Facebook Twitter WhatsApp

Borcu gecikdirmə  cəzası

Sual: Borcu ödəməyib gecikdirmək günahdırmı?

CAVAB

Borcunu vaxtında ödəməyən kimsənin gəlib möhlət istəməsi lazımdır. Ödəmək imkanı olduğu halda borcu gecikdirmək günahdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Hər hansı bir kimsə imkanı olduğu halda borcunu verməyib gecikdirərsə, [borcunu verənə qədər] hər gün əməl dəftərinə zülm etmək günahı yazılar.” [Tabərani]

“Ödəməmək niyyətiylə borclanan, Qiyamətə oğru olaraq gələr.” [İ.Macə]

“Aldığı borcu ödəmək istəməyənə Allahu təala qiyamətdə, “Bu kimsənin haqqını səndə buraxacağımı zənn etdin?” buyuraraq o kimsənin yaxşı əməllərini alıb digərinə verər, əgər borcunu verməyənin yaxşı əməli yoxdursa, borc verənin pis əməllərini, günahlarını borcluya yükləyər.”  [Tabərani]

“Zənginin  [ödəmək imkanı olanın] borcunu ödəməyib, oyalaması zülmdür.” [Buxari]

[Borcu vaxtında ödəməməyə zülm, ödəməyənə də zalım deyilmişdir.]

“Allahu təala zalım zəngini sevməz, ondan nifrət edər.” [Bəzzar]

Borcu olanın borcunu ödəmədən sədəqə verməməsi lazımdır. Çünki hədisi-şərifdə, “Borcu var ikən verilən sədəqə qəbul olmaz” buyuruldu. (Buxari)

Verilməyən zəkat da borcdur. Borcu ödəmək, zəkat vermək fərzdir. Zəkat borcu olanın verdiyi sədəqə qəbul olmaz. Əvvəl bu borcları ödəmək lazımdır. Bunun kimi fərz borcu olanın nafilə namazları da qəbul olmaz. Sünnətlər də nafilə deməkdir. (N.Fıqhiyyə)

Borclanmamağa çox diqqət etmək lazımdır! Həzrəti Loğman Həkim, “Borc yükü altında əzilməkdənsə, daş daşımağı seçərəm” buyurur. Çünki borclanmaq, insanı küfrə qədər sürükləyər. Peyğəmbər əfəndimiz, “Ya Rəbbi küfrə düşməkdən və borca girməkdən sənə sığınaram” buyuraraq, borclanmağın çox pis olduğunu bildirmişdir. (Nəsai)

Sual: İnşaatçı evi razılaşdırılmış tarixdə təslim etməzsə, gecikən hər gün üçün bəlli bir gecikmə təzminatı verməsini müqaviləyə əlavə etmək və gecikdiyi təqdirdə gecikmə təzminatı almaq caizdirmi?

CAVAB

Bəli, caizdir. Ancaq, vaxtında ödənməyən alacaq üçün caiz olmaz. Çünki alacaq, evi təslim etməyə bənzəməz. Alacağını təxir edərək çox istəmək faiz olar. Alacaqlının zərər etməməsi üçün pulun o günkü qiyməti qızıl olaraq hesablanar. Ödənəcəyi gün qızıl olaraq verilər. Dollara və ya hər hansı bir əşyaya görə hesablanmaz. Qiymət deyiləndə qızıl hesab edilər, başqa mal və pul hesab edilməz. Çünki əşyanın qiyməti qızıl ilə hesablanır. (Kəşfi rumuzı gurər)

Sual: “Elektrik, qaz, su pulunu gecikdikdən sonra ödənəndə alınan əlavə pul faizdir, böyük günahdır. Kredit kartlarını vaxtında ödəməyəndə də alınan əlavə pul da belədir” deyilir. Unudulduğu üçün və ya əldə pul olmadığı üçün ödənə bilməzsə, veriləcək əlavə pul faiz olar?

CAVAB

Bunlar gecikdirmə cəzasıdır. Qırmızı işıqda keçəndə cərimə yazarlar, adına faiz deyilsə də cəzadır. Bir malı bəlli bir mənfəətlə satan kimsə, “Bu qədər mənfəət alıram” yerinə “Bu qədər faiz alıram” desə faiz olmaz. Zərurətsiz gecikdirmə cəzasına məruz qalmaq da günahdır. O ayrı bir məsələdir. Gecikdirmə cəzalarına faiz deyilsə  də faiz olmaz.

Sual: Bir yoldaşa verdiyim borc pulu almaq üçün çox çətinlik çəkirəm. Vermək imkanı olduğu halda, vərdişindəndirmi nədir, neçə dəfə istədimsə də vermir, hər gün bir başqa günə təxir edir, vaxt ötürür. Borcu yoxmuş kimi davranır. Oğlu da atası kimi hər kəsdən pul alıb, vermir. Görəsən bu pis xasiyyətin, irsiyyətlə əlaqəsi vardırmı?

CAVAB

Soya oxşayanlar da ola bilər, amma “Atam borcuna sadiq deyil, mənim də onun kimi etməyim lazımdır” demək çox səhv olar. Hədisi-şəriflərdə buyuruldu ki:

“Borc dindarlığın ləkəsidir.” [Qudai]

“Borc, gecə qayğı, gündüz zillətdir.” [Deyləmi]

“Borc, din və şərəfi azaldar.” [Deyləmi]

“Borclu qəbrində həbsdədir.” [Tabərani]

“Borclu qəbrində zəncirlərə bağlıdır.” [Deyləmi]

“Möminin ruhu borcu ödənənə qədər bağlıdır.” [Tirmizi]

“Borclanaraq qorxu içinə girməyin!” [Beyhəqi]

“Ölülərinizin borclarını ödəmək tələsin!” [İbni Macə]

Tələsik verilməsi lazım olan borcu ödəmədən sədəqə verməmək lazımdır.

Kreditli borclar bundan müstəsnadır. Kreditlərin ödəmə günü gəldikdən sonra bəhanəsiz ödənməzsə, o vaxt bu hökmə girər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину