Facebook Twitter WhatsApp
  • Əhli Sünnə üçün Dini Kitablar
  • Azərbaycan dilində olan Dini Kitablar siyahısı
  • Rus dilində olan Dini Kitablar siyahısı
  • Gözəl İslam Youtube Kanalımız

Hikmət Əhli buyurdu ki,

"İstiqamət, yəni doğruluq üzrə olmaq lazımdır; çünki ən böyük kəramət, istiqamət üzrə olmaqdır."

Sizin üçün maraqlı

Sual: Ruzi haqqında bilgi verərsinizmi? CAVAB Allahu təala hər insanın və hər heyvanın ruzisini əzəldə təqdir etmiş, ayırmışdır. İnsanların və heyvanların əcəlləri və nəfəslərinin sayı bəlli olduğu kimi, hər insanın ruzisi də bəllidir. Ruzi heç dəyişməz, azalmaz və çoxalmaz. Kimsə kimsənin ruzisini yeyə bilməz. Kimsə öz ruzisini yeyib bitirmədən. Davamını Oxu...


GÜNÜN SÖHBƏTİ

Övladım əlimdən getdi

06-Oct-2026, 13:53


Sual: Evlənərkən qız və oğlan tərəfinin nəyi düşünməsi lazımdır?

CAVAB

Seyid Abdülhakim Arvasi həzrətləri, “İki ailənin də qarşı tərəfin fikrinə, övladım əlimdən getdi deyə bir düşüncə gətirməyəcək şəkildə davranması lazımdır” buyurur.

Hansı tərəf, “Övladım əldən getdi” deyə düşünərsə gənclərin ailəsini də, qarşı ailəni də sıxıntıya salar. Bu düşüncənin qüvvətinə görə sıxıntının şiddəti artar. Bu yanlış davranışları əldən çıxan övladını qurtarmaq üçün edər, amma əslində bir ailəni də dağıdar. Öz ağlı ilə övladını qurtaracağı üçün zərrə qədər kədərlənməz, döyüş qazanmış komandir cildinə girər, amma bir ailə dağıtmışdır. Hər iki tərəfin də uşaqlarının ailə nizamına qarışmaması lazımdır. 

Hər iki tərəfin də özlərinin bir zamanlar etdiyi kimi uşaqlarının da artıq yeni bir ailə olduqlarını qəbul etmələri, onları saleh bir qonşu, saleh bir yoldaş kimi görmələri, övladım-övladım deyə yanıb tutuşmadan, bu həyat həqiqətini qəbul etmələri lazımdır. İnsanın saleh dostu həyat yoldaşı ilə xoşbəxtdirsə, onun ailəsiylə yaxşı dolanırsa, necə məmnun olursa, övladının da həyat yoldaşı və onun ailəsiylə yaxşı dolanmasına belə çox sevinməsi lazımdır. Övladım əlimdən getdi deyə düşünməmək lazımdır. Yaxşı bilməlidir ki, onlar da artıq yeni bir ailədir, onların da öz xəyalları, öz prinsipləri, öz zövqləri vardır. Bir-birlərini ana-atalarından daha yaxşı tanıyarlar. Həyat yoldaşı insanın ən yaxını, sirdaşıdır. Xasiyyətini ən yaxşı o bilər. Xəbərdar olduqları anlaşmazlıqlarda kim haqlı olarsa olsun, öz uşağının deyil gəlinin və ya kürəkəninin tərəfini tutması lazımdır. Əslində belə hallar ailə içində qalmalı, ana-ataya söyləməmək lazımdır. Buna baxmayaraq xəbərdar olsalar, nəsihət lazım olan hallarda, öz uşaqlarına şirinliklə nəsihət etməsi, maddi kömək lazım olan vəziyyətlərdə kömək etməsi lazımdır. Övladım deyə yanan, övladını da yandırar, ailəsini də yıxar, amma bunun çətinliyini həm dünyada, həm də axirətdə çox çəkər. Hər kəsin nəfsinə hakim olması, həyatın gerçəklərini qəbul etməsi lazımdır!

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину