ara vermədən, arada heç nə danışmadanmı oxumaq lazımdır?
CAVAB
Xeyr, ara verməyin zərəri olmaz və ya bir ehtiyac olarsa, arada danışmağın da zərəri olmaz.

Dəyərli bir təsbeh
Sual: Hər gün oxunacaq fəzilətli bir təsbeh bildirərsinizmi?
CAVAB
Məktubatın birinci cildinin 307 və 308-ci məktublarında bildirilən “Sübhanəllahi və bi-hamdihi sübhanəllahil-azım” təsbehini səhər-axşam yüz dəfə oxuyanın günahları əfv olar, dərdlərdən qurtular və bir daha günah iş görməkdən mühafizə olunar. (İslam Əxlaqı)

Axşam duası
Sual: S. Əbədiyyə’də, Cümə və qəndil gecələri üçün, “Dəyərli gecə, ondan öncəki günü günorta namazı vaxtından o gecənin səhərinə qədər olan zamandır” deyilir. Axşam oxunması lazım olan duaları günortadan sonra oxusaq gecə oxunmuş sayılırmı?
CAVAB
Bəli, gecə oxumuş sayılırıq. Axşam duası günorta vaxtından, səhər duası isə gecə yarısından etibarən başlayır. (S. Əbədiyyə)

7-10-2019, 14:02
Geri