Facebook Twitter WhatsApp

Televizorla namaz

Sual: Mərkəzi sistemlə azan oxunduğu kimi, bəzi məscidlərdə camaat imamı görsün deyə, divarlara televizor ekranı qoyulmağa başlanılıb. Bu da bidət deyildirmi?

CAVAB

Buna oxşar tətbiqlər Hindistanda da başlamışdı. Bu, Hindistanda olduğu kimi, sanki kiçik məscidlərdəki imamları aradan götürüb, mərkəzi məscidlərdəki imamlara uymağa hazırlıq görüldüyü hissini verir.

Hindistanda, bəzi məscidlərdə Vəhhabilərin imamsız olaraq camaatla namaz qıldıqları xəbərini aldıq. Bu məscidlərin böyük məscidə bağlı olduğu oradakı imamın səsini səsucaldıcıdan eşidərək, o imama uyulduğu bildirildi. Səsucaldıcının səsiylə və televizordakı imama uyaraq qılanların namazlarının səhih olmadığı, Hindistan alimlərinin Kəralada çıxardıqları Əl-Müəllim jurnalında Rəbiul-əvvəl 1406-ci və Dekabr 1985-ci il tarixli nömrəsində geniş yazılıdır. 1981-ci ildə Pakistanda çıxan Süyuf-ullahil-əcillə kitabında da, mikrofonla namaz qıldıran imama uymağın caiz olmadığı yazılıdır. (S. Əbədiyyə)

Pakistanda Camiai-Həbibiyyə üniversiteti dekanı, müdərris Həbibür-rahman, 1981-ci ildə həcdə olarkən, Vəhhabi imamın mikrofonla namaz qıldırdığını görüb, namazlarını ayrı qıldığı üçün, əllərinə qandal taxılaraq həbs edilmiş, həccini əda etməsinə mane olunaraq geri göndərilmişdir. (İslam Əxlaqı)

TV-dəki duaya amin demək

Sual: TV-də dua edən hocaya, mollaya, birbaşa öz səsi olmadığı üçün amin demək caiz olarmı?

CAVAB

Bəli, amin deyilər. Səsucaldıcı, söyləyənə vəkalətlik edir, onun adına bizə çatdırır, vəkil vəziyyətindədir. Vəkilə iş gördürməkdə zərər yoxdur. Hər hansı biriylə salam göndərildiyi və ya dua edildiği kimi, mikrofonlu cihazlarla da salam göndərmək və ya dua etmək olar. Biz, bu yollarla da göndərilən salamı alıb, duaya amin deyirik.

Namazda isə vəziyyət fərqlidir. Namazımızı vəkalətən başqasına qıldıra bilmərik. Səsucaldıcıdan çıxan səs, birbaşa söyləyənin öz səsi olmayıb, bənzəri, yəni vəkilin səsi olur. Başqa bir səsə çevrilir. O çevrilən səsə namazda uyulmaz. Həm də bidət də olur. Azan, namaz, Quran oxumaq kimi ibadətlərdən başqa, moizə oxumaq, dərs vermək kimi digər bütün işlərdə vəkalətlə iş gördürülür.

TV bir mizmardır

Sual: Tam Elmihalda, çalğıya və hər növ səs çıxaran alətlərə mizmar deyildiyinə görə TV və mikrofon da mizmar sayılır?

CAVAB

Bəli, onlar da mizmardır. Bu kitabın təravih bəhsinin sonunda deyilir ki:

Hər növ səs çıxaran çalğı alətlərinə mizmar deyilir. Davul, dəf, ney, zurna, kaman, ud, mikrofon, maqnitofon, televizor, bunların hər biri bir mizmardır. (S. Əbədiyyə)

Mizmar, hər növ çalğı, çalğı aləti deməkdir. Mikrofon da, mizmardır. (İslam Əxlaqı)

Səs çıxaran əyləncə alətləri, davul, təbil, ney, tütək, mikrofon - bunlar hamısı çalğı alətidir. Çalğı, özbaşına səs çıxarmaz. Səs çıxarmaları üçün, yəni istifadələri üçün, davul toqqacını gərilmiş dəriyə vurmaq, neyə, tütəyə üfürmək və mikrofona [TV-dəki mikrofona] söyləmək lazımdır. Bunlardan çıxan səs bu çalğıların hasil etdiyi səsdir. (S. Əbədiyyə)

Qurani-kərimi və [azan, iqamə, imamlıq kimi] digər vəzifələri mizmar çalğı alətilə oxumaq haramdır. Bir fasiqın, yəni açıq-aşkar günah işləyən şəxsin təmiz olaraq və ədəblə azan oxuması caiz deyildir. Mikrofon da, fisq [günah] olan mahnıları, qadın səslərini yaymaqda istifadə olunduğu üçün, bu fisq alətilə, [səs dəyişməsə belə] azan oxumaq caiz olmaz. Çünki ibadət dəyişdirmək olmaz. (İslam Əxlaqı)

Cihazla ibadət etmək

Sual: Qonşum camidən evinə naqillə bir xətt çəkib. Camiyə getmədən evindən imama canlı uyurmuş. Bəzən də canlı yayında Kəbədəki imama uyub, namaz qılırmış. Bunun bir zərəri vardırmı?

CAVAB

Bəli, ikisinin də zərəri vardır. Bir insanın kağız üstündəki rəsmi və ya güzgüdəki, yaxud canlı yayındakı rəsmi, o adamın özü deyil, təsviridir. Rəsmi cırsaq və ya ekrandakı canlı görüntünü yox etsək, sahibinə bir zərər gəlməz. Çünki özü deyil, görüntüsüdür. Canlı yayındakı görüntü necə birbaşa o adamın özü deyildirsə, səsi də özününkü deyildir.

Bir kimsənin səsi, səsucaldıcıya ötürüldükdə, elektrik və maqnitın hasil etdiyi bir səsə çevrilir. Bizim eşitdiyimiz səs, o adamın birbaşa öz səsi deyil, elektrik və maqnitin hasil etdiyi səsdir. Yəni səsucaldıcıdan çıxan səs, elektrikin təsirilə hasil olan maqnit qüvvələrinin titrəyərək dəmir lövhənin əmələ  gətirdiyi bir səsdir. Bu səs, o adamın səsinə, nə qədər çox bənzəyirsə bənzəsin, bənzəridir, eyni deyildir. Bu xüsusu müasir elektrik və elektronik mühəndisləri elmi cəhətdən isbat etmişlər.

Mikrofona danışan kimsənin səsi səsucaldıcıya ötürüldükdə dəyişib, başqa bir səsə çevrilir. Necə ki, bir inək fabrikin dəzgahına qoyulub, digər tərəfdən kolbasa formasında çıxarsa, artıq çıxan inək deyil kolbasadır. “Biz inək qoymuşduq, bu inəkdir” deyilməz. İnək kolbasaya çevrildi. Səsucaldıcıya verilən səs də dəyişir, metalik səs olur. Rəsmdən, görüntüdən o adamı tanıdığımız kimi, səsucaldıcıya verdiyi səsdən də tanıyırıq. Təsvir birbaşa o şəxsin özü olmadığı kimi, səsi də öz səsi deyildir.

Üzüm şirəsini saxlamaqla və ya mayalamaqla sirkə və ya şəraba çevrilir. Şəraba çevrildikdə, dəyişir, artıq ona “Bu, üzüm suyudur” deyilmir, “Bu şərabdır, bu sirkədir” deyilir. Səsucaldıcıya ötürülən səs də dəyişir.

İki ayrı şey bir-birinə çox bənzəsə də eyni deyildir. Məsələn, Əli ilə əkiz qardaşı Vəli, bir-birinə ayırd edilməyəcək dərəcədə oxşasa da, ayrıdır. Biri Əli, digəri Vəlidir.

TV-dəki təsvirə imam deyə uymaqla, səsucaldıcıdan çıxan səsə imamın səsi deyə uymaq eynidir. Təsvir birbaşa imam olmadığı kimi, səs də birbaşa imamın səsi deyildir. Ona görə təsvirə və cihazdan çıxan səsə uymaqla imama uyulmuş olmaz. Mexaniki səsə uyulmuş olur.

Səsucaldıcıdan gələn səs əks-səda da deyildir. Əks-sədaya da uymaq caiz olmaz. Rəddül-muxtarda, “Dağa çırpılıb, yayılan səs insan səsi olaraq qəbul edilmir. Vasitəsiz, birbaşa insan söyləməlidir. Əks-səda ilə gələn səs, həqiqi səs hökmündə olmadığı üçün, əks-səda ilə gələn bir səcdə ayəsi üçün səcdəyi-tilavət lazım deyil” buyurulur.

Namaz qılarkən təsviri videoya çəkilmiş imama uymaq caiz olmadığı kimi, TV-nin canlı yayınında da imamı görsək, belə bir imama uymaq da caiz olmaz. Yaxud mikrofon və ya radio vasitəsilə gələn səs də, imamın səsi olmadığı üçün, bu səslə hərəkət edərək ibadət etmək də caiz olmaz.

Canlı yayın deyilməsinə baxmayaraq, təsvirlər canlı deyildir. Təsvirə canlı demək necə yanlışdırsa, səsucaldıcıdan çıxan səsə də canlı səs demək, sahibinin birbaşa öz səsi demək, həm dini cəhətdən, həm texniki cəhətdən yanlışdır.

Bu cihazları dünya işlərində və moizələrdə, dini yaymaqda əlbəttə istifadə etməli, lakin Peyğəmbər əfəndimiz və indiyə qədər gələn İslam alimləri, namazı necə qılmışlar, ibadətləri necə etmişlərsə, eynilə elə etməliyik. Bir şey əlavə etmək dini dəyişdirməkdir. İbadətlərə bidət qatmaqla daha gözəl ibadət etmiş olmuruq. Peyğəmbər əfəndimizin, “İbadətləri bizim kimi etməyənlər, bizdən deyildir” hədisi-şərifini düşünərək, ibadətlərdə dəyişiklik etməklə dini dəyişdirməkdən çox çəkinməliyik!


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину