"Sözün xeyirlisi qısa və yol göstərən olanıdır."
29-Mar-2024, 06:24
Sual: Qəlb niyə kirlənir və necə təmizlənir?
CAVAB
Qəlbi günahlar kirlədir. İxlasla olan ibadətlər, xüsusilə də namaz qılmaq qəlbi təmizləyir. Allahü təala qəlbi pozan, xəstə edən şeyləri haram etmişdir. Günah işləyənin qəlbi xəstə olur. Qəlbi təmizləmək üçün İslamiyyətə tabe olmaq lazımdır. İslamiyyətə tabe olmaq, əmrlərə riayət etməklə və qadağalardan, bidətlərdən çəkinməklə olur. (S. Əbədiyyə)
Seyid Abdülhakim Arvasi həzrətləri buyurur ki: Zikr etməklə qəlb təmizlənir, Allahın sevgisinə nail olunur, ibadətin dadı hiss edilir, iman qüvvətlənir, namaz qılmaq həvəsi artır, dinimizin əmr və qadağalarına asanlıqla əməl etmək olur. Təqlidçilikdən qurtulub, vicdanla əməl edilir. Qurani-kərimdəki, “Allahü təalanı çox zikr edin!” əmri bunu göstərir. (Cümə 10) [S. Əbədiyyə]
İmam Rabbani həzrətləri buyurur ki:
Qəlbi itminana (xatircəmliyə) qovuşduran tək yol var. Bu da Allahü təalanı zikr etməkdir. Ağılla, araşdırmaqla qəlb xatircəm olmur, rahatlığa qovuşmur, yəni əmin olmur. Bir ayəti-kərimə məali:
“Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlığa qovuşur.” [Rad 28]
Çünki zikr edərkən O müqəddəs Zat ilə bir bağlılıq əmələ gəlir. Əslində Onunla heç bir bağlılıq qurulmaz. Ayaqlar altındakı torpaq, yəni insan hara, hər şeyin sahibi olan Allahü təala hara? Ancaq xatırlayanla xatırlanan arasında kiçik bir əlaqə əmələ gəlir. Bu əlaqədən də sevgi doğulur. Zikr edənin qəlbini sevgi bürüdükdə, qəlbdə xatircəmlik əmələ gəlir. Qəlbdə xatircəmliyin olması, insanı sonsuz səadətlərə qovuşdurur. (1/92)
Qəlbin təmizlənib qüvvətlənməsi üçün Allahü təalanın adını çox söyləmək lazımdır. (1/196)
Qəlbi təmizləmək üçün İslamiyyətə riayət etmək lazımdır. İslamiyyətə riayət etmək, əmrləri yerinə yetirməklə və qadağalardan, bidətlərdən çəkinməklə olur. (2/19)
Qəlbdən Allahdan başqasının sevgisini çıxaranın qəlbi təmiz olur. Başqa sevgilər varsa, qəlbi xəstə olur. Bunlar kəsilib atılmadıqca, həqiqi iman nəsib olmaz. (3/17)
Qəlbi təmizləmək üçün İslamiyyətə tabe olmaq lazımdır. İslamiyyətə tabe olmaq, əmrləri yerinə yetirməklə və qadağalardan, bidətlərdən çəkinməklə olur. (1/ 42)
Qəlbimizi təmizləyəcəyək olanların dəyərini bilməliyik. Bunlara əngəl olan hər şeyin [pis yoldaşın və əxlaqsız yayınların] düşmən olduğunu anlamalıyıq. (1/183)
Qəlbi təmizləmək, dünyada və axirətdə səadətə qovuşmaq, dərdlərdən, bəlalardan, xəstəlikdən, düşmənin şərindən, cadu və cindən qurtulmaq, nemətlərə qovuşmaq üçün hər Müsəlman, hər gün qəlblə tövbə edib, bu tövbəni söyləməlidir. Bunu söyləməyə “İstiğfar” deyilir. Çox istiğfar oxumalıyıq. İstiğfar, “Əstəğfirullah min külli ma kərihallah” və ya qısaca “Əstəğfirullah” deməkdir. (Rəddi-rəvafid)
İmam Muhamməd Məsum həzrətləri buyurur ki:
“Lə ilahə illəllah” gözəl sözünü çox söyləyin! Bu zikri qəlblə birlikdə edin! Bu mübarək söz qəlbin təmizlənməsində çox faydalıdır. (2/106)
“Lə ilahə illəllah” sözü nəfsi və qəlbi təmizləməkdə çox təsirlidir. Bu yolun böyüklərini sevmək səadətin sərmayəsidir. Bu yolda irəli aparan ən güclü vasitə, bu məhəbbətdir. (1/14)
Bu yolun əsası söhbət və məhəbbətdir. Söhbətə qovuşana qədər sünnətə əməl olunmalıdır. Hədisi-şərifdə, “Unudulmuş bir sünnətimi meydana çıxarana, yüz şəhid savabı vardır” buyuruldu. “Lə ilahə illəllah” sözü minlə beş min arasında çox oxunmalıdır! Qəlbi təmizləməkdə çox faydalıdır. (1/17)
Qəlb, Allahü təalanın nəzər etdiyi yerdir. Qəlb təmiz saxlanılmalıdır. Qəlb zikirlə təmizlənir. (1/48)
İmam Rabbani həzrətləri buyurur ki:
“Lə ilahə illəllah” gözəl sözünə “Muhammədün Rəsulullah” da əlavə olunaraq, təbliğ və təvhid, inci kimi yan-yana düzülərsə, vilayətin və nübuvvətin bütün üstünlükləri, yüksəklikləri bir araya yığılar. Bu iki səadətin yoluna qovuşduran, bu kəlmələrdir. (2/37)
Buna görə “Lə ilahə illəllah” oxuyarkən, hər 100-cüdə bir “Muhammədün Rəsulullah” demək yaxşı olar.
Etiqadı düzəldib, fiqhin əmrlərini yerinə yetirdikdən sonra, vaxtı Allahü təalanı zikirlə keçirməliyik. Qəlbi təmizləmək üçün zikrə, böyüklərin bildirdiyi kimi davam etməliyik. Zikrə, yəni qəlbin Allahü təalanı xatırlamasına, anmasına mane olan hər şeyi özümüzə düşmən bilməliyik. İslamiyyətə nə qədər çox əməl edilərsə, Onu anmanın ləzzəti artar. İslamiyyətə əməl etməkdə boşluq, tənbəllik artdıqca, o ləzzət də azalır, itir gedir və qəlb qaralır, təmizliyi azalır. Qəlbi təmizləmək üçün ən faydalı zikir təşrik təkbiridir. Bu da, “Allahü əkbər, Allahü əkbər. Lə ilahə illəllahü vəllahü əkbər. Allahü əkbər və lillahil hamd” deməkdir. (H. L. O. İman)
Qəlbin təmiz olması, gözəl əxlaqlı olmasıdır. Qəlb, İslamiyyətə riayət edərək təmizlənir. İslamiyyətə riayət etməyənin qəlbi təmiz ola bilməz. Övliya şəxsiyyətlərin qəbirlərini ziyarət edənlər, onların mübarək ruhlarından bəhrələnirlər. Onlara olan sevgi, bağlılıq qədər qəlb təmizlənir. (İslam Əxlaqı)
İbadətlər qəlbi təmizləyir, günahlar isə qəlbi qaraldır. (İslam Əxlaqı)
Vəfat etmiş övliya şəxsiyyətləri sevib, hörmət etməliyik. Beləcə, ruhlarından feyz alarıq, bəhrələnərik. Qəlbimiz də təmizlənər. (M. Nəsihət)
В корзине: 0 шт.
на сумму: 0