Facebook Twitter WhatsApp

Kirayə vermək

Sual: Müsəlmanlar kirayə ev tapmaq çətinliyi çəkərkən, evini boş saxlamaq günah deyilmi? Bəziləri yaxşı insanların, salehlərin maddi imkanı çatmadığı üçün yüksək qiymət verən fasiqlərə, pis insanlara evini kirayəyə verirlər. Salehləri düşünməmək günah deyildirmi?

CAVAB

Müsəlmanlar kirayə ev tapmaq çətinliyi çəkərkən evi boş saxlamaq israf və günah olduğu kimi yüksək qiymətlə kirayə vermək də əsla uyğun deyildir.

Allahu təala, “Mənə şükür edin, nankorluq etmətin” buyurur. (Bəqərə 152)

Şükür nədir? İslam alimləri şükrə müxtəlif şəkildə tərif vermişdirlər: Şükür, İslamiyyətə tabe olmaq, Allahu təalanın verdiyi nemətlərdən Onun sevdiyi yerlərdə istifadə etməkdir. Hər üzvün şükrü vardır. Məsələn; gözün şükrü yoldaşların qüsurunu görməmək, qulağın şükrü söylənilən ayıbları eşitməmək, ayağın şükrü pis yerlərə getməmək, bədənin şükrü oruc tutmaqdır. Malın şükrü isə zəkat, sədəqə verməkdir.

Allahu təala insanları səbir və şükürlə sınayır. Kasıbı daha çox səbirlə, zəngini isə şükürlə sınayır. Allahu təalanın, “Şükür edin, nankorluq etməyin” buyurduğunu bildirmişdik. Nankorluq nədir? Nankorluq şükür etməməkdir.

İmam Mücahid Nəhl surəsinin, “Nemətin Allahdan gəldiyini etiraf edər, daha sonra da onu inkar edərlər. Onların çoxu kafirdir” məalindəki 83-cü ayəti kəriməsini “Nemətlərin Allahdan olduğunu bilərlər. Ancaq “Bunları biz qazandıq və ya bizə miras qaldı” deyərək nankorluq edərlər” deyə təfsir etmişdir.

Allahu təala bir müsəlmana iki ev ehsan edər. O da birini boş saxlayar və ya yüksək qiymətlə verər. Səbəb olaraq da, “Sən mənim ortağımsan? Mən bu evi nə çətinliklə aldım. Mən evimi istədiyim qiymətə, istədiyim kimsəyə fasiq, saleh ayırmadan verərəm” demək, imam Mücahidin təfsirində bildirdiyi nankorluğa bənzəməzmi? O ərazidəki kirayə evlər 200-250 manat ikən, yaxşı insanlar arasında qalmağı istəyən insanlara evini 350-400 manata kirayə vermək, bu yaxşı niyyətli insanları kənara, pislərin arasına atmaq sayılmırmı? Uşaqlarının pozulmasına səbəb olmazmı? Öz qohumuna və ya iş yoldaşına çox pul verə bilmir deyə, fasiqlərə, pis insanlara yüksək qiymətlə vermək şükür sayılırmı? Kimisi də, yüksək qiymətlə kirayə verənləri örnək göstərib, “Hər kəs yüksək qiymətlə verir, ancaq məni görürsən?” deyir. Halbuki hər kəsə tabe olmaq yaxşı deyildir. Qurani-Kərimdə məalən buyurulur ki:

“İnsanların çoxuyla ayaqlaşsan, onlar səni Allah yolundan sapdırarlar.” [Ənam 116]

Dinimiz yaxşı zənginləri tərifləyir, pis zənginləri pisləyir. Allahu təala buyurur ki:

“Qullarımdan şükür edən azdır.” [Səba 13]

“İnsan zəngin olduğu zaman azar.” [Ələq 6-7]

“Malı çox sevirsiniz.” [Fəcr 20]

“Qızıl və gümüşü [pulu] yığıb Allah yolunda sərf etməyənə çox acı bir əzab vardır.” [Tövbə 34]

“Mallarınız və uşaqlarınız Allahı xatırlamaqdan [yaxşılıq və ibadət etməkdən] uzaqlaşdırırsa, ziyana uğrayarsınız.” [Munafiqun 9]

Peyğəmbər əfəndimiz də buyurur ki:

“Yaxşılıq çox, əməl edən isə azdır.” [Hatib]

“Cəhənnəmdəki insanların çoxu zənginlərdir.” [İ.Əhməd]

“Zənginlər həlak olar. Ancaq malını Allah yolunda xərcləyən xilas olar. Belə zənginlər isə azdır.” [İbni Macə]

Evin şükrü necə olur? Təcrübələrlə sabitdir ki, birdən çox evini kirayə verib, bunu dolanışıq vasitəsi edən bu pulun xeyrini görməz. Çünki dinimiz evi çox olan satıb pulunu dəyərləndirilməsini və ya salehlərə Allah rizası üçün pulsuz və ya ucuz kirayə verilməsini tövsiyə edir. Çox evin şükrü ancaq belə olur. Yaxşılıq etmək, axirətdən başqa dünyada da faydalıdır. Belə ki, malı bərəkətli olar, xərclədiyi pul artıqlamasıyla ilə geri dönər. Hədisi-şərifdə, “Bir kimsənin namazı, orucu sizi yanıltmasın. Onu yaxşı anlamak üçün pul ilə arasının necə olduğuna baxın” buyuruldu.

Bir kimsənin pul ilə arasının necə olduğu da belə hallarda bəlli olur. O kimsənin namazı doğru olsaydı, onu pis əməllərdən çəkindirər, yaxşıları çətinliyə salmazdı. Peyğəmbər əfəndimiz gedən bir nəfərin kim olduğunu soruşdu. Oradakılar dedi ki: Bu, elə bir zəngindir ki, hansı qadınla evlənmək istəsə dərhal verilir, biri üçün vasitə olsa, dərhal qəbul edilir, ortaya bir fikir atsa, sözü keçər. Peyğəmbər əfəndimiz susdu. Oradan bir nəfər daha keçəndə, Rəsulullah onun da kim olduğunu soruşdu: Oradakılar dedi ki: Bu elə bir kasıbdır ki, bir qadınla evlənmək istəsə verilməz, birinə vasitə olsa vasitəçiliyi qəbul edilməz, bir şey söyləsə, sözü dinlənməz. Peyğəmbər əfəndimiz buyurdu ki:

“Bu saleh kasıb, o biri fasiq zəngin kimi dünya dolusu adamdan daha xeyirlidir.” [Buxari]

Nə xoşbəxtdir o zəngin ki, malını xeyirə xərcləyər.

 

Rəhm edənə rəhm edilir

Yuxarıdakı insaflı olmaqla əlaqədar yazı ilə bağlı dörd sual soruşuldu.

Birinci sual:

Bir evim olduğu halda, borclanaraq bir ev daha aldım. Borcumu ödəyənə qədər evimi normal qiymətinə görə kirayə verməyim günahdırmı?

CAVAB

Günah deyildir.

İkinci sual:

Evim, iş yerimə uzaq olduğu üçün, iş yerimə yaxın kiçik bir evdə kirayə qalıram. Boş qalan öz evimdə, bəzən uşaqlarım qalır. Rahat iş görə bilmək, istirahət etmək və daha başqa səbəblərdən özüm də gedib qalıram. Qonağım gələndə rahat etsin deyə boş qalan evdə qonaq edirəm. Bəzi qonşular da gəzinti yeri kimi istifadə edir. Evimdən belə istifadə etməyim günahdırmı?

CAVAB

Günah deyildir. Evi yalnız qonaq üçün ayırmaq da caizdir.

Peyğəmbər əfəndimiz, “Hər şeyin bir zəkatı vardır. Evin zəkatı isə qonaq otağıdır” buyurdu.

Evin bir otağı yerinə hamısını qonağa ayırmaq əlbəttə daha yaxşı olar.

Üçüncü sual:

Evimizi kirayə vermək üzrə məsləhətləşdik. Bir böyüyümüz, “Evi sat, pulunu qiymətləndir. Yaxut birinə ucuz ver, duasını al” dedi. Vəziyyəti xanıma izah etdim. “Böyüklərin sözünə hər vaxt riayət etmədiyinə görə, bu səfər də etmə” dedi. Bu söz mənim də ağılıma uyğun gəldi. Yenə xanımın sözünü dinləyib, evi yüksək qiymətlə kirayə verdim. Allahu təalaya üç cür şükr edirəm:

1- Bir ev sahibi olduğum üçün.

2- Ev boş qalmadığı üçün.

3- Yüksək kirayəyə verə bildiyim üçün.

Bir ev üçün üç dəfə şükr edən nankor ola bilməz. Nəhl surəsinin, “Nemətlərin Allahdan olduğunu bilərlər, ancaq “Bunları biz qazandıq və ya bizə miras qaldı” deyərək nankorluq edərlər” məalindəki 83-cü ayəti-kərimə ilə mənim əlaqəm yoxdur. Biz qazandıq demirik, Allah verdi deyirik.

Gələn il daha yüksək kirayə verərəm, daha çox şükr edərəm. Şükr edən bir kimsə ilə nankor bir olarmı?

CAVAB

Şükür nədir? Şükür hər üzvü, hər malı Allah rizasına uyğun istifadə etməkdir. Məsələn, gözü Allahu təala verdiyi üçün, o göz ilə Allahu təalanın haram etdiyi şeylərə baxmamaq lazımdır. Evi Allahu təala verdiyi üçün, o evdə haram işləməmək lazımdır, kirayəyə veriləcəksə, yaxşı kəslərə ucuz vermək lazımdır! Beləcə, o qulun şükr etdiyi aydın olar. Evi yüksək qiymətə verib, “Ya Rəbbi, evimi daha yüksək qiymətə versəm, daha çox şükr edirəm” demək şükür sayılarmı?

İnsanlara rəhm edənə axirətdə rəhm edilər. Hədisi-şərifdə buyuruldu ki:

“Mərhəmət etməyənə, mərhəmət edilməz, rəhm etməyənə rəhm edilməz.” [Müslim]

Dördüncü sual:

Evi və ya başqa bir malı yüksək qiymətlə kirayə vermək günahdırmı?

CAVAB

Ev digər ticarət malları kimi deyildir. Hər malı alıcısı varsa aldatmamaq şərti ilə yüzdə yüz, hətta yüzdə min qazancla satmaq günah deyildir. Çünki Peyğəmbər əfəndimiz dinimizdə qazanc həddinin olmadığını bildirir.Ancaq ev dinimizdə nəfəqəyə daxildir.

Nəfəqədən olan qida maddələrini, “Mal mənimdir” deyə bahalaşanda satmaq üçün saxlamaq günahdır.

İmam Qəzali həzrətləri buyurur ki:

Qida maddələrini bazardan yığıb, bahalaşanda satmaq niyyətilə saxlamaq, ehtikar [qara bazar] olar, günah olar. Peyğəmbər əfəndimiz buyurdu ki:

“Aldığı qida maddələrini bahalaşdığı vaxt satmaq üçün qırx gün saxlayan, hamısını kasıblara pulsuz paylasa da, günahını ödəyə bilməz.” [Deyləmi]

“Qida maddələrini qırx gün saxlayan Allahdan uzaqlaşmış olar.” [Hakim]

“Başqa yerdən qida maddəsi satın alıb, şəhərə gətirib bazara görə satan, onu sədəqə vermiş və ya kölə azad etmiş kimi savab qazanar.” [İ.Qəzali]

Qida maddəsi kimi nəfəqədən olan ev üçün də ehtikar etmək doğru deyildir.

Ehtikar etmək, ev axtaranların çox olmasını qənimət bilmək, əgər pulu sevməkdən irəli gələrsə, çox pisdir. Peyğəmbər əfəndimiz buyurdu ki:

“Pulu sevən həlak olar.” [Tirmizi]

“Pula tapınana lənət olsun!” [Tirmizi]

“Pul sevgisi insanı məhv edə bilər.” [Tabərani]

Vəzir padşaha deyər ki:

- Elə bir iş et ki, hər kəs səni sevsin.

- Nə edim?

- Pulu düşmən bilənlə hər kəs dost olar. Pul qılınc kimidir, istifadə etməsini biləni güldürər, bilməyəni öldürər.

 

Kirayə müqaviləsi

Sual: Bir kimsə ilə “Sən mənim evimdə pulsuz qal. Mən də sənin tarlanı pulsuz əkib-becərim” deyərək belə bir razılaşma edilsə, uyğun olar?

CAVAB

Uyğun deyildir. Evin kirayəsi qarşılığı olaraq tarlanı kirayə almaq caizdir. Evimin kirayəsinə qarşılıq tarlanı kirayəyə alıram deyilə bilər. Belə bir razılaşma etmək caizdir. Bəziləri də borc pul verib, “Evində pulsuz qalım” deyir. Yəni, “Pul faizsiz, ev kirayəsiz” deyilir. Halbuki pulun faizinə qarşılıq evdə qalır. Bu caiz olmaz.

Sual: Oğru qapını qırıb evə girsə, qapıdakı zərəri kirayəşin ödəyər? Zəlzələdən ev dağılsa kim ödəyər?

CAVAB

Zəlzələnin və oğrunun verdiyi zərəri kirayəşin ödəməz. Kirayəşin öz laqeydliyi olan işlərdəki zərəri ödəyər.

Sual: Ev sahibi razılaşmamız sona çatdıqdan sonra dəyərindən baha kirayə istəyir. Dəyərindən çox verməsəm günah olar?

CAVAB

Bəli, günah olar.

Sual: Açıq qalan kran qonşuya zərər verib. Zərəri ödəmək lazımdırmı?

CAVAB

Bəli. (Məcəllə)

Sual: Binanın damının  və bağçanın təmir xərcini kim verməlidir?

CAVAB

Razılaşmaya görədir.

Sual: Biri, “Qaldığın evdən çıx, sənə başqa bir ev tapdım” dedi. “Evin boyasını da et” dedim. Bu şərtlə evi vermək caizdirmi?

CAVAB

Razılaşma təmirdən sonra olar. Razılaşmada şərt deyilməz.

Sual: Müqavilə müddəti bitmədən kirayəşini çıxarmaq caizdir?

CAVAB

Xeyr.

Sual: Evi bir illiyinə kirayələdik. Bir müddət sonra sahibi öldü. Oğlu müddət bitmədən evdən çıxara bilərmi, kirayəni artıra bilərmi?

CAVAB

Müqavilə müddəti bitənə qədər çıxara bilməz, artıra bilməz.

Sual: 5 ortaqlı dükanda kirayəşinəm. Şərikin biri dükanda qalmağıma razı olmazsa, çıxmağım lazımdırmı?

CAVAB

Bəli.

Sual: Kirayə götürdüyüm tarla məhsul vermədi. Ödəniş verməyim lazımdır?

CAVAB

Bəli.

Sual: Kənddə bir az ərazim var. Bir yoldaş, “tarlanı mən əkib-becərim” dedi. Ödəniş filan demədi. Mən də səmimi olduğumuz üçün bir şey demədim. Heç ödəniş istəməsəm, nə verərsə alsam, verməsə almasam zərəri olarmı?

CAVAB

Ödəniş alacaqsanızsa, bazarlıq edin! Vəziyyəti yaxşı olanın evindən kirayə, tarlasından ödəniş almamasının çox daha yaxşı olduğunu “Din qardaşına tarlasını kirayə vermək yerinə ödəniş almadan əkdirmək çox savabdır” hədisi-şərifi açıqca bildirir. (Nəsai)

Sual: Kirayəşin köhnələn hamam qazanını satıb, yerinə yenisini alsa, ev sahibinə xəbər verməsi lazımdır?

CAVAB

Xəbər vermək yaxşı olar.

Sual: Evimi kirayə verərkən bir illiyini nağd istəməyimdə zərər vardırmı?

CAVAB

Zərəri yoxdur, ancaq kasıbları nəzərə almaq çox savabdır. Ümumiyyətlə kirayəşin kasıb kimsədir. İnsanlara mərhəmət etmək lazımdır, ödəmə asanlığı göstərmək lazımdır. Müsəlmanın ehtiyacını yerinə yetirmək, çətinliyini aradan qaldırmaq lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Kim din qardaşının ehtiyacını qarşılayarsa, Allahu təala da onun ehtiyacını qarşılayar. Kim bir müsəlmanın çətinliyini aradan qaldırarsa, Allahu təala da qiyamət günü onun bir çətinliyini aradan qaldırar.” [Buxari]

“Allahu təalanın qullarına faydalı olmaları üçün onlara xüsusi nemətlər lütf etdiyi bəzi insanlar vardır. Bu nemətləri digər insanlara payladıqları müddətcə, Allahu təala onları bu nemətlər içində saxlayar. Əgər paylamaqdan imtina edib, qaçsalar, bu nemətləri onlardan alar, başqalarına verər.” [Tabərani]

“Bir qul din qardaşına kömək etdiyi müddətcə Allahu təala da onun köməkçisi olar.” [Müslim]

Zəngin Müsəlman insaflı olmalı, evinə yüksək kirayə istəməməlidir.

 

Bank və ya spirtli içki satana kirayə vermək

Sual: İş yerini bir banka və ya spirtli içki satan birinə kirayə vermək caizdir?

CAVAB

Banka kirayə vermək caiz isə də, spirtli içki satana vermək caiz olmaz.

 

Kitab kirayə götürmək

Sual: Oxumaq üçün ödəniş ilə kitab kirayə götürmək caizdirmi?

CAVAB

Oxumaq üçün kitab kirayə götürmək caiz deyildir. (Xülasə)

Ehtiyac halında kitabxanalara, dərnəklərə, üzvlük haqqı verilərək üzv olunar, kitab alarkən ayrıca ödəniş verilməzsə, oxumaq üçün kitab almaq caiz olar.

Daşınmaz əmlakın bazar qiyməti
Sual:
 Dükanı 5 illiyə kirayə verdim, ancaq hal-hazırda pulun dəyəri düşdü. Eyni əmsaldakı dükan 2-3 dəfə baha qiymətə kirayə verilir. Bazar qiymətini tələb etmək caizdirmi?

CAVAB
İstəmək caizdir, lakin zorla məcbur etmək, verməyə məcbursunuz demək caiz olmaz. Çünki müqaviləni tək tərəfli olaraq pozmaq haqqınız yoxdur. Razı olarsa, bazar qiymətinə uyğun şəkildə kirayə haqqı artırılar.

Sual: Bir evin kirayəsi qarşılığında bir torpaq sahəsini kirayə götürmək və namaz qılmaq üçün yer kirayə götürmək dinimiz cəhətdən uyğundurmu?
Cavab: Bir mənfəəti, başqa cins bir mənfəət qarşılığı kirayə vermək caizdir. Evin kirayəsi qarşılığında torpaq sahəsini kirayə götürmək caizdir. Ancaq, paltar kirayə verib, kirayə olaraq başqa paltar almaq caiz olmaz. Bir yeri namaz qılmaq üçün kirayə vermək caiz deyildir. Bunun kirayə pulunu almaq haramdır. Buranı bir iş görmək üçün kirayə götürüb və namaz da qılmaq olar.

Sual: Kirayə verilən ev, avtomobil kimi şeyler xəsarət gördüğü zaman bu zərəri kirayəşin, yoxsa mal sahibi ödəməlidir?
Cavab:
 Kirayə verilən mal kirayəşinə təslim edildikdə əmanət sayılır, kirayəşinin əlində qəsdsiz tələf olduqda, zərərə uğradıqda, bu zərəri ödəməz. Kirayə verilən malı uyğunsuz şəkildə istifadə etmək qəsdən tələf etmək sayılır. Əgər kirayəşin qəsdən zərər veribsə, meydana gələn zərəri ödəməlidir.

Sual: Kirayədəki bir evi və ya dükanı satın alan bir şəxs ev və ya dükandakı kirayəşini dərhal çıxara bilərmi?
Cavab:
 Kirayədə olan malı satın alan başqa bir şəxs müqavilə müddəti bitmədən kirayəşini çıxara bilməz. Müştəri müqavilə müddəti bitənə qədər gözləməli və ya kirayə aktını məhkəmənin qərarıyla ləğv etdirməlidir.

Sual: Bir torpaq sahəsini kirayə götürərkən nə əkiləcəyini müqavilə bağlanarkən bildirilməlidirmi və ağac əkmək üçün də torpaq sahəsi kirayə götürmək olarmı?
Cavab:
 Torpaq sahəsi kirayə verilərkən nə əkiləcəyi bildirilməli və ya hər şey əkmək olar deyilməlidir. Torpaq sahəsini; bina tikmək, ağac əkmək üçün də kirayə götürmək olar. Müddət bitdikdə bunlar sökülməlidir və ya torpaq sahibinin bunları satın alması lazımdır. Yonca da ağac sayılır.

Sual: Ev, dükan, torpaq kimi heyvan, avtomobil, paltarı da kirayə götürmək olarmı?
Cavab:
 Heyvan- minmək, yük daşımaq, paltar da geyinmək üçün kirayə götürülür. Şərtə riayət etməyib heyvan, ev və paltar zərər görərsə, kirayəşin təzminat ödəməlidir. Zərər verməyən şeylər şərt edilərsə, əməl etmək lazım olmaz. Məsələn, evdə iki nəfər qalacaq deyilsə, üç, beş nəfər də qala bilər.

Sual: Evi, torpaq sahəsini kirayə götürərkən, bir illik kirayə pulu deyilib, amma müddət bildirilməmişsə, bunun müddəti nə qədər olacaq və müddət nə vaxt başlayır?
Cavab:
 Evin, torpağın bir illik kirayə pulu deyilib, amma müddət deyilməzsə, müddət bir il olur. Müddət söz kəsildiyi gün başlayır. Ödəniş isə mal təslim alınan gün başlayır.

Sual: Buğda əkmək üçün torpaq sahəsi kirayə götürən şəxs buğdalar yetişmədən kirayə müddəti bitərsə, nə etməlidir?
Cavab:
 Buğdalar yetişmədən kirayə müddəti bitərsə, buğdalar yetişənə qədər kirayə müddəti uzadılmalıdır.

Sual: Ev və ya torpaq sahəsi məktub, mail yazaraq bu cür yazışma üsuluyla da kirayə verilə bilərmi?
Cavab: Məktublaşma yolu ilə də kirayə vermək caizdir. Kirayədə cavab verməmək qəbul deməkdir.

Sual: Buğda əkmək üçün kirayə götürülən torpağa yonca əkilərsə, torpağın kirayəsi dəyişərmi?
Cavab:
 Kirayəşin torpağa buğda əkəcəyəm deyib, amma yonca əkərsə, torpaq sahibi kirayə pulunu artıra bilər.

Sual: Yük üçün heyvan və ya yük maşını kirayə götürən şəxs bunlara istədiyi yükü yükləyə bilərmi?
Cavab:
 Heyvana, yük maşınına qoyulacaq əşyanın cinsi deyil, ağırlığı şərt edilir. Ancaq zərərli şey yüklənməməlidir. Heyvanı çəkərək və ya döyərək şikəst edərsə, ödəməlidir.

Sual: Fəhləyə təslim edilən və yük maşınına yüklənən yük zərər görərsə, bu zərəri fəhlə və ya kim ödəməlidir?
Cavab:
 Fəhlə yük maşını şərt edilən yoldan getməyib, əşya tələf olsa, getdiyi yol işlək deyildirsə və ya nasazdırsa, yük maşınının sahibi və fəhlə bunun əvəzini ödəməlidir. Belə deyildirsə, ödəməsi lazım deyil.

Sual: Dükana və ya evə daha çox kirayə pulu verən olduğu zaman müddət bitmədən kirayəşini çıxarmaq olarmı?
Cavab:
 Mal sahibi daha çox kirayə pulu verən tapdıqda müddət bitmədən müqaviləni, anlaşmanı poza bilməz.

Sual: Kirayədəki bina və əşyalar qırıldıqda təmiri kirayəşinəmi, yoxsa ev sahibinəmi aid edilməlidir?
Cavab:
 Kirayədəki binanın və əşyanın təmiri və zamanla tıxanmış boruların təmiri ev sahibinə aiddir. Ev sahibi təmir etməzsə, kirayəşin evdən çıxa bilər. Lakin kirayəşin ev sahibini təmir etdirməyə məcbur edə bilməz, zorla etdirə bilməz. Ev sahibinin izni ilə kirayəşin özü edərsə, pulunu ev sahibindən kəsə bilər. Kirayəşin xəbər vermədən özbaşına edərsə, pulu kəsə bilməz. İstifadə üçün lazım olan şeylərin təmir pulunu da kirayə pulundan kəsə bilməz.

Sual: Bir dükanı kirayə götürən şəxs bir neçə ay o dükana köçməsə, yenə də kirayə pulunu ödəmək məcburiyyətindədirmi?
Cavab: Bir dükanı kirayə götürüb təslim alan şəxs bir müddət orada iş görməsə, dükan qapalı qalsa, kirayə haqqını tam verməlidir. Bir illik; hər ayı bu qədər manata demək caiz olduğu kimi, illik ümumi məbləği söyləmək də caizdir. Kirayəşin sənətini dəyişdirərsə, iflas olarsa, başqa şəhərə köçərsə, kirayə ləğv olunur.

Sual: Bir evi və ya dükanı kirayə götürən, bu evdən və dükandan istədiyi kimi istifadə edə bilərmi?
Cavab: Ev və dükan kirayə verilərkən içərisində nə ediləcəyi söylənməzsə, binaya zərər verməyəcək hər iş etmək olar.

Sual: Şan-şöhrət üçün avtomobil, iyləmək üçün çiçək, oxumaq üçün kitab kirayə vermək olarmı?
Cavab: Dürr-ül-muxtar və Rədd-ül-muxtarda deyilir ki:
“Bir mal dini və əqli yöndən harada istifadə olunursa, o məqsədlə istifadə etmək üçün kirayə vermək olar. Parçanı, ev və mətbəx əşyasını, bəzək, şan-şöhrət olsun deyə saxlamaq; evi orada qalmadan, qızılı, gümüşü və avtomobili istifadə etməyib, başqalarına göstərmək üçün kirayə ilə almaq fasid olur. Ödəniş etmək lazım deyil. Çünki bu mallar lazım olan, ehtiyac olan yerlərdə istifadə etmək üçün kirayə verilməmişdir. Bunlar yersiz istifadə olunsa belə kirayə vermək lazım deyil. İyləmək üçün çiçəyi və oxumaq üçün kitabı kirayə vermək caiz deyildir. Ödənişi və zamanı söyləyərək borc vermək də kirayə verilmiş sayılır. Ancaq ödəniş haqqı söyləmədən kirayə vermək borc sayılmır, fasid icarə sayılır.”

Sual: Südü üçün inəyi, qoyunu, meyvəsi üçün ağacı kirayə götürməyin dini hökmü nədir?
Cavab: Dürr-ül-muxtar və Rədd-ül-muxtarda deyilir ki:
“Kirayə müddəti ərzində korlanıb, tələf olan və ya istifadə edərkən xarab olan şeyləri kirayə vermək caiz deyildir. Məsələn, pul kirayə verilməz. Çünki istifadə edərkən əldən gedir. Südü üçün heyvanı, meyvəsi üçün ağacı və ya üzüm tənəyini, qoyun otarmaq üçün torpaq sahəsini, yunu üçün heyvanı kirayə vermək caiz deyildir, fasiddir.”

Uzunmüddətli kirayə vermək
Sual: Ataları vəfat etmiş yetimlərin torpaq sahəsini bir ildən uzun müddətə kirayə götürmək doğru deyildirmi?

Cavab: Mövzu ilə əlaqədar olaraq Dürr-ül-muxtar və Rədd-ül-muxtarda deyilir ki:
“İcarənin, yəni kirayənin səhih olması üçün ödənişin və mənəətin bildirilməsi şərtdir. Yerin və torpaq sahəsinin məfəəti zaman bildirməklə müəyyən olur. Sənətkarların qazancı, müddəti və işi birlikdə söyləməklə, nəqliyyat vasitələrində isə bu iki şərtdən hər hansı birini söyləməklə məlum olur. Vəqfin, yetimin, Beyt-ül-mala məxsus olan torpaq üç ildən, ev, dükan isə bir ildən çox kirayə verilə bilməz. Uzun müddət kirayə verilmələri üçün Hənbəli məzhəbi təqlid edilməlidir. Lakin, kirayə şərtlərinin hamısının Hənbəli məzhəbinə uyğun olması lazımdır. Qızıldan və gümüşdən olan zinət əşyasını bəzək olaraq istifadə etmək üçün və paltar, parça, geyinmək üçün kirayə vermək olar.”

İbadət etmək üçün insan kirayə götürmək!..
Sual: Dinimizdə özünün və ya başqasının yerinə ibadət etmək, məsələn, namaz qılmaq, Quran oxumaq üçün kimisə kirayə götürmək, adam tutmaq doğrudurmu?
Cavab:
 İbadət etmək üçün adam kirayə götürmək və namaz qılmaq üçün ev kirayə götürmək Hənəfi və Hənbəli məzhəblərində səhih deyildir. Məsələn, ödənişlə azan oxutmaq, həccə göndərmək, imam tutmaq, Qurani-kərim öyrətmək, din dərsi öyrətmək caiz deyildir. Şafii və Maliki məzhəblərində məzar başında və sahibinin yanında ödənişlə Qurani-kərim oxutmaq caizdir. Lakin, bu məzhəblərdə bədən ilə yerinə yetirilən ibadətlərin savabları başqalarının ruhuna göndərilə bilməz. Sonradan gələn din alimləri Qurani-kərim və din dərsi öyrətmək və azan, imamlıq üçün pulla adam tutmaq caizdir, dedilər. Bunlara razılaşmadakı ödənişi vermək lazımdır. İbni Abidin bu sətirləri izah edərkən buyurur ki:

“Əslində, ödənişlə ibadət etdirmək caiz deyildir. Çünki, hədisi-şərifdə;
Qurani-kərim oxuyun. Ancaq, bunu dolanışıq vasitəsinə çevirməyin!” buyuruldu. Bir hədisi-şərifdə;
“Azan oxuyun. Azan üçün pul almayın!” buyuruldu. Son dövrlərdə dində zəiflik başladığına görə Qurani-kərimin və din bilgilərinin unudulmaması, imamlıq, müəzzinlik etmək üçün ödəniş etmək zərurəti əmələ gəlmişdir. Lakin bu fətva bütün ibadətlərin ödənişlə oluna biləcəyini göstərməz. Yalnız saydıqlarımız zərurət olub, məzhəbin əslindən kənarda qalmaqdadır. Hafizlərə ödənişlə Qurani-kərim oxutmaq zərurət olmadığı üçün mütləq caiz deyildir. Tac-üş-şəria, Hidayə şərhində deyilir ki:
“Ödənişlə oxunan Qurani-kərimdən nə ölüyə, nə də oxuyana savab hasil olmaz.” Eynilə Hidayə şərhində deyilir ki:
“Hafizlər pul üçün, mal üçün oxumamalıdır. Hafiz də, pulu verən də günaha girər.”

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину