Facebook Twitter WhatsApp
  • Əhli Sünnə üçün Dini Kitablar
  • Azərbaycan dilində olan Dini Kitablar siyahısı
  • Rus dilində olan Dini Kitablar siyahısı
  • Gözəl İslam Youtube Kanalımız

Hikmət Əhli buyurdu ki,

"Ağıllı adam xeyri gördüyü zaman ona tabe olan, şəri gördüyündə ondan qaçandır." (Bişr-i Hafi “rahmətullahi aleyh”)

Sizin üçün maraqlı

Sual: Kəlimə-i tövhidin mənası nədir? CAVAB Müsəlman olan bir kimsəyə, ilk əvvəl (La ilahə illəllah, Məhəmmədin Rəsulullah) sözünün mənasını bilmək və inanmaq fərzdir. Bu sözə Kəlimə-i tövhid deyilir. Qısaca mənası, (Allahdan başqa heç bir tanrı yoxdur. Məhəmməd əleyhissalam da Onun Rəsuludur) deməkdir. Kəlimə-i tövhidin mənasını, Əhli-sünnə. Davamını Oxu...


GÜNÜN SÖHBƏTİ

Peyğəmbər əfəndimizi tanımaq

19-Apr-2024, 07:14


Sual: Rəsulullahı tanımaqda ölçü nədir?
CAVAB
Hər Müsəlman, Peyğəmbər əfəndimizin gözəllik və üstünlüklərini elmi, ixlası və Ona olan sevgisi qədər dərəcə-dərəcə görüb anlaya bilər.

Peyğəmbər əfəndimizə varis olan yüksək İslam alimləri isə Onu bütün gözəlliklərilə görmüş və aşiq olmuşdurlar. Onların ən başında Əbu Bəkr Siddiq gəlir. O, Rəsulullah əfəndimizdəki nübuvvət nurunu görüb, Onun üstünlük, gözəllik və yüksəkliyini idrak edərək, Ona aşiq olmaqda elə irəli getmişdi ki, başqa heç kim Əbu Bəkri-Siddiq həzrətləri kimi ola bilməmişdir. Bir dəfə, “Bütün yaxşılıqlarımı, sizin bir səhvinizə (yanılmanıza) dəyişərəm” buyurmuşdu.

Rəsulullah əfəndimizin gözəlliyini ən yaxşı görüb anlayan və danışanlardan biri də, möminlərin anası Həzrəti Aişə idi. Aişə validəmiz alimə, müctəhidə, ağıllı, zəki və ədibə idi. Olduqca bəliğ və fasih danışardı. Qurani-kərimin mənalarını, halal və haramları, ərəb şeirlərini və hesab elmini çox yaxşı bilirdi.

Rəsulullah əfəndimizi tərifləyən bu iki beyti Aişə validəmiz söyləmişdir:

Və ləv səmiu fi mısra əvsafə haddihi
Lə ma bəzelu fi səvmi yusufə min nakdin.
Ləvvami zəlixa ləv raəynə cəbinəhu
Lə asərnə bilkat'il qulubi aləl eydi.

“Əgər Misirdəkilər, Peyğəmbər əfəndimizin yanaqlarının gözəlliyini eşitsəydilər, gözəlliyi dillərə dastan olan Yusif əleyhissalamın bazarlığında heç pul verməzdilər. Bütün mallarını, onun yanaqlarını görə bilmək üçün saxlayardılar. Zəlixanı Yusif əleyhissalama aşiq oldu deyərək qınayan qadınlar, Rəsulullahın parlaq alnını görsəydilər, əllərinin yerinə qəlblərini kəsərdilər, heç ağrısını hiss etməzdilər.”

Yenə Aişə validəmiz buyurur ki:
“Bir gün Rəsulullah mübarək çəkmələrinin qayışını dartırdı. Mən də sap əyirirdim. Mübarək üzünə baxdım. Parlaq alnından tər damlayırdı. Tər damlası hər tərəfə nur saçırdı. Gözlərimi qamaşdırırdı. Donub qaldım. Mənə tərəf baxaraq: Sənə nə oldu ki, belə dalğın durubsan?” buyurdu. “Ya Rəsulallah! Mübarək üzündəki nurların parlaqlığına və mübarək alnındakı tər dənələrinin saçdıqları işıqlara baxaraq özümü itirdim” dedim. Rəsulullah qalxıb yanıma gəldi. Gözlərimin arasını (alnımı) öpdü və: Ya Aişə! Allahü təala sənə yaxşılıqlar versin! Məni sevindirdiyin kimi, səni sevindirə bilmədim buyurdu. Yəni, sənin məni sevindirməyin, mənim səni sevindirməyimdən çoxdur, dedi.” Həzrəti Aişənin mübarək gözlərinin arasını öpməsi, Rəsulullah əfəndimizi sevərək, Onun cəmalını anlayaraq gördüyü üçün afərin və təqdir olmasıdır.

Rəsulullah əfəndimizin Qurani-kərimdə keçən isimlərindən biri də Yasin surəsindəki Yasin kəlməsidir. İslam alimlərinin böyüklərindən olan Seyyid Abdülhakim Arvasi həzrətləri: Yasin, ey mənim məhəbbət dəryamın dalğıcı olan həbibim, deməkdir buyurmuşdur. Bu dəryanın adını eşidənlər, uzaqdan görənlər, yaxınına gələnlər, içərisinə girib nəsibi qədər dərinə enənlərin hamısı, ömürlərinin hər səfhəsində Rəsulullah əfəndimizin eşqi ilə yanıp tutuşmuşlar, yanıq fəryadlar, içli göz yaşları və yandırıb-yaxan misralarla bu eşqlərini dilə gətirmişdirlər. Onların içərisində ən böyük və məşhurlarından olan və bu məhəbbət dəryasından böyük pay sahibi alan Mövlana Xalid Bağdadi həzrətləri də Sevgili Peyğəmbərimizə olan məhəbbətini, eşqini dilə gətirdiyi qəsidələrindən birində belə demişdir:

Sərvəri-aləm, sənə aşiq olmuşam, yanıram!
Hər harda olsam, o gözəl cəmalın araram.

Kəbə kəvseyn taxtının sultanı sən, mən heçəm,
Misafirinəm desəm hörmətsizlik sayaram.

Hər şey cahanda sənin şərəfinə bilirəm,
Rəhmətin yağsa mənə hər gün olar baharım.

Hər kəs Kəbəni təvaf üçün gəlir Hicaza,
Sənə qovuşmaq üçün mən dağları aşaram.

Səadət tacına qovuşdum mən röyada.
Ayağın toprağı sərpildi üzümə sanaram.

Dostunu öyən aşiqlərin bülbülü, ey Cami!
Divanında bu yazılar olur, tərcümanım.

Dili uzanmış, susuz qalmış, quduz bir köpək kimi,
Sənin ehsan dənizindən bir damla arzularam.

Muhamməd Masum həzrətləri buyurur ki:
“Ən böyük səadət, iki cahanın ən üstün insanı olan Muhamməd əleyhissalama tabe olmaqdır. Cəhənnəm əzabından qurtulmaq üçün Allahü təalanın seçdiyi sevdiyi insanların rəisinə tabe olmaq gərəkdir. Cənnət nemətlərinə qovuşmaq, Ona tabe olanlara məxsusdur. Allahü təalanın sevgisinə qovuşmaq üçün Ona tabe olmaq şərtdir. Ona uymayanların tövbələri, zühdləri, təvəkkülləri və duaları qəbul olmaz. Onun yolunda olmayanların zikirləri, fikirləri, şövqləri və zövqləri dəyərsizdir. Peyğəmbərlər, Onun həyat verən dəryasından bir qədəhə qovuşmaqla, o dərəcələrə yüksəlmişdirlər. Övliya, Onun sonsuz dəryasından bir qurtum içməklə muradlarına çatmışdılar. Yer üzündəki mələklər, Onun xidmətçiləri, göylərdəkilər, aşiqləridir. Hər şey, Onun şərəfinə yaradılmış, bütün varlıqlar, Onun mübarək ruhundan feyz almışdırlar. Allahü təalanın varlığını O açıqlamış, hər şeyin yaradanı, Onun rizasını almaq istəmişdir. Ona və Onun Alinə və Əshabına bizdən dualar olsun. O uca Peyğəmbər, hamımızdan razı olsun!”

 

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину