Facebook Twitter WhatsApp

Tapılan əşyalar

Sual: Yerdə tapdığımız bir şey bizim olarmı?

CAVAB

Tapılan əşyalarda selin, çayın gətirdiyi və küçəyə atılan əşyaların hökmü fərqlidir.

Tapılan əşyalar ümumiyyətlə qiymətli əşyalardır. Sahibi onu atmamış, itirmişdir. Tapılıb, sahibi bilinməyən mala Luqata deyilir. Sahibinə verəcəyindən əmin olanın, qorumaq üçün götürməsi sünnətdir. Orada qalıb zay, xarab olacaqsa götürməsi fərz olar. Varsa, iki şahid yanında “Axtaran olarsa mənə göndərin” deyər. Sıxlıq bir yerdə tapdığı əşyanı təsvir edərək sahibini axtarar.

Sahibi çıxana və ya qalmaqla xarab olana qədər saxlayarkən zay olarsa ödəməz. Sahibi çıxmayacağını və ya korlanacağını anlayarsa, artıq axtarmaz. Tapan zəngindirsə, bir kasıba sədəqə olaraq verər. Yaxud kasıb olan ana-atasına, övladına və ya xanımına bu malları sədəqə olaraq verər. Əgər aldığı şeyləri özünə hədiyyə edərsə, özü də istifadə edə bilər. Sahibi sonradan çıxarsa, bunları özü ödəyər və ya alan kasıba ödətdirər.

Selin gətirdiyi meyvə, ağac və budaqlar isə bundan fərqlidir. Çayın, selin gətirdiyi taxta parçalarını, ağacları, budaqları, meyvələri, zəngin də olsa hər kəsin götürməsi, toplaması caiz olar.

Sual: Tapılan bir pulu götürmək zənginə haram olur, kasıba nə üçün halaldır? Haram zənginə də kasıba da haram deyildirmi?

CAVAB

Dinimizin hökmü belədir. Nə üçün belə hökm qoyulmuş deyilməz. Zəkat kasıbın haqqıdır. Zəngin, zəkatını başqa zənginə verərsə qəbul olmaz. Zənginin və ya bir günlük yeməyi olan kasıbın dilənməsi haramdır. Zəkat kasıbın haqqı olduğu kimi, tapılan pul da sahibi bilinmirsə kasıbın haqqıdır. İçinə haram qarışmış halal pulu hədiyyə olaraq hər hansı bir kimsəyə vermək caizdir. Hamısı haram olan pulu heç kimin alması caiz deyildir. Bir kimsə haram bir pulu kasıba versə, kasıb da haram olduğunu bilməsə, günahı kasıba olmaz.

Kasıbdırsa geyinə bilər

Sual: Oğurlanan ayaqqabının yerinə bəzən köhnə ayaqqabı qoyulur. Ayaqqabısı oğurlanan kasıbdırsa, orada tapdığı ayaqqabını geyinə bilərmi?

CAVAB

Kasıbdırsa geyinə bilər.

Atılan mal

Sual: Zibilliyə və ya küçəyə atılan, az-çox qiymətli bir mal tapılmış mal hökmündədir? Hər kəs istifadə edə bilərmi?

CAVAB

Bunlar, tapılmış mal hökmündə deyildir. O, atılmış maldır. Atılan malı zəngin-kasıb, hər kəs alıb istifadə edə bilər. Tapılan malı isə kasıba vermək lazımdır.

Selin gətirdiyi mallar

Sual: Selin gətirdiyi malları hər kəsin alması caizdir? Kimilərinin hansı firmaya aid olduğu, üstlərində yazılı olur. Firma sahibləri gəlib mallarını istəyəndə vermək lazımdır?

CAVAB

Selin gətirdiyi taxta parçalarını, ağacları, budaqları, meyvələri, zəngin də olsa hər kəsin alması caiz olar, lakin firma sahiblərinin adları yazılı mallar, itirilmiş mal hökmündədir. Sahibləri gələndə, onlara vermək lazımdır. Əgər almayıb atsalar, küçəyə atılmış mal kimi olar, hər kəs götürə bilər.

Sünbül yığmaq

Sual: Tarladan və ya ağaclardan məhsulu yığdıqdan sonra, alınmayıb tək-tük artıq qalan sünbül və ya meyvələri, başqasının yığması günah olarmı?

CAVAB

Buraxılmış, artıq qalıb götürülməmiş və ya atılmış şeyləri almaq günah olmaz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину