Facebook Twitter WhatsApp

Dini istismar

Sual: Quran oxumağı öyrənmək və başqa dini bilgilər üçün, CD-lər və kompyuter proqramları hazırlayanlar, “Surətini çıxarana haqqımızı halal etmirik, hər kəs pulla satın alsın!” deyirlər. Bunların surətini çıxarmaq qul haqqı olarmı? Mushafdan və dini öyrədən nəşrlərdən pul qazanmaq, surətini çıxarana “ Haqqımı halal etmirəm” demək caizdirmi?

CAVAB

Dini ticarətə alət etmək ən böyük günahlardan biridir. Bu CD-ləri, kitabları və Mushafları satmaq, Qurani-Kərim öyrədilməsinə, oxunmasına səbəb olmaq niyyətiylə olarsa, caiz və savab olar, amma belə niyyətin əlaməti bunları dəyərinə yaxın, çox az bir qazancla satmaqdır. Başqa gəliri də varsa, Mushafı mənfəətsiz satmaq lazımdır. Yalnız kağız, işçi məsrəfi və xərcləri almaq caizdir. (S.Əbədiyyə)

Qurani-Kərimdən və ya dini nəşrlərdən pul qazanmaq çox çirkindir. Bir neçə hədisi-şərif məali belədir:

“Axır zamanda din adamları xalqın istədiyi yöndə fətva verib, halala haram, harama halal deyəcəklər, Quranı ticarətə, mənfəətə alət edəcəklər.” [Deyləmi]

“Axır zamanda dünya mənfəəti üçün dini alət edən riyakarlar çıxacaq. Sözləri baldan şirindir. Bunlar quzu yununa örtünmüş qurdlardır.” [Tirmizi]

“Ən pis insan dini dünya malına alət edəndir.” [İbni Asakir]

“Allahu təala Adəm əleyhissəlama min növ sənət öyrədib buyurdu ki: Uşaqların və nəslin bu sənətlərdən biri ilə ruzisini tələb etsin, əsla dini dolanışıq vasitəsi etməsin, dindən istifadə edərək dünya malı yığanlara təəssüflər olsun!” [Hakim]

“Təəssüflər olsun elmini ticarətə alət edən elm sahibi pis kəslərə ki, dövlət adamlarına yaxınlaşar və qazanc təmin edərlər. Allah onların ticarətinə kasadlıq versin!” [Hakim]

“Bir vaxt gələr ki, insanlar yalnız malın, pulun gəlməsini düşünüb, halal-haram olduğuna baxmazlar.” [R.Nasıhin]

“Din bilgilərini dünya mənfəəti üçün öyrənənlərə, elmini pula dəyişənlərə qiyamətdə atəşdən paltar geydirilər.” [Deyləmi]

“Elm, dünya mənfəəti üçün öyrənildiyi və ibadətlər dünya mənfəətlərinə alət edildiyi vaxt fitnələr zühur edər.” [Abdürrəzzaq]

“İnsanların ən şərlisi simic olan, yalnız yeyən və xidmətçisini döyəndir. Bundan da pisi, insanlara hirslənən, nifrət edən və insanların özündən nifrət etdiyi kimsədir. Bundan da pisi, şərindən qorxulan və özündən xeyr gözlənilməyən kimsədir. Bundan da pisi, dünya qarşılığında axirətini satan kimsədir. Bundan da pisi din ilə dünyanı yeyən, yəni dini dünya mənfəətinə alət edən kimsədir.” [İbni Asakir]

Tacirin malını müştəriyə göstərərkən zikr, təsbeh, Kəlimeyi-tövhid, salavat oxuması günahdır. Bunları pul qazanmağa alət etmək sayılır. (Əl-İxtiyar)

Deməli, müştəri çəkmək məqsədiylə dükanına dini lövhələr asmaq da dini ticarətə alət etmək sayılır. Hələ dindən, imandan xəbərsiz şəxslərin bu hərəkəti dini istismar olur. Müştərini düşünmədən yalnız bərəkət üçün, faydasına inanaraq asmaq dini istismar olmaz.

Bir qeyri-müsəlman dükanına dini bir lövhə asır, bir fasiq dindar kimi görünür və ya Müsəlman hər hansı bir mənfəəti üçün dindən istifadə edirsə, dini istismar edir deməkdir. Bazarda Allah, Muhamməd yazılı təsbehlər, ayət yazılı yemək, içki qabları, stəkanlar satılır. Başqalarının günaha girməsinə vəsilə olacaq şəkildə dini belə ticarətə alət etmək daha çox günah olur.

Ağıllı insan axirətin sonsuz qazancını dünyanın müvəqqəti mənfəətiylə dəyişməz. Bütün yaxşılıqların dinin əmrlərinə əməl etməkdə olduğunu bilir. Bir hədisi-şərif məali:

“Dünya qazancını axirət qazancına dəyişən Kəlimeyi-tövhidi söylədiyi zaman Allahu təala, “Yalan söyləyirsən, sözündə səmimi deyilsən” buyurur.” [Beyhəqı]

Nəticə:

Din vasitəsilə pul qazanmaq və “Haqqımı halal etmirəm” deyərək, Qurani-Kərimin öyrənilməsinə mane olmaq caiz deyildir. Qanuni tərəfi fərqlidir, ancaq dini və Qurani-Kərimi öyrənmək üçün surətini çıxarmaq, artırmaq  caizdir. Saytlarımızdakı hər cür yazılı və səsli nəşrlərdən, hər kəs istədiyi kimi faydalana bilər, əslinə sadiq qalmaq şərtilə hər kəs istədiyi kimi çoxalda bilər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину