Facebook Twitter WhatsApp

Depozit, ilkin ödəniş və komissiya

Sual: İcarədardan depozit almaq və bu depozitdən istifadə etmək, depoziti Azərbaycan manatı olaraq verib Azərbaycan manatı olaraq almaq caizdirmi?

CAVAB

İcarədardan depozit almaq caizdir. Alınan bu depozitdən daha sonra icarədarın icazəsi ilə istifadə etməkdə zərər yoxdur. İcazəsiz istifadə edilməsi tahrimən məkruhdur, haramdır. İcarədar razı olarsa, Azərbaycan manatı olaraq alıb Azərbaycan manatı olaraq qaytarmaq caizdir. Lakin bir neçə il sonra Azərbaycan manatının dəyəri düşərsə, dəyəri düşmüş pulu icarədara verərkən bir az düşünmək lazımdır. Bunun üçün depozitləri qızıl olaraq vermək daha yaxşı olar, itki çox  olmaz.

Depozit, əmanət deməkdir. Əmanətdən də icazəsiz istifadə etmək caiz olmaz. Bunun kimi, filankəsə aparmaq üçün əmanət bir kiloqram alma alan adamın, verənin razılığı olmadıqca, onları yeyib, daha keyfiyyətlisindən alaraq başqa almaları aparması caiz olmaz. Əmanətə xəyanət etmiş olar.

Sual: Evimi satdım. Satın alan şəxs, ilkin ödəniş (beh) də verdi. “Bir neçə gün sonra gəlib pulun hamısını verərəm” dedi. Bir ay keçdiyi halda gəlmədi. Evi başqasına satmaq caizdirmi?

CAVAB

Alıcı sözündə durmadığı üçün evinizi sata bilərsiniz. Gələndə behini də qaytararsınız.

Hava pulu almaq

Sual: İcarəyə dükan üçün hava pulu istəyirlər. Dinimizə görə də hava pulu vermək caiz olmadığına görə, istənilən pulu verib dükanı icarəyə götürmək üçün nə etmək lazımdır?

CAVAB

Dükanı saxlamaq lazımdırsa, pul vermək məcburiyyəti varsa, məsələn, dükan sahibinin köhnə bir kürsüsünü verəcəyi hava pulu qədər qiymətə satın ala bilər. Buna da imkan yoxdursa, pulu verib dükanı tutar. Hava pulu verənə deyil, alana günah olar.

İlkin ödəniş(beh) vermək

Sual:İlkin ödəniş(beh) vermək işi, daha çox ev və ya avtomobil satarkən olur. Satıcı, “Bizə beh ver ki, evi və ya avtomobili başqasına satmayaq” deyir. Alıcı daha ucuz ev və ya avtomobil tapanda satışdan imtina edir. Aldığı beh satıcıya halal olurmu?

CAVAB

Edilən satış müqaviləsini tək tərəfli olaraq alıcı da, satıcı da poza bilməz. Pozarsa pozması etibarlı olmaz. Tək tərəfli pozulmuşsa sözündə durmamış olar, günaha girər. Beh geri verilər. Müqavilə hər iki tərəfin razılığıyla pozulmuşsa, yenə də beh qaytarılır. Müqavilədən imtina etdiyi halda, behi qaytarmamaq haram olar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину