Facebook Twitter WhatsApp

Dualar nə üçün qəbul olmaz

Sual: Dualar nə üçün qəbul olmaz? 
CAVAB
Şərtlərinə uyğundursa dua qəbul olur. Hədisi-şərifdə, “Rəbbiniz kərimdir, Ona açılan əli boş çevirməkdən həya edər, edilən duanı qəbul edər” buyuruldu. (Tirmizi)
Duanın qəbul olması üçün bəzi xüsuslara diqqət etmək lazımdır. Səbəblərə yapışmadan istəmək quru bir təmənnidir. Hədisi-şərifdə buyuruldu ki: 
“Çalışmadan dua edən, müharibəyə silahsız  gedənə bənzəyir.” [Deyləmi]
Əməl olunacaq şərtlərdən bəziləri bunlardır: 
Əvvəlcə günahlara tövbə etməli, istiğfar oxumalı, sədəqə verməli, imanını düzəltməli, duanın qəbul olacağına inanmalı, iki dizi üzərində üzü qibləyə oturub, duaya başlayarkən, Sübhanə Rabbiyəl aliyyil a’ləl vəhhəb, deməli, əuzü bəsmələ çəkib həmd və salavat oxumalı, duanı üçdən artıq söyləməlidir! Qəbul olmadı deyərək ümidi kəsməməli, qəbul olana qədər uzun zaman təkrar etməlidir! (Fəraid)
Hədisi-şəriflərdə buyuruldu ki:
“Siz, qəbul ediləcəyinə çox inanaraq Allaha dua edin. Allahü təalanı unudaraq, qəflətlə edilən dua qəbul olmaz.” [Tirmizi]
“Əgər əmri-mərufu tərk etsəniz dualarınız qəbul olmaz.” [Bəzzar]
“Bidət əhlinin duası və ibadətləri qəbul olmaz.” [Deyləmi]
“Qızını fasiqlə evləndirənin duası qəbul olmaz.” [Şira]
Fərzlərə əməl etməyənin, məsələn, namaz qılmayanın duası qəbul olmaz. Haramlardan çəkinməyənin duası qəbul olmaz. Əbülleysi Səmərqəndi həzrətləri, “Haram yeyənin, qeybət edənin və həsəd edənin duası qəbul olmaz” buyurur. Hədisi-şərifdə də, “Duanın qəbul olması üçün yeyilən və geyilən halal olmalıdır”, buyurulur. (Tərgib-üs-salat)
İxlaslı və saleh olmağa çalışmalıdır. Qurani-kərimdə məalən buyurulur ki: 
“İxlaslı olub dua edin!” [Mömin 14, 65]
“Allahü təala yalnız  təqva sahiblərinin [salehlərin əməllərini, dualarını] qəbul edər. [Maidə 27]
Övliyanı vəsilə edərək dua etmək lazımdır. Buxaridəki hədisi-şərifdə duanın qəbul olması üçün Peyğəmbərləri və salehləri vəsilə etmək lazım olduğu bildirilməkdədir. (Hısn-ül-hasin) Məsələn; silsiləyi-aliyyənin adları oxunub onların hörmətinə dua edilməlidir. Din qardaşına arxasından dua etməlidir. Hədisi-şərifdə buyuruldu ki:
“Möminin din qardaşı üçün arxasından etdiyi xeyir dua qəbul olar. Bir mələk, Allah bu yaxşılığı sənə də versin, deyər. Mələyin duası rədd olunmaz.”
 [İbni Əbu Şeybə] 

Beş vaxt namazı doğru və sevərək qılmalı, sonra dua etməlidir. Hədisi-şərifdə buyuruldu ki: 
“Beş vaxt namazlardan sonra olunan dua qəbul olur.” [Buxari]
Yenə  hədisi-şəriflərdə buyuruldu ki:
“Allahü təala buyurur ki: Təkəbbürlü olmayan, gününü Allahı anmaqla keçirən, [Allahın razı olduğu işlərlə məşğul olan] günah etməkdə israr etməyib istiğfar edən, acları doyuran, qəribi qoruyan, kiçiyə mərhəmət, böyüyə hörmət edənlərin namazlarını qəbul edərəm. Bu cür insanların istədiklərini verərəm, dua etsələr, dualarını qəbul edərəm.” [Darəkutni]
“Gizli-açıq bol sədəqə verin ki, ruziniz çoxalsın, yardıma məzhər olasız və duanız qəbul edilsin.” [İbni Macə]
“Allahü təala duanızı qəbul edər. Dua etdim, hələ də duam qəbul olmadı deyə tələsməyin! Allahdan çox istəyin! Çünki kərəm sahibindən istəyirsiniz.”
 [Buxari]

“Kim, Yunus əleyhissalamın balığın qarnında ikən etdiyi duanı oxuyarsa, duası qəbul olar.” [Tirmizi]
“Birinizə dərd və bəla üz verərsə, Yunus Peyğəmbərin duasını oxusun! Allahü təala onu əlbəttə ki, xilas edər. Dua budur: “La ilahə illa əntə sübhanəkə inni küntü minəzzalimin”” [Tirmizi]
“Duasının qəbul olmasını istəyən darda qalanı rahatlığa çıxarsın!” [İbni Əbüddünya] 
“İstiğfara davam edən, hər cür sıxıntıdan və dolanışıq darlığından qurtular, rahatlığa çıxar, ummadığı yerdən ruzisi gələr.” [Nəsai]
“Sıxıntılı ikən duasının qəbul edilməsini istəyən rifahda ikən çoxlu dua etsin!” [Tirmizi] 
“Sıxıntılı və ya borclu bir kəs, min dəfə “La havlə və la quvvətə illa billahil aliyyil azim” deyərsə, Allahü təala işini asanlaşdırar.” [Şira]
Sual: Evlilik üçün dua etdim, qəbul olmadı. Səbəbi nədir?
CAVAB
Evlənməyi istəmək normaldır. Ancaq hər evlilik hər zaman xeyirlı olurmu? Çox az da olsa evlilik bir insanın dünya və axirət fəlakətinə səbəb ola bilər. Nə olursa olsun evlənməyi deyil, mütləq xeyirli olanını istəmək lazımdır. Xeyirsiz bir evlilik əvəzinə subay qalmaq daha uyğun olar! 
Əsas həyat axirət həyatıdır. Möhtəşəm bir həyat sürülsə də dünya keçicidir. Ağıllı insan axirətini düşünüb, “Ya Rəbbi evlilik haqqımda xeyirlidirsə mənə nəsib et” deyə dua edər. Qurani-kərimdə, “Dua edin, duanızı qəbul edərəm”, hədisi-şərifdə isə “Rəbbiniz kərimdir, Ona açılan əli boş çevirməkdən həya edər” buyuruldu. (Tirmizi)
“Duam qəbul olmadı” demək doğru deyil. Hədisi-şərifdə buyuruldu ki: 
“Dua edənin ya günahı əfv olar və ya dərhal xeyirlı qarşılığını görər, yaxud axirətdə mükafatını tapar.” [Deyləmi]
Allahü təala Qiyamətdə duası dünyada qəbul edilməyən qula “Dünyada etdiyin duana qarşılıq bu savabları verirəm” buyuracaq, o qədər çox savab verəcəkdir ki, o kəs, “Kaş ki, dünyada heç bir duam qəbul olmasaydı” deyəcəkdir. (T.Qafilin)
Allahü təala dua edəni sevər, dua etməyənə qəzəb edər. Dua möminin silahı, dinin təməl dirəklərindən biridir. Duanın faydaları çoxdur. Hədisi-şəriflərdə buyuruldu ki:
“Dua, edilən günahlara kəffarətdir.” [İbni Hibban]
“Dua, bəla gələndə qoruyar.” [Şira]
Allahü təala istəyənə verər. Dua etməyin, istəməyin də şərtləri vardır. Bu şərtlərə riayət edən arzusuna çatar. Hədisi-şəriflərdə buyuruldu ki: 
“Allahü təala səbrə səy göstərəni müvəffəq edər, iffət tələb edəni də iffətli, qənaət edəni də qəni qılar.” [Hakim] 
“Xeyir istəyən xeyrə qovuşar. Şərdən çəkinən də qorunmuş olar.” [Xətib] 
Deməli, səbr edən müvəffəq olar, namuslu olmaq istəyən və insanlara möhtac olmaq istəməyən arzusuna çatar. Axtaran Mövlasını, azan bəlasını tapar.
Sevilən qulun duası gecikərmi?
Sual:
 Allahü təalanın sevdiyi qulunun dua etməsini sevdiyi üçün duasını gecikdirdiyi doğrudurmu?

CAVAB
Bu cür vəziyyətlər ola bilər. Peyğəmbər əfəndimiz bir hədisi-şərifində belə izah edir:
“Allahü təala bir qulunu sevərsə və ya onun sevgili bir qul olmasını istəyərsə, üstünə qabdan su töküldüyü kimi müsibət yağdırar, onun üzərinə ard-arda bəlalar göndərər. Bu şəxs dua edərsə, Cəbrail əleyhissalam deyər ki:
- Ya Rəbbi bu sevgili qulunun istədiyinin verilməməsinin hikməti nədir?
Allahü təala buyurur ki:
- Mən onun səsini dinləməyi sevirəm. Qoyun, duaya davam etsin!
Qul, ya Rəbbi deyər, Allahü təala ləbbeyk deyər, “Sənin hər istədiyini verəcəm və səni məmnun edəcəəm. İzzətimə and olsun ki, nə dua etsən qəbul edəcəm, nə istəsən verəcəm; ancaq bu istəklərini ya dünyada və ya axirətdə verərəm. Axirətdə versəm daha üstününü verər, daha böyük bəlaları üzərindən dəf edərəm” buyurur.
Qiyamət günü tərəzilər qurulur, namaz əhli gətirilir, qarşılığını tam alarlar. Oruç tutanlar gətirilər, qarşılığını tam alarlar. Zəkat əhli gətirilər, onlar da qarşılığını tam alarlar. Həcc əhli gətirilər, onlar da qarşılığını tam alarlar. Bəlaya, müsibətə uğrayanlar gətirilər, onlar üçün tərəzi qurulmaz, haqları, mükafatları ölçülmədən bol-bol verilər. Onlara verilən savabların böyüklüyünü görənlər, “Kaş ki, bizim də dünyada bədənlərimiz bıçaqlarla doğransaydı, biz də belə böyük nemətlərə qovuşsaydıq” deyəcəklər. Budur bu  məaldakı ayəti-kərimə bunu bildirir:
“Ey iman edən qullarım, Rəbbinizdən [əmr və qadağalarına itaətsizlikdən] qorxun. Bu dünyada [Allahü təalaya itaət edərək] yaxşı işlər görənlər üçün [axirətdə] bir gözəllik [Cənnət] vardır. Allahın torpağı yer üzü genişdir. [Kafirlərin ucbatından daraldığınız zaman, başqa ölkələrə hicrət edə bilərsiniz.] Ancaq [ibadətə, taətə, bəlalara və vətənindən ayrılıb hicrətin çətinliklərinə] səbr edənlərə əcrləri hesabsız ödənəcəkdir.” [Zümər 10] (Dürr-ül mənsur – İmamı Süyuti)
Dua qəbul olur
Sual: Hər dua qəbul olurmu?
CAVAB
Günah olmayan və şərtlərinə uyğun olunan hər dua qəbul olur. Allahü təala Ona açılan əli boş çevirməkdən həya edər. Allahü təala, “Mənə dua edin, qəbul edim” buyurur. (Mömin 60)
Allahü təala, qəbul etməsə belə buyurarmı? “Mən dua edirəm, amma duam qəbul olmur” demək doğru deyil. Onunku da qəbul olmuşdur. Məsələn; o kəs bir maşın istəyə bilər, Allahü təala ona bir ev ehsan edə bilər. O, maşını ala bilmədiyi üçün duası qəbul olmadı zənn edər. Duası sayəsində başına gələcək böyük bir bəlanın qarşısı alınmış ola bilər. Yaxud, dua sayəsində günahları əfv edilmiş olar və ya axirətdə çox böyük ehsanlara qovuşar. Bu qəbul edilmə xüsusu bir hədisi-şərifdə belə açıqlanır:
“Doğru olaraq dua edən mömin bunlardan birinə mütləq qovuşar: Duası qəbul olar, qəbul edilmiş bir ibadət savabı alar və axirətdə böyük nemətlərə qovuşar. Günahları əfv edilər və ya yaxşılıqları artar, yaxud önlənməsini istədiyi o pisliyin bir bənzərindən Allahü təala onu xilas edər.Bu halda dua etməyə davam edin! Allahın ehsanı boldur. Dünyada duası qəbul olanlar, duası dünyada qəbul olmayanlara, axirətdə verilən nemətləri gördükdə, “Kaş ki, bizim də dünyada dualarımız heç qəbul olmasaydı” deyəcəklər.” [Deyləmi, Hakim]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину