Facebook Twitter WhatsApp

Xətm savabı

Sual: Fiqh kitablarına yüklənib, məscid divarını kirlətməklə məşhur biri, “Dində, Quranı xətm etmək deyə bir şey yoxdur. Xətm, bitirmək deməkdir. Bitirmək deyə ibadət olmaz. Quran oxu, amma harasından istəyirsən oradan oxu” deyir. Quranı xətm etmək ibadət deyildirmi?

CAVAB

Xətmin, kəlimə mənası bitirmək, sona çatdırmaq olsa da, fiqhdəki mənası bir adamın Qurani-kərimi başdan sonuna qədər oxuyub bitirməsi deməkdir. Xətmin əhəmiyyəti haqqında çox hədisi-şərif vardır. Bir neçəsinin məali belədir:

“Qurani-kərimi xətm edənə altmış min mələk istiğfar edir.”(Deyləmi)

“Qurani-kərimi xətm edənin duası qəbul olunur.” (Tabərani, İbni Hibban)

“Qurani-kərimi xətm edənin qəbul edilən bir dua haqqı olmasından əlavə ona Cənnətdə bir ağac da verilir.” (Hatib)

“Xətm edənin dünya və ya axirət üçün etdiyi dua qəbul olur.” (Beyhəqı)

“Xətmi oxuyan və dinləyənlərin duası qəbul olur.” (Əbu Nuaym)

“Beş vaxt namazdan sonra edilən dua kimi, xətmdən sonra edilən dua da qəbul olur.” (Tabərani)

“Xətm duası olunan yerdə hazır olan, qənimət paylaşdırılan yerdə olan şəxs kimidir. Xətmə başlanan yerdə olan, cihad edən kimidir. İkisində də iştirak edən, iki savaba da qovuşar və şeytanı rəzil edər.” (Xəzinətül-əsrar)

“Üç dəfə İxlas surəsini oxuyan Quranı xətm etmiş kimi savaba qovuşar.” (Ey Oğul Elmihalı)

Xətmin dində yeri böyükdür. Din kitablarında xətmlə bağlı çox bilgi vardır. İmamı-Rəbbani həzrətləri, “Ramazanı-şərifdə Qurani-kərimi xətm etmək əhəmiyyətli bir sünnətdir” buyurur. (1/45)

İmamı-Zahidi həzrətləri, “Xətm oxuyan hafizə az hədiyyə verməməlidir” buyurur. Hafiz, bazarlıq etmədən, Allah rizası üçün xətm oxuyarsa, oxudanın hədiyyə etdiyini alması caiz olur. Azdır deyə etiraz edərsə, aldığı haram olar. (Havi, Hadiqa, Bəriqa)

Qurani-kərimi qırx gündə xətm etmək müstəhəbdir. Xətmdən sonra edilən dua qəbul olur. Xətm bitincə, yenidən xətmə başlamaq niyyətilə Fatihə oxunmalıdır. Hədisi-şərifdə, “İnsanların ən yaxşısı, xətmi bitirincə yenidən başlayandır” buyuruldu. (Şirə şərhi)

Qurani-kərimin xətm edildiyi yerə rəhmət yağar. Xətmdə yığışmaq və xətmdən sonra dua etmək müstəhəbdir. Abdullah ibni Abbas həzrətləri xətm oxuyanın yanında adamını qoyardı. Xətm bitəcəyi zamanı eşitdikdə, özü də orada hazır olardı. Ənəs ibn Malik həzrətləri xətm etdiyi zaman, ailə-uşağını yığıb dua edərdi. Xətm bitincə, ikincisinə başlamaq müstəhəbdir. (Kitabüt-tibyan)

Qurani-kərimi Fatihədən başlayıb Fil surəsinə və ya İxlas surəsinə qədər oxuyub, sonrakı bir neçə surəni başqasına oxutsa, o da birinciyə vəkil olaraq qalan surələri oxuyarsa, Qurani-kərimi başından bəri oxumuş olan, xətm etmiş sayılmaz. Bunlardan birini dinləyənlər də, xətm dinləmiş sayılmazlar. Heç biri xətm savabına qovuşmaz. (Bəhcətül-fətava)

Bu qədər vəsiqələri inkar edib “Xətm deyə bir şey yoxdur” demək ağıllı və elmli adamın işi deyil.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину