Facebook Twitter WhatsApp

Çox qazanmaq üçün çox işləmək

Sual: “Çox qazanmaq üçün çox işləmək lazımdır” nə deməkdir?

CAVAB

Eynilə yazıldığı kimidir. Özünün və ailəsinin ehtiyaclarını qarşılayacaq və borclarını ödəyəcək qədər işləyib qazanmaq fərzdir. Hədisi-şərifdə buyuruldu ki:

“İşləyib qazanmaq fərzdir.” [Tabərani]

Ailəsinin bir illik ehtiyaclarını yığacaq qədər işləmək mübahdır. Müsəlmanlara kömək üçün, dinə xidmət etmək üçün çox işləyib qazanmaq müstəhəbdir, yaxşıdır. Hədisi-şərifdə buyuruldu ki:

“İnsanların ən yaxşısı, insanlara faydalı olandır.” [Qudai]

Göstəriş üçün, öyünmək üçün qazanmaq tahrimən məkruhdur. İşləmək ruzini artırmaz. İşləmək təqdir edilən ruziyə çatmağa vəsilədir. Ruzini verən Allahu təaladır. İşləmək səbəblərə yapışmaqdır. Səbəblərə yapışmaq sünnətdir. (Əl-Ehtiyar)

Çox savab qazanmaq üçün çox mala ehtiyac vardır. Çox mal qazanmaq üçün də çoxlu işləmək lazımdır. İslamiyyətə uyğun əldə edilən hər qazanc dünyaya sarılmaq sayılmaz, axirət üçün olar.

Sual: Dua edərkən dünyalıq istəmək caizdirmi?

CAVAB

Bəli, dünyalıq istəməkdə bir zərər yoxdur. Mömin dünyalıqdan da axirət üçün istifadə edər. Dinimizdə malın qiyməti, əhəmiyyəti böyükdür. İnsan canını, malını, sağlamlığını, dinini və şərəfini mal ilə qoruyar. Hədisi-şəriflərdə buyuruldu ki:

“Axır zamandakı ümmətim üçün mal sahibi olmaq səadətdir.” [İ.Rəfii]

“Bir vaxt gələr ki, pulu olmayan rahat ola bilməz.” [Tabərani]

“Şərəfinizi mallarınızla qoruyun!” [İbni Asakir]

Sual:Tənbəllikdən, boş şeylərdən necə xilas ola bilərik?

CAVAB

Tənbəlliyin dərmanı çalışqanlarla yoldaş olmaq, tənbəl, letargiya adamlardan uzaq durmaq, Allahu təaladan həya etmək lazım gəldiyini və əzabının şiddətli olduğunu düşünmək və namazları vaxtında qılmaqdır. Namaza əhəmiyyət verən tənbəllikdən xilas olar. Kişilərin  namazı mütləq camaatla qılmaları və sübh namazı üçün məscidə getmələri lazımdır.

Çox işləmək

Sual:Dinimizdə çox işləmək caizdirmi?

CAVAB

Özünün və ailəsinin ehtiyaclarını qarşılayacaq və borclarını ödəyəcək qədər işləyib qazanmaq fərzdir. Bu niyyətlə işləyən kimsə borcunu ödəyə bilmədən ölərsə, əzab çəkməz. Hədisi-şərifdə, “Hər kişinin, işləyib ehtiyaclarını ödəməsi fərzdir” buyuruldu. Bundan artığı üçün də işləmək caizdir. Ailəsinin bir illik ehtiyaclarını yığacaq qədər işləmək mübahdır. Müsəlmanlara kömək, dinə xidmət etmək üçün çox işləyib qazanmaq müstəhəbdir, yaxşıdır. Hədisi-şərifdə, “İnsanların ən yaxşısı, insanlara faydalı olandır” buyuruldu. (Darə Qutni, Qudai)

Ailəsinin ehtiyaclarını qarşılayacaq qədər mal qazanmaq üçün işləmək fərzdir. Ehtiyaclarını qarşılamaq üçün çox işləmək sünnətdir. Göstəriş üçün, öyünmək üçün, ehtiyacdan çox qazanmaq tahrimən məkruh və ya haramdır. Dünyalıq qazanmaq üçün işləmək günah deyildir. Dünyalıq sevgisi, dünyaya könül bağlamaq günahdır. Zinət olan şeyləri qazanmaq mübahdır. Ehtiyac və zinət əşyalarını İslamiyyətə uyğun olaraq qazanmaq ibadət sayılır.

Tənhalığa çəkilib ancaq ibadət edərək, evlənmək, gəzmək kimi mübah işləri və halal qazanmağı tərk etmək tahrimən məkruhdur. (Tatarhaniyyə)

Hələ özünü möhtac vəziyyətə salmaq əsla caiz olmaz. Bir hədisi-şərif məali belədir:

“İşləməyib, özünü sədəqə istəyəcək hala salan 70 şeyə möhtac olar.” [Tirmizi]

O halda, dinimizin əmr etdiyi kimi halal yoldan çalışıb qazanmaq lazımdır. İşləmək ruzini artırmaz, amma səbəbə yapışmaq olur. Səbəblərə yapışmaq isə sünnətdir.

Dünyada rahat etmək üçün dua

Sual: Axirətimizi qazanmaq məqsədiylə dünyamızın rahat olması üçün dua etməkdə zərəri vardırmı?

CAVAB

Xeyr, çox yaxşı olar. Seyid Abdullah Dəhləvi həzrətləri, Mövlana Xalidi Bağdadi həzrətlərinə, “Məndən bir şey istə, amma tək şey olsun” dediyi vaxt o da, “Dinim üçün dünyalıq istəyirəm” demişdir, çünki dünyalıq olmazsa, istənildiyi kimi dinə xidmət edilə bilməz.

Mal, Allahu təalanın verdiyi bir nemətdir. Axirəti qazanmaq malla olar. Dünya və axirət malla intizam tapar, rahat olar. Həcc, cihad savabı malla qazanılır. Bədənin səhhətli, qüvvətli olması malla olur. Başqasına möhtac olmaqdan insanı qoruyan, maldır. Sədəqə vermək, qohuma əl tutmaq, kasıbların imdadına çatmaq malla olur. Məscidlər, məktəblər, xəstəxanalar, yollar, bulaqlar, körpülər inşa etmək, insanlara xidmət də malla mümkündür.

Mal sevgisi başqa, mal sahibi olmaq başqadır. Dünya və axirət səadətinə qovuşmaq və insanlara xidmət edə bilmək üçün mal və məqam sahibi olmaq çox yaxşıdır. Bütün dünya bir şəxsin olsa mala meyli olmadan dinə uyğun istifadə etsə çox böyük savab qazanır. Süleyman aleyhissəlam böyük bir zənginlik və səltənət içində ikən Qurani-kərimdə “O nə gözəl quldur” deyə təriflənmişdir.

Dünya malının çox olması pis deyil. Çünki Həzrəti İbrahim, Həzrəti Süleyman, Cənnətlə müdələnən Abdurrəhman ibn Avf həzrətləri və övliyanın böyüklərindən Ubeydullah Ahrar həzrətləri kimi bir çox böyük şəxslər çox zəngin idi.

Peyğəmbər Əfəndimiz “İnsanların ən yaxşısı onlara faydalı olandır” buyurur. (Qudai)

İnsanlara kömək etmək üçün çalışıb pul qazanmaq nafilə ibadət etməkdən daha çox savabdır. Cənnətin yüksək dərəcələrinə malla qovuşulur. Üç hədisi-şərif:

“Axır zamandakı ümmətim üçün mal sahibi olmaq səadətdir” [İ. Rafii]

“Bir zaman gəlir ki, pulu olmayan rahat ola bilməz” [Tabərani]

“Şərəfinizi mallarınızla qoruyun” [İbni Asaqir]

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину